Razi Nurullayev: "İnkişaf qarşılıqlı müzakirə, sağlam tənqid və anlaşma nəticəsində olur"
Dövlətimi sevirəm, xalqımı sevirəm, həm də ədalət və haqqı sevirəm. Bu gün Parlamentdə sosial məsələlərlə bağlı ciddi müzakirə gedib, təkliflər, tənqidlər səsləndirilib. Heç kim dövlətimizə zərər vermək, xainlik etmək, oturduğu kürsüyə xəyanət etmək yolunu tutmayıb. Hamı çalışıb ki, sosial siyasət sahəsində elə işlər həll edilsin ki, xalq razı qalsın, ədalət tərəzisi pozulmasın.