Войти

İcra başçısı bacısı oğlunu özünə köməkçi təyin etdi - Foto

Ölkə

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov özünə köməkçi təyin edib.

Mediaxeberleri.Az Qaynarinfo.az-a istinadla xəbər verir ki,Murad Əsgər oğlu Ağayev başçının köməkçisi təyin olunub.

Xatırladaq ki, Murad Ağayev Əziz Əzizovun bacısı oğludur. Əziz Əzizov 2006-2018-ci illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan zaman Murad Ağayev bir neçə il onun sürücüsü kimi fəaliyyət göstərib.

Əziz Əzizov Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin (02.02.2018-12.11.2019) və Suraxanı Rayon İcra Hakimiyyətinin (12.11.2019-08.07.2024) başçısı vəzifəsində işləyərkən isə Murad Ağayev onun köməkçisi olub.



Похожие новости

Комментарии (0)

Şərhin əlavə edilməsi

  • yenilə, əgər kod görünmürsə

Навигация