“Ukraynaya qoşun göndərmək üçün bütün NATO ölkələrinin razılığına ehtiyac yoxdur” - Litvanın Alyansdakı səfiri
Litva Qərb dövlətlərinin qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı rəsmi Parisin ideyasını dəstəkləyir. Mediaxeberleri.Az xəbər verir ki, bunu Litvanın NATO-dakı səfiri Deividas Matulionis bildirib. O, qeyd edib ki, Fransa belə bir qərar verərsə,Ukraynaya qoşun göndərmək üçün bütün NATO üzvlərinin icazəsinə ehtiyac yoxdur. “Burada bir qrup ölkə, bu təşəbbüsə qoşulmaq istəyən koalisiya ola bilər”, - deyə diplomat izah edib. Eyni zamanda, Matulionis etiraf edib ki, indiyədək Qərb qoşunlarının Ukraynaya göndərilməsi müxtəlif ölkələrin fərqli təklifləri olan yalnız bir ideyadır. Bununla belə, səfir bu mövzunun gələn həftə Brüsseldə keçiriləcək görüşdə NATO xarici işlər nazirləri tərəfindən yenidən qaldırıla biləcəyini deyib.
Oxunub: 360
Xəbəri paylaş
Paylaş: