Füzulidə avtomobil qəzasında həlak olan polis Şüvəlanda dəfn edilib - YENİLƏNİB + FOTO
Füzuli rayonunda avtomobil qəzasında həlak olan polis əməkdaşı Rasim Oqtay oğlu Məmmədov Bakıda dəfn olunub. Mediaxeberleri.Az xəbər verir ki, polis əməkdaşı Xəzər rayonu, Şüvəlan kənd qəbiristanlığında torpağa tapşırılıb. 11:50 Füzuli rayonunda avtomobil qəzasında həlak olan polis əməkdaşı Rasim Oqtay oğlu Məmmədovun nəşi Bakıda yaşadığı ünvana gətirilib. Mediaxeberleri.Az xəbər verir ki, onunla Xətai rayonu, Cavanşir küçəsində yerləşən evində vida mərasimi keçirilir. Rasim Oqtay oğlu Məmmədov 1987-ci ildə Bakıda anadan olub, iki övladı var. Qeyd edək ki, Füzuli rayonunda baş verən avtomobil qəzasında üç polis əməkdaşı həlak olub.
Oxunub: 248
Xəbəri paylaş
Paylaş: