Paşinyan işdən çıxardığı nazirlərə qərarını belə çatdırıb - ŞOK TƏFƏRRÜAT
Ermənistanın baş naziri Nikol Paşinyan bəzi məmurların işdən çıxarılmaları ilə bağlı qərarını onlara “WhatsApp” vasitəsilə göndərib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə “Hraparak” yazıb. “Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri Rüstəm Badasyan gecə saatlarında bu mesajı alanda gəzintidə idi, lakin bunun saxta və ya telefon “virusu” olduğunu öyrənmək üçün geri zəng etməyə cəsarət etmədi”, - qəzet öz mənbələrinə istinadən yazıb. Nəşrin məlumatına görə, Badasyan gecə saatlarına qədər yaxın çevrədə şok mesajı müzakirə edib, nə edəcəyini anlamağa çalışıb. Görüşdə işdən çıxarılan digər şəxs, İstintaq Komitəsinin rəhbəri Arqişti Kyaramyan, eləcə də onların dostu, Yerevan meri Tiqran Avinyan da iştirak edib. Səs-küylü işdən çıxarılmalarla bağlı “Joqovurd” qəzeti də bəzi təfərrüatları dərc edib. Məlumata görə, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan hadisədən bir gün əvvəl tədbirlərin birində Nikol Paşinyanla birlikdə olub, lakin Paşinyan şəxsən ona heç nə deməyib. Daha sonra isə ER hökumət aparatının rəhbəri Arayik Arutyunyan Sanosyana zəng edərək bildirib ki, Paşinyan ondan öz istəyi ilə bəyanat yazmağı tələb edir.