Zaurdan müğənniyə qarşı hörmətsizlik: Əsəbiləşərək efiri tərk etdi - VİDEO
"Elçin, sənin müsahibəni gördük. Hətta sosial şəbəkələrdə də yayılmışdı. Ata-ananın yoxluğundan danışmışdılar. Rəhmətə getdiklərini demişdin. Xatırlayıram ki, mən o vaxt sənə zəng elədim, dedim ki, sən bu qədər bəstələri boş-boşuna yazmamısan". Mediaxeberleri.Az yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri Zaur Nəbioğlu aparıcısı olduğu "Rəngarəng" verilişində qonaq olan müğənni Elçin Məhərrəmova deyib. İfaçı aparının suallarını cavablandırmaq istəməyib. Zaur Nəbioğlu isə israrla onun atasının həyatda olduğunu bildirərək, suallarını cavablandırmasını istəyib. Yaranan situasiyadan və suallardan narahat olan Elçin Məhərrəmov efiri tərk edib. Aparıcı studiyanı tərk edən müğənnini dayandırmağa çalışsa da, ona mane ola bilməyib. Müğənni təkcə studiyanı yox, birbaşa kanalı tərk edərək, oradan uzaqlaşıb.