Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Birdəfəlik müavinətlərin ödəniləcəyi tarix açıqlandı
  • Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?
  • Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar
  • Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
  • Bakıda kafedə insident: saxlanılanlar var - Rəsmi
  • Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
  • Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
  • Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
  • 13-cü dəfə Avropa çempionu oldu - Foto
  • Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
  • Bu şəxslərin maaşının artırılması təklif olunur
  • Rus ordusu daha iki kəndi işğal etdi
  • Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
  • Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
  • Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
  • Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
  • Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
  • Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi
  • Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
  • Bakıda baş redaktor həbs edildi - Foto
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Xoşbəxt sənətkar, bədbəxt ailə başçısı - ANIM

  • Tarix: 3-09-2023, 17:00

Uşaqlıqda ağ-qara televizorun ekranından tanıdığın, çəkildiyi filmlərə, teletamaşalara, oynadığı rollara maraqla və sevərək baxdığın aktyorları sonradan həyatda görməyin, onlarla həmsöhbət olmağın öz cazibəsi var. Xalq artisti, görkəmli aktyor Səyavuş Aslan da mənim üçün belə azman sənətkarlardan olub. Həm Musiqili Komediya Teatrının, həm Milli Dram Teatrının səhnəsində bir neçə roluna heyranlıqla tamaşa etmişəm. Böyük aktyorun böyük oyununa həqiqətən vurulmuşam. Ünvanına nə qədər “kaprizli” və “qapalı” desələr də, müsahibə üçün müraciətimə də “yox” deməyib. Ayrı-ayrı vaxtlarda Musiqili Komediya Teatrının yaxınlığındakı evində həm özü, həm həyat yoldaşı, tanınmış aktrisa Ofeliya Aslanla söhbətləşmişəm. Bu gün isə Səyavuş Aslanın haqqında xatirələr danışır. Hərçənd onunla bir səhnədə oynayan, bir filmdə, bir teletamaşada çəkilən aktyorların çoxu artıq həyatda yoxdur. Elə onun kimi özlərindən sonra izlərini qoyub dünyadan köç ediblər. Amma yaxşı ki, lentlərin və onu unutmayan sadiq tamaşaçıların yaddaşı, bir də çox az sayda onunla həmkar olan insanlar qalıb.

“Kaspi” qəzeti sentyabrın 5-i - doğum günü ərəfəsində Səyavuş Aslanı məhz o sənət adamları ilə anıb:

“Ordan-burdan”da Səyavuş çəkiləcəkdi

“Deyə bilmərəm ki, Səyavuş Aslanla çox işləmişəm, 2 ya 3 əsərdə onunla işimiz olub. Amma bu gün “Səyavuş” deyəndə onun çəkildiyi səhnələr, onunla bağlı xatirələr göz önünə gəlir”- deyə tanınmış rejissor, Xalq artisti Ramiz Həsənoğlu xatırlayır: “Səyavuş unikal aktyor idi. Sergey Parajanov Bakıda “Aşıq Qərib” filmini çəkirdi. O filmdə gürcü aktyorunu çəkmişdi, amma səsləndirmək üçün Səyavuşu çağırdı. Filmdə altyazı Azərbaycan dilində gedirdi. Cavanşir Quliyev filmin bəstəkarı idi. Sonra Cavanşir mənə danışdı ki, Parajanov Səyavuşun aktyor imkanlarına valeh olub. “Siz onun imkanlarından niyə az istifadə edirsiniz?” - deyə heyrətini gizlətməmişdi. Elə aktyorlar var ki, onların potensialı dərhal görünür. Səyavuş da o aktyorlardan idi”. R.Həsənoğlu danışır ki, “Ordan-burdan” teletamaşasını çəkəndə Salman bəy roluna Səyavuşu dəvət edib: “Bir-iki epizodu çəkmişdim də. Amma Səyavuş qəfildən xəstələndi, böyrəyində daş vardı. Xəstəxanada yatmağa məcbur oldu. Biz çətin vəziyyətdə qaldıq, çünki Yeni il ərəfəsi idi və tamaşa efirə çıxmalı idi. Mən tamaşaya Cahangir Zeynalovu dəvət etdim. Hamı deyir ki, Cahangir unikal oynayıb. Bəli, razıyam, amma Səyavuş da çəkilsəydi, özünəməxsus oynayacaqdı”. R.Həsənoğlu tamaşaçılar arasında böyük rəğbətlə qarşılanan “Evləri köndələn yar” teletamaşasının davamını - “Evləri göydələn yar”ı çəkəndə yenə Səyavuş Aslanı dəvət edib: “Tamaşanın 28 ildən sonrakı davamı kimi o aktyorları çəkdim. Səyavuş, Yaşar Nuri… hamısı qocalmışdı. Səyavuş Aslan kimi aktyorlar təkrarolunmazdır. O, heç kəsə bənzəməyən, öz dəst-xətti ilə seçilən bir aktyor idi”.

Yumoru, görkəmi, danışığı…

Xalq artisti Hacı İsmayılov həmkarını Azərbaycan kinosu, teatrı və televiziyasının ən məşhur aktyoru kimi dəyərləndirdi: “Səyavuşla ilk görüşümüz 1963-cü ildə olub. O vaxt mən institutun 1-ci kursunda oxuyurdum. Xəzər rayonunun mədəniyyət sarayında Süleyman Ələsgərovun “Ulduz” operettası əsasında “Ulduz” filmi çəkilirdi. Mən orda 3 böyük sənətkarı - Lütfəli Abdullayevi, Bəşir Səfəroğlunu və Səyavuş Aslanı gördüm. Səyavuş üzügülərliyi, optimistliyi və cəldliyi ilə yadımda qaldı. Sonradan o, Musiqili Komediya Teatrında, mənsə Akademik Milli Dram Teatrında işlədiyimiz üçün o qədər də görüşlərimiz olmadı”. H.İsmayılov xatırlayır ki, müəyyən dövrdən sonra S.Aslan işləmək üçün Milli Dram Teatrına gəlmək istəyib. Amma… “Səyavuş Aslan komik aktyor olsa da, psixoloji-komik janrın nümayəndələrindən idi. Onda gülüş də, kədər də, sevinc də vardı. Bizim teatrda çalışmaq istəyirdi.

Amma o zaman teatrın rəhbəri məsləhət görmədi. Yalnız illər keçəndən sonra - Həsənağa Turabov teatrımızın direktoru olanda Səyavuşu dəvət etdi. Səyavuş teatra gələn kimi bütün yeni tamaşalarda iştirak etdi. Biz bir neçə tamaşada tərəf-müqabil də olduq. Əsas işimiz Elçinin “Ah, Paris, Paris”, “Mənim sevimli dəlim” və “Mənim ərim dəlidir” tamaşalarında oldu. O, bu tamaşaların hamısında baş rolda oynayırdı. Öz yumoru, görkəmi, danışığı ilə tamaşaçıların sevgisini qazanmışdı. Səyavuşun üz ifadələri çox qabarıq idi. Yadımdadır, Türkiyənin Sivas şəhərinə qastrola getmişdik. “Sevimli dəlim” tamaşasını oynayanda türkiyəli tamaşaçılar Səyavuşun oyununa valeh oldular. Sonralar televiziya tamaşalarında çəkildik. 3 seriyadan ibarət “Yaşıl eynəkli adam”da birgə çalışdıq. Onun bir aktyor kimi “kapriz”ləri vardı. “Məni çox incitməyin, bir dubla çəkin” deyirdi.

Ona görə 3-cü hissədə çəkilmədi. Amma yeri görünürdü. O tamaşadakı “Polis rəisi Seyfulla” nə qədər maraqlı roldur…” H.İsmayılov xatırlayır ki, Səyavuş Aslanın bir aktyor kimi improvizəsi onun yaradıcılığının üstün xüsusiyyəti olub: “Hicran” tamaşasında məşhur üçlüyün - Səyavuş, Nəsibə xanım və Hacıbaba Bağırovun improzvizələri tamaşaçılara necə ləzzət edir! O tamaşaya baxanda həmişə valeh oluram”. H.İsmayılov Səyavuş Aslanla iki filmdə də çəkilib: “Həmin filmlərə qədər Səyavuş artıq bir neçə filmə çəkilmişdi. Biz “Bəyin oğurlanması” və “Yol əhvəlatı”nda çəkildik. Çox maraqlı günlərimiz olub. Çox optimist insan idi. Düzdür, ailə problemləri vardı, buna görə bəzən kədərli olurdu. Aktyorlar var, illərlə yada düşmürlər. Aktyorlar var, hərdən yada düşürlər. Səyavuş hər zaman yada düşən və unudulmayan aktyorlardandır”.

Xoşbəxt sənətkar, bədbəxt ailə başçısı

“Səyavuş Aslan tamaşaçıların yaddaşında daha çox komik rolların aktyoru kimi qalıb, amma mən onun tragik bir aktyor olmasını da vurğulayardım” - deyə Xalq artisti Səidə Quliyeva xatırlayır: “Rejissor Hüseynağa Atakişiyev Akademik Milli Dram teatrında Maksim Qorkin “Həyatın dibində” əsərini hazırlayırdı. Onda Səyavuş Aslanı da teatra dəvət elədi. O, uzun illər Musiqili Komediya teatrının aparıcı aktyoru olub və o səhnədə möhtəşəm rollar oynayıb. Hüseynağa müəllim onu dəvət etməklə böyük bir risk etdi. O tamaşada mən də baş rollardan birini oynayırdım. Səyavuş teatrın səhnəsinə çıxanda tamaşaçılar gülüşdülər. Çünki onu səhnədə həmişə gülüş və alqışla qarsalayıblar. 2-3 dəqiqədən sonra başa düşdülər ki, Səyavuş Aslanı tamam fərqli bir ampluada görüblər. Sağ olsun Hüseynağa Atakişiyev. Tamaşaçılara sübut elədi ki, Səyavuş ampluası olmayan, hərtərəfli, qüdrətli aktyordur. Heç bilirsiniz, Səyavuş o rolu necə gözəl oynadı! Mən onunla tərəf-müqabil olduğum üçün bunun şahidi oldum”.

S.Quliyeva deyir ki, dəfələrlə Səyavuş Aslanla bir səhnədə oynayıb: “Şıxəli Qurbanovun “Əcəb işə düşdük” komediyasında onun həyat yoldaşını oynayırdım. “Qaynana əməliyyatı”nda da onun həyat yoldaşını oynadım. O tamaşada hamımız Nəsibə xanıma “işləyirdik”. Nəsibə xanım xəstə idi və bu, onun axırıncı rolu idi. Təəssüf ki, Səyavuş Aslan və onun simasında Azərbaycan aktyorlarının çoxunun potensiallarından tam istifadə olunmayıb. Bunun da ən böyük zərbəsi mədəniyyətə dəydi”. S.Quliyeva yaşadığı çətinliklərə baxmayaraq Səyavuş Aslanı xoşbəxt sənətkar adlandırır: “Səyavuş Aslan çox xoşbəxt sənətkar, eyni zamanda bədbəxt ailə başçısı olub. Yaxşı ki, o, oğlunun son günlərini görmədi. Ailəsi də dağılmışdı. Bu, bizim də ürəyimizi ağrıdan bir tale idi. Amma nə etmək olar, onun da taleyinə belə yazılmışdı. Bununla belə, o, özünü itirmədi. Sənət cığırlarını çox dərin açdı. Özündən sonra milli teatr və kino tariximizə bəxş etdiyi əvəzsiz rollar qaldı…”


Oxunub: 1 109
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 18:18 | Birdəfəlik müavinətlərin ödəniləcəyi tarix açıqlandı
    Bu gün, 18:16 | Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?
    Bu gün, 18:14 | Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar
    Bu gün, 17:22 | Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
    Bu gün, 17:15 | Bakıda kafedə insident: saxlanılanlar var - Rəsmi
    Bu gün, 17:14 | Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
    Bu gün, 16:29 | Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
    Bu gün, 16:27 | Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
    Bu gün, 16:26 | 13-cü dəfə Avropa çempionu oldu - Foto
    Bu gün, 15:30 | Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
    Bu gün, 15:13 | Bu şəxslərin maaşının artırılması təklif olunur
    Bu gün, 15:07 | Rus ordusu daha iki kəndi işğal etdi
    Bu gün, 14:36 | Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
    Bu gün, 14:34 | Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
    Bu gün, 14:31 | Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
    Bu gün, 14:30 | Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
    Bu gün, 14:26 | Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
    Bu gün, 14:24 | Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi
    Bu gün, 14:21 | Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
    Bu gün, 14:20 | Bakıda baş redaktor həbs edildi - Foto
    Bu gün, 07:15 | Putin yalnız bu halda geri çəkiləcək - ABŞ-dan bəyanat
    Bu gün, 06:56 | "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - Video
    Bu gün, 06:50 | Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır
    Bu gün, 06:45 | Cümə, 13 noyabr: Təhlükəli tərəfi nədir və niyə "dünyanın sonu" adlanır?
    Bu gün, 06:43 | İlham Əliyev dəyirmi masada iştirak etdi
    Bu gün, 06:42 | Çox çay içənlərin diqqətinə!
    Bu gün, 06:40 | ML: Türkiyə və Fransa məğlub oldu
    Dünən, 23:34 | İlham Əliyev Kiriakos Miçotakislə görüşdü
    Dünən, 23:32 | Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş
    Dünən, 23:04 | Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir?
    Dünən, 23:02 | Türkiyəli "mafiya babası" Azərbaycanda saxlanıldı
    Dünən, 23:00 | ABŞ-da neft hasilatı rekord həddə çatdı
    Dünən, 21:26 | Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu
    Dünən, 21:25 | Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video
    Dünən, 21:22 | Nəvəsinin andiçməsindən sonra itkin düşmüşdü - Meyiti tapıldı
    Dünən, 19:58 | KƏLƏMİN GİZLİ GÜCÜ: BAĞIRSAQLARDAN İMMUN SİSTEMİNƏ QƏDƏR NƏYƏ FAYDALIDIR?
    Dünən, 19:53 | Tramp Meksikanı hədələdi
    Dünən, 19:51 | Bilal Qurbanov tamblinq üzrə dünya çempionatında gümüş medal qazandı
    Dünən, 19:49 | Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşdü
    Dünən, 19:08 | İmran Əliyev və Elgiz Qəhrəmana hökm oxundu
    Dünən, 19:05 | Sınaq başa çatdı: xoşbəxtlik və firavanlıq dövrünə qədəm qoyacaq BÜRC
    Dünən, 18:36 | Respublika üzrə 11 ədəd modul tipli məktəb binalarının quraşdırılması işlərinin 5.6 milyon xərclənəcək
    Dünən, 18:34 | FHN strukturlarında Konstitusiya Günü ilə bağlı tədbirlər keçirildi
    Dünən, 18:32 | MN məlumat yaydı: Azərbaycan və Türkiyə arasında...
    Dünən, 17:41 | Azərbaycana yeni təlim təyyarələri gətiriləcək
    Dünən, 17:39 | Qadınların kişilərdən daha çox yaşamasının səbəbi bu imiş - Professordan izah
    Dünən, 17:37 | Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
    Dünən, 17:35 | Bakıda külək güclənəcək - Xəbərdarlıq
    Dünən, 16:11 | Baş Nazirdən Əli Əhmədovla bağlı QƏRAR
    Dünən, 16:10 | Aslan Fətullayev dəfn olundu - Foto
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.