Dubay şokoladı xərçəngə səbəb olur - Canan Karataydan şok iddia
Prof. Dr. Canan Karatay son vaxtlar məşhurlaşan Dubay şokoladı ilə bağlı danışıb. Mediaxeberleri.Az xəbər verir ki, fabrikdən çıxan hər şeyin zəhər olduğunu vurğulayan Karatay məşhur şokoladı da "şirkətlərin istehsal etdiyi zəhər" kimi şərh edib: "Şirkətlərin istehsal etdiyi zəhərdir. Yesinlər, xəstələnsinlər, xərçəngə tutulsunlar. Sonra "anam da xərçəngdir, onsuz da mən də olacağam' deyib gözləsinlər". Karatay Dubay şokoladı satılan mağazaların qarşısında insanların uzun növbələr yaratdığı səhnələri təəssüflə izlədiyini bildirib.
Oxunub: 699
Xəbəri paylaş
Paylaş: