Braziliyanın vitse-prezidenti: "COP29 sammiti yüksək səviyyədə təşkil olunub"
"Bakıda COP29 sammiti yüksək səviyyədə təşkil olunub və Braziliya növbəti COP30 sammitində Azərbaycanın təcrübəsindən faydalanacaq". Bu barədə "Report"a Braziliyanın vitse-prezidenti Jeraldu Alkmin deyib. O qeyd edib ki, COP30 sammitində COP29-da müzakirə edilən əsas məsələlər yenidən gündəmə gətiriləcək və daha da təkmilləşdiriləcək. Vitse-prezidentin sözlərinə görə, Azərbaycanın ev sahibliyi etdiyi COP29 sammiti gələcək tədbirlər üçün nümunə olacaq.
Oxunub: 886
Xəbəri paylaş
Paylaş: