Sumqayıtda iki nəfər bıçaqlandı: biri öldü
Sumqayıt şəhərində iki nəfər bıçaqlanıb. Mediaxeberleri.Az Report-a istinadən məlumat verir ki, şəhərin 76-cı məhəllə ərazisində 1997-ci il təvəllüdlü Ceyhun Əşrəf oğlu Xəlifzadəvə 1992-ci il təvəllüdlü Zahir Novruz oğlu İsmayılov bıçaqlanıb. Ceyhun Xəlifzadə xəstəxananın qarşısında keçinib, digər yaralı tibb müəssisəsinə yerləşdirilib və müalicəsi davam etdirilir. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 2 397
Xəbəri paylaş
Paylaş: