İlham Əliyev daha üç sərəncam imzaladı
Müdafiə Nazirliyi Quru Qoşunlarının komandanı Hikmət Mirzəyevə general-polkovnik hərbi rütbəsi verilib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. xxx Prezident İlham Əliyev Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib: “general-polkovnik” ali hərbi rütbəsi general-leytenant Hikmət İzzət oğlu Mirzəyevə “general-mayor” ali hərbi rütbəsi polkovnik Ələkbər Məhəmməd oğlu Cahangirova polkovnik Gündüz Əliş oğlu Əbdülova polkovnik Azər Əlövsət oğlu Qasımova “ədliyyə general-mayoru” ali hərbi rütbəsi ədliyyə polkovniki Elçin Nəriman oğlu Əliyevə. xxx Polkovnik Azər Aydın oğlu Məmmədova “general-mayor” ali hərbi rütbəsi verilib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, Azər Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin müavinidir.