Mediaxeberleri.az
    
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto

Son xəbərlər :
  • Sabahdan Bakı–Qazax yolunda hərəkət məhdudlaşdırılacaq - Səbəb
  • Zelenski Putinə zəng edəcək? - Özü açıqladı
  • Azərbaycana qarşı çağırışlar edən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Siyahı
  • Özbəkistanla əbədi dost olduq - RƏSMİ
  • İlham Əliyevin xarici siyasət strategiyası, Azərbaycanın artan beynəlxalq çəkisi və Vaşinqtondan gələn dəvətin arxasında dayanan geosiyasi reallıqlar
  • Qazaxda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş rəsm sərgisi keçirilib
  • Bakıda qadın "TikTok"da canlı yayımda öldü
  • Rusiyada azərbaycanlılar qəzaya düşdülər: Ölənlər var
  • Ermənistan əsgərləri sektalara görə özlərini öldürürlər?
  • Qazaxda 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü ərəfəsində Vətən müharibəsi iştirakçıları ilə gənclərin görüşü təşkil edilib
  • İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
  • “Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
  • Qazaxda qəhrəman şəhidlərimizin əziz xatirələri böyük hörmət və ehtiramla yad olunur
  • Gəncədəki bağçada bit iddiası ilə bağlı yoxlama aparıldı
  • "WhatsApp"da saxta 100 manatlıq "Zəfər Günü hədiyyəsi": Vətəndaşlara xəbərdarlıq - Foto
  • Azərbaycan polisi Kiyevdə əməliyyat keçirdi - Video
  • Ağstafada Zəfər Günü münasibətilə qazilərlə görüş keçirildi - Fotolar
  • Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarında
  • Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
  • Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək - Yaxın vaxtlarda...
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

BMT-nin baş katibi: "COP29-un uğurlu keçməsi üçün Azərbaycan hökumətini dəstəkləyirəm"

  • Tarix: 7-11-2024, 07:44

"Azərbaycana səfərlərim və hökumətlə işbirliyimə dair çox yaxşı xatirələrim var".

Bunu BMT-nin baş katibi Antonio Quterreş COP29-da iştirak etmək üçün Bakıya səfəröncəsi qurumun Nyu-Yorkdakı mənzil-qərargahında "Report"un ABŞ bürosunun suallarını cavablandırarkən deyib.

Müsahibəni təqdim edirik:

- Cənab baş katib, ilk azərbaycanlı jurnalist kimi BMT baş katibindən müsahibə almaq mənim üçün tarixi şansdır. Mən həm də Qarabağdan olan keçmiş məcburi köçkünəm və bu mənada BMT mənim üçün dərin məna kəsb edir. Bir daha bu an üçün sizə çox minnətdaram.

- Sizinlə bu statusda biri olaraq tanış olmaqdan çox məmnunam. Mən BMT-nin Qaçqınlar üzrə Ali Komissarı vəzifəsində işlədiyim müddətdə Azərbaycanda dəfələrlə olmuşam və hökumətin Qarabağdan və ətraf rayonlardan olan məcburi köçkünlərə dəstək siyasətinə dəstək vermişəm. Sizin kimi məcburi köçkünlərin cəmiyyətə tam inteqrasiyası, ölkənin inkişafının bütün istiqamətlərindən bəhrələnmələri üçün Azərbaycan hökumətinin nə qədər sərmayə qoyduğunun şahidi olmuşam. Ona görə də Azərbaycana səfərlərim və hökumətlə işbirliyimə dair çox yaxşı xatirələrim var.

- Cənab baş katib, bu sizin BMT baş katibi olaraq İqlim Sammiti - COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycana ilk rəsmi səfəriniz olacaq. Azərbaycan hökuməti sammit çərçivəsində uğurlu nəticələrin əldə olunması üçün 14 təşəbbüslə çıxış edir. Azərbaycanın əsas təşəbbüslərdən biri inkişaf etməkdə olan ölkələrə dəstək məqsədilə COP29 zamanı bir milyard dollar dəyərində İqlim Maliyyəsi Fəaliyyəti Fondunun (CFAF) yaradılması təklifidir. Öz müşahidələrimizə əsasən, deyə bilərik ki, cəmi 10 ay ərzində Azərbaycan COP29-a hazırlıq məsələlərində böyük əzmkarlıq və həvəs nümayiş etdirdi. Bəs siz bu hazırlıqlar barədə nə düşünürsünüz? Azərbaycanın COP29-un keçirilməsi üçün təşkilati işlərini necə qiymətləndirirsiniz, hökumətdən gözləntiniz nədir?

- Mühüm olan odur ki, Azərbaycan öz təşəbbüslərini həyata keçirə bilməkdə ambisiyalıdır. BMT-yə üzv dövlətlərin nümayəndələri COP-un uğurlu olması üçün tədbirə gəlməli və bu proses uğurlu olmalıdır. Çünki iqlim dəyişikliyi bütün dünyaya təsir edir. Bu il yaşadığımız ən isti il oldu. Biz quraqlıqlar, qasırğalar, dünyanın böyük hissələrini məhv edən daşqınlar yaşayırıq. Qlobal temperaturu sənaye inqilabından əvvəlki səviyyə olan 1.5 dərəcədən aşağı saxlamaq üçün emissiyalar ildə 9% azaldılmalıdır. Həqiqət ondan ibarətdir ki, emissiyalar hələ də artır və biz 1.5 dərəcəni itirmək təhlükəsi ilə üzləşirik.

Beləliklə, vəziyyəti dəyişmək üçün bizə ambisiyalı lazımdır və bu, Azərbaycanda çox vacibdir.

Deməli, hər şeyi dəyişdirmək, kursu geri qaytarmaq üçün Azərbaycanda ambisiyalı, yüksək hədəflərə ehtiyacımız var. Gəlin unutmayaq ki, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində əzmkarca öz töhfələrini verir, milli fəaliyyət planını təqdim edir. Bu, çox mühüm bir siqnal olacaq və digər ölkələrə eyni şeyi etməli olduqlarını nümayiş etdirmək üçün bir nümunə ola bilər.



- Cənab baş katib, Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. 2020-ci ildə münaqişə başa çatdıqdan sonra 400-ə yaxın mülki şəxs və hərbi qulluqçu mina partlayışlarının qurbanı olub. Onlardan ikisi mənim jurnalist həmkarım idi. Ermənistan hələ də minalanmış ərazilərin bütöv və dəqiq xəritələrini təhvil verməkdən boyun qaçırır. Azərbaycanın milli səviyyədə minalarla mübarizə səylərini dəstəkləmək BMT-nin Azərbaycanda əsas prioriteti olmasına baxmayaraq, BMT-nin İnkişaf Proqramı (UNDP) Qarabağın minalardan təmizləmə səyləri barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmır. BMT-nin Ukraynada, eləcə də dünyanın digər ölkələrindəki mina problemi ilə bağlı bəyanatlar verdiyini görsək də, Azərbaycanla bağlı buna bənzər qınaq və ya bəyanatlar yoxdur. Maraqlıdır, niyə?

- Amma siz fəaliyyəti görürsünüz və bu, çox vacibdir. Bununla bağlı işlərin aparıldığını da görürsünüz. UNDP aktiv şəkildə Azərbaycan hökumətini dəstəkləyir. Artıq 350 min insan bölgəni minalardan təmizləmək üçün göstərilən birgə səydən faydalanıb. Bundan əlavə, iki ölkə (Ermənistan və Azərbaycan - red.) arasında bütün dünyaya nümunə ola biləcək saziş imzalanıb. Mən buna İstinad Mərkəzi deyərdim. Minalar, əlbəttə ki, mövcud olmamalıdır. Bunu açıq şəkildə söyləməkdə heç bir şübhəmiz yoxdur. Lakin biz ərazilərinin minalardan təmizlənməsi üçün Azərbaycan hökumətini var gücümüzlə dəstəkləyirik. Çünki ərazisindəki minaları zərərsizləşdirmək, həmin ərazilərin təmizlənməsi insanların öz köklərinin olduğu yerlərə qayıtması və hökumətin əhalinin rifahı naminə layihələrin reallaşdırılması üçün vacibdir.

- Cənab Quterreş, Azərbaycan tarixi torpaqlarını 30 illik erməni işğalından azad etdikdən sonra Ermənistanla sülh quruculuğu istiqamətində fəal iş aparır. Düzdür, Ermənistan tez-tez müqavilələri pozsa da və hələ də sülh sazişi ilə bağlı qeyri-müəyyənliklərə baxmayaraq, Azərbaycan hökuməti regional diplomatiyada əldə edilən irəliləyişlərə görə COP29-u "Sülh COP-u" adlandırır. Siz iki ölkə arasında sülh quruculuğu prosesini necə qiymətləndirirsiniz?

- Siyasi mövzuda danışmaq istəməzdim. COP-un uğur qazanması üçün vacib olan fəaliyyətləri dəstəkləmək çox iddialı maliyyə məqsədinə nail olmaq deməkdir. Çünki bu maliyyə məqsədi trilyonlarla dolların inkişaf etməkdə olan ölkələri dəstəkləmək üçün səfərbər olmasına, 1.5 dərəcəni həmin səviyyədə saxlamağa, qarşılaşdıqları iqlim dəyişikliyinin dramatik nəticələrindən təsirlənən insanlara dəstək olmağa imkan verəcək. İkincisi, karbon bazarlarına sahib olmaq üçün baş tutacaq danışıqlarda əlimdən gələni edəcəyəm. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 6-cı maddə adlanan karbon bazarlarının şəffaf, təsirli olmasını müəyyən edir və bu yalnız bir "Greenwashing" (məhsulun və ya praktikanın ətraf mühitə faydaları haqqında yanlış və ya aldadıcı bəyanatlar vermək aktı) üçün karbon bazarlarına sahib olmaqdır.

Bundan başqa mən Azərbaycan hökumətini dəstəkləmək üçün COP-un bütün digər aspektləri ilə bağlı danışıqlarda əlimdən gələn hər şeyi edəcəyəm. Əlbəttə ki, digər əhəmiyyətli bir mövzu isə odur ki, COP-da təkcə iqlim dəyişikliyi ilə bağlı problemlərə toxunulmasa da, iqlim dəyişikliyinin nəticələrinin vurğulanması vacibdir. Bunun nəticələrindən biri münaqişələrin təhrikçisi olmaqdır. Bu, Qəzzadan Ukraynaya, Sudana və dünyanın bir çox başqa yerlərində münaqişələrin olduğu bir anda qorumalı olduğumuz çox vacib bir şeydir. Biz bunu etdik, bir-birimizlə sülh içində və təbiətlə hüzur içincə olmağı seçdik və mənim yaya biləcəyim mesaj budur. Amma dediyim kimi, heç bir siyasi müzakirəyə qarışmaq fikrində deyiləm.

- Azərbaycan BMT-nin geniş spektrli ixtisaslaşmış agentlikləri və qurumları ilə fəal və səmərəli əməkdaşlıq edir. Azərbaycan Qoşulmama Hərəkatının Sədri kimi dördillik fəaliyyəti dövründə COVID-19-a qarşı mübarizədə mühüm səylərə rəhbərlik etdi və Qoşulmama Hərəkatının institusional inkişafına təkan verdi. Bundan əlavə, Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM-lər) nail olmaq öhdəliyinə ən sadiq ölkələr sırasında yer alır. COP29-dan sonra Azərbaycan 2026-cı ildə Bakıda keçirilməsi planlaşdırılan 13-cü Ümumdünya Şəhər Forumuna (WUF13) hazırlaşmağa başlayacaq. Ümumiyyətlə, Azərbaycanın BMT-yə töhfəsini necə qiymətləndirirsiniz?

- Azərbaycan BMT ilə əməkdaşlığa mükəmməl töhfə verir. Mən BMT-nin Qaçqınlar üzrə Ali Komissarı işlədiyim müddətdə özüm bunun şahidi oldum, əməkdaşlığımız sözün əsl mənasında mükəmməl idi və bizim ölkə üzrə komandamız Azərbaycanın davamlı inkişaf strategiyasının dəstəklənməsi və bir çox başqa aspektlərdə hökumətlə çox uğurlu işbirliyi içində idi. Bundan başqa, Azərbaycan ötən illər ərzində BMT-nin müxtəlif qurumları ilə fəal şəkildə işləməkdə davam edir və BMT-nin "Gələcəyin Sammiti"ndə də biz bunu gördük. Biz, söylədiyim kimi, Azərbaycan hökuməti ilə uğurlu əməkdaşlıqdan çox məmnunuq.

- BRICS sammitində Prezident Putinlə görüşünüz beynəlxalq ictimaiyyət tərəfindən tənqid olundu. Bununla yanaşı bir necə gün öncə siz Şimali Koreya qoşunlarının Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Rusiyaya göndərilməsindən dərin narahatlıq keçirdiyinizi dilə gətirdiniz. Digər tərəfdən Ukrayna lideri Volodimir Zelenski ilə görüşmək üçün bu ölkəyə getməyə hazırlaşdığınız barədə məlumat var. Bu görüşdən regionda davam edən münaqişə ilə bağlı müsbət nəticələrin əldə olunmasına dair ümidiniz varmı?

- Düşünürəm ki, son eskalasiya zamanı ən vacib olanı Şimali Koreyanın iştirakı ilə münaqişənin beynəlmiləlləşməsinin qarşısını almaq idi. Münaqişə beynəlmiləlləşdirəndə, iki ölkə arasında olan münaqişə daha da ümumiləşir. Təhlükədə olan dünyada sülhdür və mənim müdaxiləmin səbəbi də budur.

- Cənab baş katib, Azərbaycan hökumətinin məlumatına görə, Ermənistanın təcavüzü nəticəsində son 30 il ərzində 4000-dən çox azərbaycanlı itkin düşüb. Ötən illər ərzində bu insanların taleyinə aydınlıq gətirmək üçün BMT çərçivəsində konkret addımlar atılmayıb. Bu insani problemin həllində BMT hansı fəaliyyətə üstünlük verməlidir?

- BMT istənilən yerdə, hər yerdə və hər hansı səbəbdən itkin düşmüş insanların tapılması üçün tamamilə hökumətlərin ixtiyarındadır. İnsanların itkin düşməsi, ailələrin əziyyət çəkməsi bizi narahat edir. Odur ki, biz əməkdaşlığa uyğun olaraq, hər hansı bir səbəbdən itkin düşən insanların tapılması və ya onların taleyinə aydınlıq gətirilməsi ilə əlaqəli olan bütün məsələlərdə əməkdaşlıq etməyə hazırıq.

- Cənab baş katib, BMT Təhlükəsizlik Şurasında islahatların aparılması ilə bağlı uzun müddətdir ki, təkidli tələblər səslənir. Sizcə, BMT-nin daha səmərəli fəaliyyət göstərməsi üçün nə lazımdır?

- Hesab edirəm ki, Təhlükəsizlik Şurası (TŞ) 1945-ci ilin dünyasını əks etdirir, ancaq dünya dəyişib. TŞ-nin beş daimi üzvündən üçü fərqli mövqelərə malik Avropa ölkəsidir - Fransa, Böyük Britaniya və Rusiya. Bu gün dünya daha böyük bir dünyadır. Deməli, bizə bugünkü dünyanı əks etdirən və geosiyasi qərarlar qarşısında iflic olmayan TŞ lazımdır. Bu, beynəlxalq birliyin tələb etdiyi ən mühüm islahatdır. Çünki bu, beynəlxalq maliyyə arxitekturasında və qlobal idarəçiliyin digər aspektlərində İkinci Dünya müharibəsindən sonra müəyyən edilmiş islahatlar kimi köklü islahatın aparılmasını tələb edir. O vaxt Azərbaycan Sovet İttifaqının tərkibində idi, bu gün isə Azərbaycan buradadır, beynəlxalq aləmdə özünü təsdiq edir. Nəzərə almalıyıq ki, qlobal idarəçilik qurulanda orada olmayan ancaq bu gün bu dünyada yaşayan azərbaycanlılar var, ona görə də ədalətli yanaşmalıyıq.




Oxunub: 2 915
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 19:51 | Sabahdan Bakı–Qazax yolunda hərəkət məhdudlaşdırılacaq - Səbəb
    Bu gün, 19:50 | Zelenski Putinə zəng edəcək? - Özü açıqladı
    Bu gün, 19:34 | Azərbaycana qarşı çağırışlar edən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Siyahı
    Bu gün, 19:31 | Özbəkistanla əbədi dost olduq - RƏSMİ
    Bu gün, 19:14 | İlham Əliyevin xarici siyasət strategiyası, Azərbaycanın artan beynəlxalq çəkisi və Vaşinqtondan gələn dəvətin arxasında dayanan geosiyasi reallıqlar
    Bu gün, 19:09 | Qazaxda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş rəsm sərgisi keçirilib
    Bu gün, 19:06 | Bakıda qadın "TikTok"da canlı yayımda öldü
    Bu gün, 18:53 | Rusiyada azərbaycanlılar qəzaya düşdülər: Ölənlər var
    Bu gün, 18:43 | Ermənistan əsgərləri sektalara görə özlərini öldürürlər?
    Bu gün, 18:04 | Qazaxda 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü ərəfəsində Vətən müharibəsi iştirakçıları ilə gənclərin görüşü təşkil edilib
    Bu gün, 17:43 | İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
    Bu gün, 16:46 | “Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
    Bu gün, 16:39 | Qazaxda qəhrəman şəhidlərimizin əziz xatirələri böyük hörmət və ehtiramla yad olunur
    Bu gün, 16:25 | Gəncədəki bağçada bit iddiası ilə bağlı yoxlama aparıldı
    Bu gün, 16:21 | "WhatsApp"da saxta 100 manatlıq "Zəfər Günü hədiyyəsi": Vətəndaşlara xəbərdarlıq - Foto
    Bu gün, 16:16 | Azərbaycan polisi Kiyevdə əməliyyat keçirdi - Video
    Bu gün, 15:50 | Ağstafada Zəfər Günü münasibətilə qazilərlə görüş keçirildi - Fotolar
    Bu gün, 14:25 | Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarında
    Bu gün, 14:23 | Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
    Bu gün, 14:22 | Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək - Yaxın vaxtlarda...
    Bu gün, 14:20 | Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir
    Bu gün, 14:17 | Zahid Oruc bu şəxslərə maaşdan əlavə pul verilməsini təklif edir
    Bu gün, 13:00 | MM Özbəkistanla əbədi dostluq müqaviləsini təsdiqlədi
    Bu gün, 12:59 | 13 il əvvəl törədilən qətllə bağlı yeni məlumat...
    Bu gün, 12:57 | "Qarabağ" 4500 manat cərimələndi
    Bu gün, 09:07 | Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
    Bu gün, 09:06 | Sərnişinlər qapıların bağlanmasına mane oldular, qatar gecikdi - ADY-dən sərnişinlərə çağırış
    Bu gün, 09:04 | UEFA Çempionlar Liqası: "Qalatasaray" "Ştutqart"a, "Atletiko Madrid" "Bavariya"a qarşı
    Bu gün, 09:02 | 15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi
    Bu gün, 08:59 | Rusiyadan Bakıya oğlunun toyuna milyon gətirən kişi saxlanıldı
    Dünən, 21:22 | Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
    Dünən, 21:18 | “Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
    Dünən, 20:01 | Diqqət: Sabah bu yolun bir hissəsi bağlı olacaq
    Dünən, 19:59 | Bu şəxslərə xoş xəbər - Qərar
    Dünən, 18:06 | 14 yaşlı qız hamilə qaldı - Əsgər həbs edildi
    Dünən, 17:01 | Agentlik sədri yeni şöbə müdiri təyin etdi
    Dünən, 16:59 | Anar Əliyevin yeni müşaviri kimdir - DOSYE
    Dünən, 16:21 | Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...
    Dünən, 16:19 | Razılıq əldə olundu: O, ölkəmizə ekstradisiya ediləcək
    Dünən, 16:17 | Əsgərlikdən yayınmaq istəyənlərə cinayət işi açıldı
    Dünən, 14:47 | “Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
    Dünən, 14:44 | Pakistan ŞƏT Banklararası Birliyinə sədrlik edəcək - Foto
    Dünən, 14:34 | Azərbaycanda 313 sürücü və daşıyıcı imtahan verəcək
    Dünən, 14:27 | Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Dünən, 14:26 | Azərbaycanlı hakim "Vilyareal" - PSJ matçını idarə edəcək
    Dünən, 14:22 | Azərbaycan-Ermənistan sərhədinin bu hissəsində təcili demarkasiya prosesi başlaya bilər
    Dünən, 14:19 | Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı - ANBAAN VİDEO
    Dünən, 14:14 | Su idarəsinin əməkdaşı iş otağında qəfil öldü
    Dünən, 14:12 | Qonşumuz Ukraynanın səhvini etmədi - Rusiya Qərbin "ikinci cəbhə" planı haqda
    Dünən, 14:06 | “Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.