Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?

Son xəbərlər :
  • "Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
  • Ukraynadan Rusiya ordusuna ağır zərbə
  • Altı il öncə bu gün – 25 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR
  • Azərbaycan Premyer Liqasında IX tur başa çatır: "Sabah" "Qarabağ"ı qəbul edir
  • Azərbaycanın U-15 millisi dünya çempionatında növbəti qələbəsini qazandı
  • “Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
  • Millimizdən dünya çempionatında böyükhesablı qələbə
  • Bəzi tibb işçilərinin maaşına 50 faizədək əlavə veriləcək
  • Məşhurlar ən çox bu kokteyli içir
  • Kafedəki dəhşətli qətlə görə, deputatın oğlunu hansı cəza gözləyir?
  • Çay içənlərə XƏBƏRDARLIQ
  • 10 yaşlı uşağa təcavüz edən "Akula Akif"in dəhşətli cinayəti: "Cinlər məni yoldan çıxardı"
  • Zeytun Festivalının açılışı olub - Foto
  • “Neftçi” - “Turan Tovuz” matçında heç-heçə, “Kəpəz”dən qələbə
  • Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəldi
  • U-15 DÇ: İlham Əliyev millinin oyununu izləyir
  • Qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat
  • Bu şəxslər təyyarədən pulsuz istifadə edəcək
  • İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat
  • Kartdan-karta pul köçürənlərə vacib xəbər - Foto
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

"Arkoz Qazax Sement Zavodu” MMC bu gün daha bir şəhid ailəsini sevindirdi

  • Tarix: 5-11-2024, 19:59

Fəaliyyətə başladığı ilk gündən tikinti sektorunda fərqlənməyi qarşıya məqsəd qoyan "Arkoz Qazax Sement Zavodu” MMC (əvvəlki adı "Qazax Sement Zavodu” MMC) Azərbaycanın iri sement istehsalçılarından biri olaraq illərdir ki, böyük layihələrə imza atmaqda davam edir. Zavod fəaliyyəti dövründə öz xeyirxah əməlləri ilə hər zaman seçilir, rayonda görülən işlərə öz töhfəsini verir. Bunu zavodun yerləşdiyi Daş Salahlı kəndində həyata keçirdiyi sosial layihələr, çoxsaylı işlər söyləməyə əsas verir. Zavod tərəfindən 2017-ci ildə Daş Salahlı kənd 2 saylı Uşaq bağçasının və 3 saylı Körpələr Evi-Uşaq bağçasının əsaslı şəkildə yenidən qurularaq körpə balaların istifadəsinə verilməsi dediklərimizin bariz nümunəsidir. Bundan başqa, pandemiya dövründə ölkə Prezidenti İlham Əliyevin "Biz birlikdə güclüyük!” çağırışını əldə rəhbər tutaraq, şəhid ailələrinə, müharibə əlillərinə, aztəminatlı ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqatların çatdırılması söylədiklərimizin əyani sübutudur. 

Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, iştirakçılarına, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazax rayonunda da hər zaman örnək götürülür. Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq şəhid ailələrini, yaralılarımızı, qazilərimizi ziyarət edir, qayğıları ilə maraqlanır.

Təqdirəlayiq haldır ki, rayonda fəaliyyət göstərən "Arkoz Qazax Sement Zavodu” MMC də dövlətimizin şəhid ailələrinə göstərdiyi qayğını hər zaman öz fəaliyyətində örnək götürür. Xeyirxah əməllərini davam etdirərək öz ənənəsinə sadiq qalan zavod rəhbərliyi şəhid ailələrinə, qazilərimizə daim qayğı göstərir, onların sosial problemlərinin, qayğılarının həlli istiqamətində nümunəvi addımlar atır. Bu qayğının nəticəsidir ki, bu gün zavodda xeyli sayda şəhid ailələrinin üzvləri çalışır. 

Zavod tərəfindən Daş Salahlı kəndində yerləşən Şəhidlər Xiyabanına gedən yola yeni asfalt örtüyünün vurulması, ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş, Qazax rayonunun Qazaxbəyli kənd sakini, 3-cü dərəcəli Vətən müharibəsi əlili (MAHHXHQ) Rəhimov Fəqan Fazil oğlunun yaşadığı evin əsaslı şəkildə yenidən qurulması, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalmış Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Xüsusi Vasitələrin Tətbiqi Dəstəsində gizir kimi xidmət etmiş, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuş gizir Əhmədov Elvin Qələndər oğlunun evinin əsaslı şəkildə təmir olunması dediklərimizin əyani sübutudur.

Öz ənənəsinə sadiq qalaraq xeyirxah əməllərə vəsilə olan "Arkoz Qazax Sement Zavodu” MMC bu gün də nümunəvi işlərini davam etdirir. Belə ki, zavod rəhbərliyi bu dəfə 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan, ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin giziri Abdullayev Sərxan Elxan oğlunun ailəsinin səsinə səs verdi. 2 övladı xəstə olan şəhidimizin atasının zavod və rayon rəhbərliyinə etdiyi müraciəti cavabsız qoymadı.

4 ay öncə iyunun 24-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, "Arkoz Qazax Sement Zavodu” MMC-nin Hüquq məsələləri üzrə direktor müavini Hikmət Əliyev və İnzibati işlər və nəzarət üzrə direktor müavini Nahid Salehov və digər əməkdaşların Ağstafa rayonunun Dağ Kəsəmən kəndində şəhidimizin ailəsinə tikiləcək ev üçün ayrılmış ərazidə olması barədə məlumat vermişdik.

Budur, artıq 4 ay keçib və şəhidimizin ailəsi üçün özünün də arzuladığı kimi ev inşa edilib. Yüksək səviyyədə inşa edilən, yataq, qonaq, mətbəx mebelləri ilə təmin olunan bu ev noyabrın 2-də cənnətdə növbəti doğum gününü qeyd edən qəhrəman şəhidimizin ailəsinə edilən ən gözəl hədiyyədir.

Noyabrın 4-də Vətən müharibəsi şəhidi gizir Abdullayev Sərxan Elxan oğlunun ailəsi üçün yeni inşa edilmiş yaşayış evi ailə üzvlərinin istifadəsinə verilib.

Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, millət vəkili Ülviyyə Ağayeva, "Arkoz Qazax Sement Zavodu" MMC-nin rəhbərliyindən Mücahit Uçar, Zavodun Hüquq məsələləri üzrə direktor müavini Hikmət Əliyev, İnzibati işlər və nəzarət üzrə direktor müavini Nahid Salehov və digər əməkdaşlar, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələrinin üzvləri, şəhidimizin vaxtilə təhsil aldığı Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin müəllim və şagirdləri, ziyalılar, KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə yeni inşa edilmiş evin rəsmi açılışını bildirən qırmızı lent kəsilib, sonra qonaqlar igid Vətən oğlunun ailəsi üçün yaradılan şəraitlə tanış olublar.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Şəhid ailəsinin xoş günündə onların yanında olduqları üçün tədbirdə iştirak edənlərə razılığını ifadə edib. Rayon rəhbəri qəhrəman şəhidimizin həyat yoldaşına yeni evlərində övladları və doğmaları ilə birlikdə huzurla xoş günlər yaşamağı arzu edib, səmimi təbriklərini səsləndirib. İcra başçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında onun dəmir yumruğu ətrafında birləşərək 44 günlük Vətən müharibəsində qanı ilə tarix yazan Sərxan Abdullayev və onun kimi igid oğullarımızla hər bir Azərbaycan vətəndaşının qürur duyduğunu bildirib. Rayon rəhbəri istər Birinci Qarabağ, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər vaxtlarda Şəhidlik zirvəsinə ucalmış bütün şəhidlərimizin əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. İcra başçısı ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda hər zaman nümunə götürüldüyünü vurğulayıb. Azərbayсan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən şəhid ailələrinə, eləcə də daxili qoşunların üzvü olan şəhidlərimizin ailələrinə hər zaman xüsusi diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb və buna görə razılığını ifadə edib. İcra başçısı fəaliyyətə başladığı ilk gündən Zavodun rayonda bir çox layihələrə imza atdıqlarını, xüsusilə də şəhid ailələrinə, müharibə əlillərinə, aztəminatlı ailələrə qayğı göstərdiklərini, dəstək olduqlarını söyləyib. Nümunəvi təşəbbüsünə görə şəhid ailələri, eləcə də ziyalılar və rayon ictimaiyyəti adından "Arkoz Qazax Sement Zavodu” MMC-nin rəhbərliyinə və kollektivinə bir daha təşəkkürünü çatdıran rayon rəhbəri bu cür layihələrin icra olunmasını ölkə başçısının yürütdüyü uğurlu dövlət siyasətinin davamı kimi qiymətləndirib. “Bu, təkcə Sərxan Abdullayev üçün tikilən ev deyil, bu, bütün şəhidlərimizə tikilən evdir. Bu, dövlətimizin, ölkə rəhbərliyinin şəhid ailələrinin yanında olduğunu göstərən nümunəvi addımdır. "Arkoz Qazax Sement Zavodu” MMC şəhid ailələri ilə bağlı sosial layihələri uğurla icra edir. Zavod rəhbərliyi dövlətin onlara göstərdiyi qayğını, dəstəyi əldə rəhbər tutaraq bu cür sosial layihələri icra edərək öz töhfəsini verir, şəhid ailələrinin, qazilərin yanında olduqlarını əməli işləri ilə göstərirlər”, - deyən rayon rəhbəri bir daha zavodun rəhbərliyi başda olmaqla, şəhidimizin ailəsi üçün yeni evin inşasında əməyi keçən hər kəsə minnətdarlığını bildirib.                            

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi arzularını səsləndirib. Millət vəkili ölkəmizdə dövlət başçısı və Birinci vitse-prezident tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən qayğının bariz nümunəsinin Qazax rayonunda şəhid ailələrinə, qazilərə göstərilən qayğıda, səmimi münasibətdə aydın şəkildə görüldüyünü diqqətə çatdırıb. Qazaxda həmin qayğının rayon rəhbərliyi, eləcə də rayonda fəaliyyət göstərən təşkilatlar tərəfindən hər zaman nümunə götürüldüyünü qeyd edərək bugünkü tədbiri, yeni evin inşa edilməsini əyani sübut olaraq göstərib. “Vətəndaş məmnunluğunu təmin etmək hər bir dövlət məmurunun vəzifə borcudur ki, biz bunu Qazaxda əyani şəkildə görürük. Bu gün rayonda vətəndaş məmnunluğunun təmin olunmasının barzi nümunəsini bugünkü tədbir, inşa edilmiş ev bir daha təsdiqləyir. İnşa edilmiş bu ev təkcə ev deyil, şəhidlərimizə ucaldılmış abidədir. Bu ev hər kəsin qürurla ziyarət edəcəyi bir ocaqdır. Bu evdə vətənpərvər övladlar böyüyəcək ”, - deyən millət vəkili buna görə əziyyəti keçən hər kəsə razılığını ifadə edib.  

Milli Məclisin deputatı Ülviyyə Ağayeva çıxış edərək tədbir iştirakçılarını salamlayıb, şəhidimizin ailəsini təbrik edərək səmimi ürək sözlərini səsləndirib. “Bugünkü əlamətdar hadisə mərhum şəhidimizin, Sərxan qardaşımızın ruhuna hörmət, dövlətimizin, xalqımızın, rayon rəhbərliyinin hər zaman şəhid ailələrinin yanında olması, qürur və fəxarətlə göstərdiyi igidliyə, qəhrəmanlığa minnətdarlığın ifadəsidir. Şəhidlərimiz hər zaman qəlblərdə əbədi yaşayacaqlar. Şəhidlərimiz təkcə doğulduqları ailələrə mənsub deyillər, onlar artıq bütün Azərbaycanın övladlarıdır. Hər biri ilə qürur duyuruq”, - deyə Ü.Ağayeva fikirlərini ifadə edib.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsinin komandir müavini, polkovnik-leytenant Ramin Mənsimov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi təbriklərini çatdırıb. Natiq qeyd edib ki, 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu 30 il işğal altında olan torpaqları azad etdi. Bu, bizim üçün bir fəxrdir, tarixi yaddaşdır. Natiq çıxışında 44 günlük Vətən müharibəsində Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrinin döyüşlərə qatıldığını, 66 nəfərin qəhrəmancasına Şəhidlik zirvəsinə ucaldığını qeyd edib. İgid Vətən oğullarından 4 nəfərin Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldüyünü söyləyib. Həmin qəhrəman şəhidlərimizdən olan Sərxan Abdullayevin Kəlbəcər istiqamətində gedən döyüşlərə qatıldığını, igidliklə vuruşduğunu və şəhadətə yüksəldiyini vurğulayıb. Sərxan Abdullayevin ailəsinin timsalında bütün şəhid ailələrinə göstərilən qayğıya görə ölkə və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Şəhid ailələrinin tək olmadığını, dövlətin onların yanında olduğunu səsləndirib.

Qəhrəman şəhidin tarix müəllimi Arzu Abbasova çıxış edərək Sərxan Abdullayevin məktəb illərindən söz açaraq onun nümunəvi şagird, bir gənc olduğunu söyləyib. İlk andan necə nümunəvi idisə, bu gün də öz şəhadəti ilə gələcək nəsillərə, gənclərə örnək olduğunu bildirib.          

"Arkoz Qazax Sement Zavodu” MMC-nin Hüquq məsələləri üzrə direktor müavini Hikmət Əliyev çıxış edərək zavod rəhbərliyi və kollektivi olaraq hər zaman ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, iştirakçılarına, onların ailələrinə göstərdikləri qayğını əldə rəhbər tutaraq bu sahədə, şəhid ailələri ilə bağlı sosial layihələrin icrasında töhfə verməyə çalışdıqlarını qeyd edib. "Arkoz Qazax Sement Zavodu” MMC olaraq dövlətin və ölkə başçısının yanında olduqlarını diqqətə çatdırıb.

Şəhid atası Elxan Abdullayev də öz növbəsində razılığını bildirib. “Arkoz Qazax Sement Zavodunun şəhid ailələrinə olan qayğısını eşitmişdim. Bu gün isə şəhid övladımın ailəsinin timsalında bir daha şahidi oldum. Şəhid övladımın bizlərə əmanət etdiyi övladlarının səhhətində yaranmış problemlə bağlı onların həyət evində yaşamaları üçün yeni evin inşa edilməsi barədə zavod rəhbərliyinə müraciət etdim. Etdiyim müraciət cavabsız qalmadı və budur, nəticəsi də göz qabağındadır. 4 ay ötüb və övladımın ailəsi üçün arzulanan ev hazırdır. Şəhid övladımın ruhu şaddır, çünki onun balaları üçün özünün arzuladığı kimi belə gözəl ev inşa edildi. Dövlətimin, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, rayon rəhbərliyinin qayğısını hər zaman hiss etmişik. Bu gün "Arkoz Qazax Sement Zavodu” MMC-nin bu nümunəvi addımı isə övladımın doğum günü ərəfəsində onun ailəsinə dövlətin növbəti qayğısı oldu. Bütün bunlara görə ölkə başçısına, Birinci vitse-prezidentə, rayon rəhbərliyinə və "Arkoz Qazax Sement Zavodu” MMC-nin rəhbərliyi başda olmaqla, bütün əməkdaşlarına, evin inşasında əziyyəti keçən hər kəsə şəhid ailəsi olaraq minnətdarlığımı bildirirəm”, - deyə şəhid atası ürək sözlərini səsləndirib.

Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal şəhidlərimizin xatirəsinə qələmə aldığı “Şuşanı alan oğullar” şeirini səsləndirərək şəhidimizin ailəsinə səmimi ürək sözlərini çatdırıb, yeni evdə xoş, firəvan həyat yaşamağı arzulayıb.

Azərbaycan Yazıçılar Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, gənc şair Rüfət Axundlu “Sənə Zəfər yaraşır, Zəfər Azərbaycanım” şeirini səsləndirərək şəhidimizin ailəsinə təbriklərini ifadə edib.

Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və təbiət fənlər təmayüllü məktəb-liseyin 7c sinif şagirdi Minur Məmmədov Elvin Elxanoğlunun “Zəfərin mübarək Azərbaycan”, 5a sinif şagirdi Pəri Mansırlı AYB-nin üzvü, şair Cavanşir Rüstəmin “Gözünüz aydın” şeirini səsləndirərək təbriklərə qoşulublar.

Gənc Aşıq Samir Cəlaloğlu sazda ifa etdiyi hava ilə şəhidimizin yeni evində ruhunu şad edib.

Gizir Abdullayev Sərxan Elxan oğlu 2 noyabr 1988-ci ildə Qazax şəhərində anadan olmuşdur. 1995-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 1-ci sinifinə daxil olmuş, 2006-cı ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2008-ci ildə hərbi xidməti başa vurduqdan sonra Daxili Qoşunlarda gizir rütbəsində xidmətə başlamışdır.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin giziri, xüsusi təyinatlı dəstənin 2-ci xüsusi həmlə qrupunda 2-ci yarımqrup komandiri kimi xidmət edən igid Vətən oğlu 28.09.2020-ci il tarixdə Göygöl rayonunun Toğanalı kəndi ərazisində gedən hərbi əməliyyatlar zamanı qəhrəmancasına şəhid olmuşdur. Sərxan Abdullayev 28.09.2020-ci ildə Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Evli olan şəhid gizirimizin Orxan və Turan adlı iki oğul övladı yadigar qalıb.

Şəhid gizirin göstərdiyi igidlik hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Vaxtilə "Qüsürsuz xidmətə görə" 3-cü dərəcəli medalla təltif olunmuş Sərxan Abdullayev ölümündən sonra da medallarla təltif edilmişdir. Şəhid gizirimizin göstərdiyi igidlik cənab Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Şəhərin Əliağa Şıxlinski küçəsində igid Vətən oğlunun adını əbədiləşdirən bulaq inşa olunub. Şəhərin Heydər Əliyev prospektində baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun, tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun, gizir Abdullayev Sərxan Elxan oğlunun, gizir İsmayılov Tahir Niyazi oğlunun vaxtilə təhsil aldıqları Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyin həyətində şəhid məzunların xatirəsinə tikilən bulaqda igid Vətən oğlunun da adı var.

.

    

.

  

         


Oxunub: 804
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 20:08 | "Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
    Dünən, 16:33 | Ukraynadan Rusiya ordusuna ağır zərbə
    Dünən, 14:56 | Altı il öncə bu gün – 25 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR
    Dünən, 14:34 | Azərbaycan Premyer Liqasında IX tur başa çatır: "Sabah" "Qarabağ"ı qəbul edir
    Dünən, 13:43 | Azərbaycanın U-15 millisi dünya çempionatında növbəti qələbəsini qazandı
    24-10-2026, 22:36 | “Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
    24-10-2026, 22:34 | Millimizdən dünya çempionatında böyükhesablı qələbə
    24-10-2026, 21:48 | Bəzi tibb işçilərinin maaşına 50 faizədək əlavə veriləcək
    24-10-2026, 21:37 | Məşhurlar ən çox bu kokteyli içir
    24-10-2026, 21:34 | Kafedəki dəhşətli qətlə görə, deputatın oğlunu hansı cəza gözləyir?
    24-10-2026, 21:30 | Çay içənlərə XƏBƏRDARLIQ
    24-10-2026, 21:25 | 10 yaşlı uşağa təcavüz edən "Akula Akif"in dəhşətli cinayəti: "Cinlər məni yoldan çıxardı"
    24-10-2026, 21:20 | Zeytun Festivalının açılışı olub - Foto
    24-10-2026, 20:55 | “Neftçi” - “Turan Tovuz” matçında heç-heçə, “Kəpəz”dən qələbə
    24-10-2026, 20:30 | Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəldi
    24-10-2026, 20:27 | U-15 DÇ: İlham Əliyev millinin oyununu izləyir
    24-10-2026, 20:26 | Qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat
    24-10-2026, 19:06 | Bu şəxslər təyyarədən pulsuz istifadə edəcək
    24-10-2026, 19:03 | İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat
    24-10-2026, 18:59 | Kartdan-karta pul köçürənlərə vacib xəbər - Foto
    24-10-2026, 18:42 | Pezeşkian Moskvaya gedir: 27 oktyabrda nə baş verəcək?
    24-10-2026, 18:35 | Payızda bu qidaları süfrənizdən əskik etməyin
    24-10-2026, 18:32 | Sumqayıtda ağaclar kəsildi, yerində obyekt tikildi: Nazirlik hərəkətə keçdi -
    24-10-2026, 18:30 | “Barselona” “Real”la matça necə hazırlaşır?
    24-10-2026, 18:29 | Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia
    24-10-2026, 18:24 | Azərbaycana xarici investisiya qoyuluşu kəskin artıb
    24-10-2026, 18:06 | Rusiya-Ukrayna müharibəsində sülhdən sonra nə olacaq?
    24-10-2026, 18:04 | Sərhədimizdə qanunsuz ağac kəsən ermənilərə protokol yazıldı
    24-10-2026, 15:45 | Davada öldürülən Ceyhunun qızına bu gün elçi gələcəkmiş
    24-10-2026, 15:40 | Misli Premyer Liqası: “Şəfa” “Kəpəz”i, “Neftçi” isə “Turan Tovuz”u qəbul edir
    24-10-2026, 15:24 | Qəbələdə ağır qəzada xəsarət alanların son durumu - Video
    24-10-2026, 15:21 | Dilarə Əliyevaya vəzifə verildi
    24-10-2026, 15:17 | Şagirdlər ev tapşırığını ChatGPT-yə yazdırır - Təhsildə yeni təhlükə
    24-10-2026, 15:14 | Zığda yaşayış binasında yanğın söndürüldü
    24-10-2026, 14:10 | QIŞDA HANSI ƏRZAQLAR BAHALAŞACAQ? – Ərzaq qiymətləri ilə bağlı AÇIQLAMA
    24-10-2026, 14:07 | Avropadan Azərbaycana axın başladı - SƏBƏB BU İMİŞ…
    24-10-2026, 13:47 | RAYONLARA DÖVLƏT DOTASİYASI TAM KƏSİLDİ – Xərclər necə qarşılanacaq?
    24-10-2026, 13:42 | Salyan rəsmən XARABA GÜNƏ QALIB - Rüstəm Xəlilovun "SƏNƏT ƏSƏRİ"...
    24-10-2026, 13:35 | Sabah yağış yaşacaq, külək əsəcək - HAVA PROQNOZU
    24-10-2026, 13:30 | Bakıda tarixi futbol turniri: 1000-ə yaxın oyun keçiriləcək
    24-10-2026, 13:26 | Arzuxan Əlizadənin oğlu haqda açıqlama: “Əhməd elə oğlan deyil”
    24-10-2026, 13:22 | Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
    24-10-2026, 13:11 | BURA RƏHBƏR TƏYİN ETMƏK... NƏ ÇƏTİN MƏSƏLƏDİR Kİ?.. - HƏQİQƏTƏN DƏ...
    24-10-2026, 13:00 | Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
    24-10-2026, 12:56 | Azərbaycan neftinin qiyməti 126 dolları ötüb
    24-10-2026, 12:54 | Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?
    24-10-2026, 12:51 | Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
    24-10-2026, 12:44 | Abşeronda yağışdan sonra yolu su basdı - VİDEO
    24-10-2026, 12:40 | NAZİR YENİ SOSİAL PAKETİN ANONSUNU VERDİ... – Pensiya və maaşlar nə qədər arta bilər?
    24-10-2026, 12:36 | Bakıda deputat Arzuxan Əlizadənin oğlunun qətl törətdiyi yerdən görüntülər - Foto
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.