“DAYIMIN ŞİRKƏTİDİR...” – Nazir ailə biznesini boynundan atır
“Hər kəs öz fəaliyyətinə görə cavabdehdir. “Lianna Garden Hall” dayımın şirkətidir”. Mediaxeberleri.Az xəbər verir ki, bunu Ermənistanın Sosial Təminat naziri Narek Mkrtçyan yerli jurnalistlərə açıqlamasında deyib. Məsələ ondadır ki, Ermənistan Dövlət Gəlirləri Komitəsi “Lianna Garden Hall”-da 100 milyon dram məbləğində pulun rəsmi dövriyyədən gizlədilidiyini aşkarlayıb. Bu şirkət isə nazirin ailə şirkəti kimi tanındığından ona qarşı mətbuatda ittihamlar çoxalıb. Azərbaycan üçün də tanışan olan bu mənzərənin yaranmasından sonra nazir sözügedən şirkətlə əlaqələrini boynundan atmağa çalışıb: “Dövlət Gəlirləri Komitəsinin bəyanatını oxuyun. Mən bu işlərə qətiyyən qarışmıram, bu işə qətiyyən aidiyyatım yoxdur. Bu, dayımın biznesidir. O, 2000-ci illərin əvvəllərindən bizneslə məşğuldur. Bu, mənim problemim deyil”. “AzPolitika.info”