"Kəpəz" son dəqiqə qolu ilə "Səbail"i məğlub etdi
- 3-11-2024, 19:02
- 1 628
Bu gün Misli Premyer Liqasında 12-ci tura yekun vurulacaq.
Mediaxeberleri.Az xəbər verir ki, son oyun günündə 2 matç keçiriləcək. İlk olaraq 10-cu pillədəki "Kəpəz" 9-cu yerdəki "Səbail"i qəbul edib. Qarşılaşma Gəncə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, "Kəpəz" turnir cədvəlində 6 xalla 10-cu, "Səbail" isə 7 xalla 9-cudur.
Digər matçda isə "Sumqayıt" "Sabah"la üz-üzə gələcək.
3 noyabr
16:00. “Kəpəz” – “Səbail” - 1:0
Qol: Camal Cəfərov, 90+5
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamran Əliyev
Tovuz şəhər stadionu.
19:00. “Sumqayıt” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov
M.Hüseynzadə adına stadion
1 noyabr
“Neftçi” - “Araz-Naxçıvan” - 0:1
“Turan Tovuz” - “Qarabağ” - 0:0
2 noyabr
"Şamaxı” - “Zirə” - 0:2
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qarabağ | 11 | 9 | 1 | 1 | 28-6 | 28 |
| 2 | Turan Tovuz | 12 | 7 | 4 | 1 | 18-9 | 25 |
| 3 | Araz-Naxçıvan | 11 | 7 | 3 | 1 | 14-10 | 24 |
| 4 | Zirə | 11 | 6 | 2 | 3 | 18-8 | 20 |
| 5 | Sabah | 11 | 4 | 5 | 2 | 20-16 | 17 |
| 6 | Şamaxı | 11 | 3 | 3 | 5 | 8-13 | 12 |
| 7 | Sumqayıt | 11 | 3 | 1 | 7 | 9-15 | 10 |
| 8 | Neftçi | 12 | 1 | 6 | 5 | 9-17 | 9 |
| 9 | Səbail | 12 | 2 | 1 | 9 | 15-22 | 7 |
| 10 | Kəpəz | 12 | 2 | 0 | 10 | 8-31 | 6 |
Bombardirlər:
Cesse Sekidika ("Sabah") - 6 qol
Felipe Santos ("Araz-Naxçıvan") - 6 qol
Coy Lens Mikels ("Sabah") - 5 qol
Комментарии (0)