Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
  • Həftənin ilk iş günü qar yağacaq
  • Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
  • Azərbaycanda həkim vəfat etdi
  • Bu dəfə general qızı onu məhkəməyə verdi
  • Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
  • Bu binalara istilik verilməyəcək
  • "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
  • Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
  • Sabahın hava proqnozu açıqlandı
  • Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
  • Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
  • "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
  • Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
  • Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...
  • "Facebook" istifadəçilərinin gizli fotolarına daxil olub? - "Meta"ya 805 milyon avroluq cərimə
  • Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
  • Rəşad Məcidə ağır itki
  • Rusiyanın nəhəng neft-kimya zavodu vuruldu - Video
  • Millətlər Liqası: Türkiyə üçün növbəti çətin sınaq
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

KEÇMİŞ SSRİ MƏKANININ “PUTİN QORXUSU”... - Postsovet xalqlarını Rusiyanın “qucağına atan” kimdir?

  • Tarix: 30-10-2024, 12:51

Gürcüstanda müxalifət hər nə qədər son parlament seçkisinin saxtalaşdırıldığını iddia etsə də, ortaya bunu sübut edəcək protokollar, konkret sənədlər, faktlar qoya bilmir. Bu da təsadüfi deyil. Çünki rəsmi sənədlər, yerlərdə seçki komissiyalarının yekun protokolları və s. hakim partiyanın qələbəsinə demək olar, şübhə yeri qoymur.

Lakin əsas məsələ təkcə səsvermə günü qutudan çıxan səslərin sayına və nisbətinə yox, həm də mövcud seçki mühiti, tərəflərin fərqli təbliğat, maliyyə imkanları, inzibati resursları və digər çoxsaylı amillərə bağlıdır. Zatən keçmiş SSRİ məkanındakı istənilən ölkədə keçirilən seçkidə hakim qüvvə hələ seçki başlamamış öz rəqiblərindən 10-20 faiz öndə sayıla bilər. Buna onun inzibati resursları, üstün maliyyə imkanları, əlindəki idarəetmə aparatı, büdcədən maliyyələşən vətəndaşlara təsir vasitələri və digər çoxsaylı üstünlüklər şərait yaradır. Gürcüstanda da bunun bariz nümunəsini gördük. Odur ki, sırf texniki baxımdan seçkinin kütləvi şəkildə saxtalaşdırıldığını iddia etmək doğru olmazdı. Çünki buna heç ehtiyac da yox idi. Hakimiyyətin inzibati və maliyyə resursları, ən əsası isə yürütdüyü Gürcüstanın Ukrayna ilə müqayisəsinə, müxalifətə səs veriləcəyi halda Rusiya ilə müharibənin qaçılmaz olduğuna söykənən qorxu təbliğatı kifayət edirdi ki, kütləvi saxtakarlığa getmədən də seçkini udsun. Belə də oldu. 



2008-ci il Rusiya işğalı dönəmində Qərbin dişsizliyini hələ unutmayan və bu gün də Ukarynada baş verənləri görən gürcü, azərbaycanlı, erməni və digər millətlətrdən olan seçici öz məyusluğunu və qorxusunu gizlədə bilmədi, bunu sandıq başında göstərdi. Bununla da Ukrayna müharibəsi Gürcüstanda öz əks-sədasını verdi.

Bu müharibə təkcə Gürcüstanda yox, bütün keçmiş SSRİ məkanında qorxu və təhlükə ilə yanaşı Putin Rusiyasına qarşı daxili nifrət toxumunu da səpməkdədir.

Gürcüstan kimi Moldovada da insanlar bir neçə gün bundan əvvəl baş tutan səsvermədə Rusiya və Putin qorxusunu gizlədə bilmədilər. Çoxlarının nəticələrinə şübhə ilə yanaşdığı səsvermədə Moldovanın Avropa İttifaqına inteqrasiyasına səs verənlərlə bunun əleyhinə olanların səsi demək olar ki, yarlıbayarı bölündü. Cüzi üstünlüklə Aİ-yə inteqrasiya tərəfdarları önə çıxdılar ki, bunun da obyektivliyinə, Rusiya başda olmaqla, inanmayanlar kifayət qədər çoxdur. 



Hələ Moldovada prezident seçkisinin ikinci turunda kimin qalib gələcəyi də sual altındadır. Heç kim hazırkı Prezident Maya Sandunun rusiyapərəst rəqibinə birmənalı olaraq qalib gələcəyinə proqnoz verməyə cəsarət etmir. Çünki birinci turda Sandunun rusiyayönlü rəqiblərinin topladıqları səslərin cəmi heç də Sandunun səslərindən geri qalmır. Elə bunun özü də üç tərəfdən Avropa ölkələri, bir tərəfdən isə Ukrayna ilə həmsərhəd olmasına baxmayaraq, Moldovadakı əhalinin müharibə və Rusiya qorxusunun, eləcə də Qərbə inamsızlığının təzahürüdür...

Bəs bu durumun yaranmasının günahkarı təkcə xəstə imperiyaçılıq və şovinizm təxəyyülləri ilə idarə olunan Putin Rusiyasıdırmı?




Təkcə Rusiyanın başçılıq etdiyi BRİCS sammitinə toplaşan ölkələrin və liderlərin sayı ABŞ başda olmaqla, Qərbin siyasətinin fiaskoya uğradığının ən bariz göstəricilərindən biri oldu. İkiüzlülük, qorxaqlıq, riyakarlıq, ayrıseçkilik, ikili standartlar və digər eybəcər xüsusiyyətlər üzərində qurulan bu siyasət əvvəl-axır dünyada bugünkü eybəcər, idarəolunmaz və təhlükəli vəziyyətin yaranmasını qaçılmaz etmişdi. 

Məhz bu çirkin və qorxaq siyasətin nəticəsidir ki, nə texnologiyası, nə elmi, nə iqtisadiyyatı, nə siyasi idarəçiliyi, nə mədəni inkişaf səviyyəsi, nə də digər kriteriyaları ilə ən kiçik və nisbətən geridə qalan Avropa ölkəsinin “əlinə su tökməyə yaramayan” Şimali Koreyanın əsgərləri bu gün Avropanın astanasındadır! Ukraynaya girməkdə və Avropaya savaş açmaqdadır! 

Məhz bu çirkin siyasətin nəticəsidir ki, Ukaryna əhalisinin az qala yarısı vətənini tərk edib, yüz minlərlə ölən və yaralananları var, ərazisinin 20 faizi işğal altındadır, bomba, raket düşməyən bir şəhəri də qalmayıb, dövlət kimi mövcudluğu təhlükə altındadır və sair. 




Məhz bu siyasətin nəticəsidir ki, bu gün Ukraynadakı müharibə ancaq Putinin bir kəlməsi, bir qərarı ilə bitə bilər, başqa heç kimin. Bunu utanmadan ABŞ-nin başında duranlar da etiraf edirlər. Putin üçün uzun illər boyu cəzasızlıq mühiti yaradan dişsiz, iradəsiz, bəzənsə ucuz və ləyaqətsiz Qərb liderləri indi ən yaxşı halda uzun-uzadı, üzücü müharibə, ən pis halda isə Ukarynanın faktiki kapitulyasiyasını və Rusiyanın nəzarətinə keçməsini təklif edə bilirlər...

Bu müharibə göstərdi ki, Qərb hərbi gücündən istifadə etməyə qorxur, iqtisadi gücündən isə istifadə etməyi bacarmır. Onun əsas iqtisadi silahı - qürrələnə-qürrələnə hədələdiyi sanksiyalar düşünüldüyü qədər də qorxulu deyilmiş. 



Dünyada Qərb iqtisadiyyatına alternativ qlobal iqtisadiyyat mövcuddur və onun başında Çin dayanır. Çini isə bugünkü iqtisadi monstra çevirən məhz Qərbin acgözlüyü və axmaq iqtisadi siyasəti oldu. Bunun nəticəsidir ki, bu gün istəsə belə, Qərbin sanksiyaları işləmir. Çin və Hindistan kimi ölkələrlə iqtisadi, ticarət əlaqələrini saxlamağa məcbur olan Qərb Rusiyanı, İranı, Şimali Koreyanı və digər sanksiyaya məruz qoyduğu dövlətləri bu vəziyyətdən məhz Çin və Hindistanın çıxardığını çox gözəl bilsə də, buna qarşı heç nə etmək iqtidarında və arzusunda deyil!

Odur ki, bütün indi baş verənlər Qərbin postsovet məkanını çoxdan Rusiyanın “qucağına atdığı”, onun ixtiyarına verdiyi qənaətini daha da gücləndirir. Hətta Qərbin bu işdə Kremlə açıq-aşkar yardım etdiyi də görünür. 

Məhz Qərb keçmiş SSRİ xalqlarının Rusiyanın qarşısında “gözünü qırmaq” üçün hər cür riyakarlığa gedir və hazırda Ukraynada bunu açıq şəkildə göstərir. Ukraynada elə bir ssenari oynanılır ki, bundan sonra heç bir keçmiş SSRİ respublikası Rusiya qarşısında iradə ortaya qoymağı heç ağlına da gətirməsin.



Odur ki, Qərb tərəfindən Ukrayna, Gürcüstan, Moldova və digər postsvet məkanı xalqlarına onların azadlıq, demokratiya, suverenlik mübarizəsinə sözdə verilən dəstək və ümid bu xalqların qırğına verilməsindən başqa heç nəyə yaramır...

C.Məmmədov

“AzPolitika.info”  


Oxunub: 1 697
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 15:36 | Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
    Bu gün, 14:02 | Həftənin ilk iş günü qar yağacaq
    Bu gün, 14:00 | Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
    Bu gün, 13:59 | Azərbaycanda həkim vəfat etdi
    Bu gün, 13:42 | Bu dəfə general qızı onu məhkəməyə verdi
    Bu gün, 13:39 | Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
    Bu gün, 13:38 | Bu binalara istilik verilməyəcək
    Bu gün, 12:51 | "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
    Bu gün, 12:48 | Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
    Bu gün, 12:47 | Sabahın hava proqnozu açıqlandı
    Bu gün, 12:38 | Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
    Bu gün, 12:28 | Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
    Bu gün, 12:26 | "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
    Bu gün, 12:25 | Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
    Bu gün, 12:22 | Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...
    Bu gün, 12:18 | "Facebook" istifadəçilərinin gizli fotolarına daxil olub? - "Meta"ya 805 milyon avroluq cərimə
    Bu gün, 12:15 | Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
    Bu gün, 12:11 | Rəşad Məcidə ağır itki
    Bu gün, 11:16 | Rusiyanın nəhəng neft-kimya zavodu vuruldu - Video
    Bu gün, 11:13 | Millətlər Liqası: Türkiyə üçün növbəti çətin sınaq
    Bu gün, 11:10 | Azərbaycan XİN: Fələstin xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik
    Bu gün, 10:51 | Rəşad Məcidə AĞIR İTKİ
    Bu gün, 10:49 | Tikintiyə icazə prosedurları sadələşdirilir - VİDEO
    Bu gün, 10:48 | Hüseyn Abdullayevin anası: “Şikayət ərizəmizi geri götürmüşük, cənab Prezidentdən kömək istəyirik”
    Bu gün, 10:46 | Tanınmış aparıcı Xəzər TV-dən getdi
    Bu gün, 09:55 | Əgər Rusiya bunu işə salarsa, ciddi problem yaranacaq
    Bu gün, 09:53 | Millətlər Liqası: Portuqaliya ağır məğlubiyyət aldı
    Bu gün, 09:52 | Ət yeməyənlərdə xərçəng riski daha azdır - Diqqət!
    Dünən, 20:26 | İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
    Dünən, 19:45 | AzTV-nin sabiq idarə rəisi vəfat etdi
    Dünən, 19:43 | Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
    Dünən, 19:42 | Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
    Dünən, 19:41 | Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
    Dünən, 19:39 | Azərbaycan nefti ucuzlaşdı
    Dünən, 19:06 | Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
    Dünən, 19:04 | Həbsdəki jurnalist əməliyyat olunub
    Dünən, 18:51 | DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
    Dünən, 16:05 | Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
    Dünən, 15:57 | "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
    Dünən, 15:37 | Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
    Dünən, 15:36 | Sumqayıtda beş avtomobil toqquşdu
    Dünən, 15:34 | Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
    Dünən, 14:04 | Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
    Dünən, 14:00 | Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
    Dünən, 13:58 | Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
    Dünən, 12:23 | Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
    Dünən, 12:20 | Salah Misir millisində rekorda imza atdı
    Dünən, 12:13 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Dünən, 11:20 | Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
    Dünən, 11:12 | Xəyyam Salehov müdir təyin edildi - FOTO
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.