Tbilisidə müxalifətin yürüşü BAŞLAYIB - ANBAAN VİDEO
Gürcüstanda parlament seçkilərinin nəticələrinə qarşı çıxan müxalifətin Tbilisidə yürüşü başlayıb.
Mediaxeberleri.Az xəbər verir ki, etirazçılar paytaxtın mərkəzi küçələrindən keçərək aksiyaya başlayıblar. Onlar əllərində bayraqlar və siyasi şüarlar yazılmış plakatlar tuturlar.
Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası 89 deputat mandatı qazanıb.
Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə sakinlərini bazar ertəsi Tbilisidə parlament binası qarşısında parlament seçkilərinin nəticələrinə etiraz etməyə çağırıb və ötən gün baş tutan aksiyada özü də iştirak edib.
Oxunub: 297
Xəbəri paylaş
Paylaş: