Mediaxeberleri.az
    
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
  • 
  • Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
  • 
  • Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
    Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...

Son xəbərlər :
  • "Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
  • “İdman Paytaxtı” Qazax şəhərində V İdman Festivalının açılış mərasimi keçirilib
  • "Qələbələr Partiyası – 34 illik Zəfər və İnkişaf Yolu” - FOTOLAR
  • "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirildi
  • Naftalanda 3 məktəblini maşın vurdu
  • Metroda texniki xəta: Qatarların hərəkəti yubandı
  • İşçilər üçün saathesabı maaş: Yeni sistem necə işləyəcək?
  • “Real” Kurtua ilə bağlı qərarını verdi
  • Vüqar Əhmədov Mingəçevirdə vətəndaşları qəbul etdi - Foto
  • Bu cəzaçəkmə müəssisəsində peşə hazırlığı mərkəzi istifadəyə verildi
  • DYP sürücülərə xəbərdarlıq etdi: Bu qaydalara əməl edin
  • Bu iki qidanı birlikdə yemək olar?
  • Evə başqa bir qadını gətirən atasını döyərək qabırğalarını sındırıb
  • Nərimanovda mənzil almaq istəyənlər üçün hansı imkanlar var?
  • Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atıldı
  • Elton qızına toy edir - VİDEO
  • Elçin Babayev dosentin ölümünə görə işdən çıxarılıb?
  • Bakıda yeni avtobus marşrutu yaradılır: Gediş haqqı...
  • Bakıya intensiv yağış yağacaq – Xəbərdarlıq
  • Badamdar sürüşmə: əhaliyə çağırış edildi - Tərk edin!
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

KƏRƏ YAĞININ BAHALAŞMASININ SİRRİ - Kütləvi xaricə daşınır

  • Tarix: 29-10-2024, 20:22

Ərzaq təhlükəsizliyimiz nə yerdədir; Rusiyaya qarşı sanksiyalar işbazları hərəkətə gətirib

Azərbaycanda kərə yağının qiyməti sürətlə artır. Son həftələr ərzində bir sıra kərə yağı markaları piştaxtalardan itib, digərlərinin qiymətində 3-4 manata yaxın bahalaşma müşahidə olunur. Bir sıra kərə yağı növləri var ki, qiyməti 28-29 manata qədər yüksəlib.

Piştaxtalardan yox olan kərə yağları əsasən Rusiyada istehsal olunan yağlardır: Valio, Fino və sair. Bunun əsas səbəbi Rusiyada kərə yağı qıtlığı və bahalaşmadır. “İzvestiya” qəzetinin yazdığına görə, oktyabrın əvvəlində bir neçə iri istehsalçı pərakəndə satış şəbəkələrinə istehsalı və ya məhsulların tədarükünü dayandırdıqlarını elan ediblər. Bunlara “Prostokvashino”, “Selo Zelenoe”, “Kənd yağı” kimi markalar daxildir. İstehsalçılar həmçinin kərə yağının bahalaşdığını bildiriblər. Bahalaşmanın və qıtlığın əsas səbəbləri ehtiyatların səviyyəsinin aşağı olması, dünya bazarında kərə yağının qiymətinin artması, eləcə də alınan çiy südün tərkibində az yağ olması və süd emalı müəssisələrindən tələbatın artmasıdır.

Nəşrin məlumatına görə, Rusiyada kərə yağının pərakəndə satış qiyməti avqust və sentyabr aylarında demək olar ki, 8 faiz, ilin əvvəlindən isə 18 faiz artıb.

Rusiya Kənd Təsərrüfatı Nazirliyi bəyan edib ki, ölkədə kərə yağı ilə təminat sahəsində problem yoxdur. Yanvar-avqust aylarında yerli istehsalçılar 221,2 min ton kərə yağı istehsal ediblər ki, bu da ötən illə müqayisədə təxminən eynidir. Lakin nazirliyin açıqlaması real vəziyyətlə uyğunlaşmır. Belə ki, Rusiyada müşahidə olunan kərə yağı çatışmazlığı, qiymətlərin sürətlə bahalaşması əhalinin mağazalardan bu məhsulu oğurlaması hallarını kütləviləşdirib. Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, artıq supermarketlər kərə yağının oğurlanmasının qarşısını almaq üçün piştaxtalardan yığmağa və qoruyucu örtüklərdən istifadə etməyə başlayıblar.

BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) hesablamalarıma əsasən sentyabr ayında Süd Məhsullarının Qiymətləri İndeksinin orta dəyəri 136,3 bənd təşkil edib ki, bu da avqust göstəricisindən 5,0 bənd (3,8 faiz), ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 24,3 bənd (21,7 faiz) çoxdur. İndeksin yüksəlməsinə bütün süd məhsullarının qiymətlərinin yüksəlməsi səbəb olub, Okeaniyada süd istehsalında mövsümi artımlara baxmayaraq, bütün süd tozu qiymətləri Asiyada güclü idxal tələbi ilə ən çox yüksəlib. Qərbi Avropada süd tədarükünün azalması və aktiv daxili alışlar fonunda məhdud ixrac imkanları səbəbindən yağsız süd tozu qiymətləri artıb. Eyni zamanda Qərbi Avropada yüksək idxal və daxili tələbat, məhdud tədarük və süd tədarükünün azalması səbəbindən kərə yağının dünya qiymətləri ardıcıl olaraq on birinci aydır ki, yüksəlir. Qlobal pendir qiymətləri də güclü qlobal idxal tələbi və süd istehsalının mövsümi olaraq azaldığı Qərbi Avropada məhdud ixrac imkanları səbəbindən artıb.

Rəsmi statistika kərə yağını Azərbaycanda ən çox bahalaşan ərzaq məhsulları sırasında qeydə alıb.

Maraqlıdır ki, Rusiyada kərə yağı çatışmazlığı ənənəvi olaraq bu ölkədən yağ idxalçısı olan Azərbaycandan şimal qonşuya ixracın kəskin artımına səbəb olub. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabrında Azərbaycandan Rusiyaya 45 milyon 738,68 min dollar dəyərində 7 386,49 ton kərə yağı ixrac olunub (ümumi ixrac 7392,02 ton). Ötən ilin eyni dövründə ixrac 5 milyon 11,54 min dollar dəyərlə 800 ton təşkil etmişdi. Bu isə o deməkdir ki, Azərbaycandan Rusiyaya kərə yağı ixracı həm çəki, həm də dəyər baxımından 9 dəfədən çox artıb.

Azərbaycandan Rusiyaya yerli istehsal məhsulunun, yoxsa digər ölkələrdən idxal edilən kərə yağının ixrac olunduğuna rəsmi statistika aydınlıq gətirmir. Amma nəzərə alsaq ki, Azərbaycana kərə yağının idxalı gömrük rüsumundan azaddır (2023-cü ilin dekabrında Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. Dəyişikliyə əsasən kərə yağının idxalının gömrük rüsumlarından azad olunması müddəti 2025-ci ilin 31 dekabrına qədər uzadılıb. Bundan əvvəl də bu azadolma bir neçə dəfə uzadılmışdı -red.), onda idxal edilən məhsulun bir qisminin Rusiyaya satılması ehtimalının az olmadığını söyləmək olar.

Doqquz ayda 1 ton kərə yağı Rusiyaya 6192 dollara ixrac olunub. Eyni dövrdə Azərbaycana idxalın xərci 5583 dollar təşkil edib. Bu isə 1 tonda 500 dollardan yuxarı fərq deməkdir və Azərbaycanda bu fərqdən qazanc götürmək istəyənlərin olması kifayət qədər realdır.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ilin 9 ayı ərzində (yanvar-sentyabr) Azərbaycana 123 milyon 972 min dollar dəyərində 22 min 204 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub. Ötən ilin eyni dövründə ölkəyə 67 milyon 194 min dollar dəyərində 12 min 49 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edildiyini nəzərə alsaq, bu məhsulların idxalının miqdar ifadəsində 10 min 155 ton və ya 84,2 faiz, dəyər ifadəsilə 56 milyon 778 min dollar və ya 84,5 faiz artdığını görərik.

Ötən ilin yanvar-sentyabrında kərə yağının 1 tonu Azərbaycana 5577 dollara idxal edilib. Bu isə o deməkdir ki, son bir ildə kərə yağının idxal qiyməti 1 ton üçün cəmi 6 dollar bahalaşıb. Halbuki dünya bazarında bu məhsulun qiymətində 22 faizə yaxın bahalaşma qeydə alınıb. Bu fərqin Azərbaycana idxalda çox zəif hiss olunmasının səbəbi ucuz İran məhsulunun idxalının sürətlə artmasıdır. Rəsmi statistikadan aydın olur ki, bu ilin yanvar-avqustunda idxal olunan 18 165,64 ton kərə yağının 11 569,6 tonu İrandan alınıb, buna 54 milyon 15,11 min dollar xərc çəkilib. Yəni İrandan alınan kərə yağının 1 tonu 4755 dollara başa gəlib. Bu dövrdə Yeni Zelandiyadan 25 milyon 916,98 min dollar dəyərində 4065,17 ton kərə yağı alınıb. Bu idxalın 1 tonu 6375,4 dollara başa gəlib.

Qeyd edək ki, İranda istehsal olunan süd və süd məhsullarının tərkibində xarici ölkələrdə tez-tez zərərli maddələr, xüsusilə insan orqanizmi üçün təhlükəli hesab olunan antibiotiklər aşkarlanır. Məhz bu amilə görə Rusiya 2018-ci ildən İrandan kərə yağı da daxil olmaqla, süd məhsullarının idxalını qadağan edib, hələ də bu qadağa qaldırılmayıb. 2023-2024-cü illərdə bir neçə dəfə “Rosselxoznadzor” tərəfindən İrandan alınan kərə yağını başqa qablaşdırmaya yerləşdirib yerli istehsal adı ilə Rusiyaya satan Ermənistan şirkətlərinin saxtakarlığı üzə çıxarılıb və onların məhsullarının idxalına qadağa tətbiq edilib. Bu baxımdan, Azərbaycandan kimlərsə İran yağlarını alıb başqa ad altında Rusiyaya satırsa, tezliklə eyni aqibətlə üzləşəcəklərini gözləmək olar.

Başqa bir maraqlı məqam budur ki, Azərbaycandan kərə yağı ixracı 2022-ci ildən - Rusiyaya qarşı sanksiyaların kütləvi xarakter almağa başladığı dövrdən vüsət alıb. 2021-ci ildə 256 ton olan ixrac 2022-ci ildə 1433 tona, 2023-cü ildə isə 1232 tona çatıb. Bu ilin 9 ayında isə ötən ildəki bütün ixracdan 6 dəfəyə yaxın çox ixrac qeydə alınıb.

İxracla yanaşı ölkədə kərə yağı istehsalında da ciddi artım var. Belə ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 22 345,4 ton kərə yağı istehsal olunub ki, bu də 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz çoxdur. Oktyabrın 1-nə anbarlarda 64,5 ton kərə yağı olub.

Ən maraqlısı budur ki, yerli süd istehsalının artım sürəti kərə yağının artım sürətindən 10 dəfədən çox geri qalır. Belə ki, rəsmi statistikaya əsasən, doqquz ayda Azərbaycanda 1 milyon 694,2 min ton süd istehsal olunub və bu, əvvəlki ilin eyni dövründən cəmi 0,7 faiz çoxdur. Bu halda sual yaranır: kərə yağı istehsalında əsas xammal olan südün istehsalı 1 faiz artmadığı halda kərə yağının özünün istehsalı necə 10 faizdən çox artıb?

Digər bir məsələ budur ki, Azərbaycanda əhali sayının artması kərə yağı istehlakının da artmasına səbəb olub. Ərzaq balansına əsasən əhalinin şəxsi istehlak həcmi 2021-ci ildəki 37 844 tondan 2023-cü ildə 39715 tona çatıb. Bu zaman yerli istehsal hesabına özünü təmin etmə səviyyəsi 2021-ci ildəki 66,7 faizdən 2023-cü ildə 64,7 faizə düşüb.

Beləliklə, aydın görünür ki, Azərbaycanın öz-özünü təmin edə bilmədiyi kərə yağının Rusiyaya ixracı kütləvi xarakter alıb. Daxili bazarda qiymətlərin sürətlə artması belə bu ixracın qarşısını ala bilmir. Kimlərinsə daha yüksək gəlir əldə etmək üçün Azərbaycan əhalisinin cibinə girmək həvəsi gün-gündən artır. Hökumətin ən qısa müddətdə bu prosesi dayandırmaq üçün addımlar atmasına ehtiyac var. Xatırladaq ki, 2022-ci ildə qlobal ərzaq bazarında qiymətlərin sürətli artımı zamanı Nazirlər Kabineti minimum istehlak səbətinə daxil olan bir sıra ərzaq məhsullarının ixracı üçün İqtisadiyyat Nazirliyindən xüsusi icazə alınmasını nəzərdə tutan qərar imzalamışdı. Qərarın müddəti 2023-cü ilin dekabrında bitib. Belə görünür ki, analoji addımın yenidən atılmasına ehtiyac var... /“Yeni Müsavat”


Oxunub: 698
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 22:19 | "Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
    Dünən, 22:11 | “İdman Paytaxtı” Qazax şəhərində V İdman Festivalının açılış mərasimi keçirilib
    Dünən, 19:44 | "Qələbələr Partiyası – 34 illik Zəfər və İnkişaf Yolu” - FOTOLAR
    Dünən, 19:39 | "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirildi
    Dünən, 19:26 | Naftalanda 3 məktəblini maşın vurdu
    Dünən, 19:25 | Metroda texniki xəta: Qatarların hərəkəti yubandı
    Dünən, 18:30 | İşçilər üçün saathesabı maaş: Yeni sistem necə işləyəcək?
    Dünən, 18:27 | “Real” Kurtua ilə bağlı qərarını verdi
    Dünən, 18:25 | Vüqar Əhmədov Mingəçevirdə vətəndaşları qəbul etdi - Foto
    Dünən, 17:56 | Bu cəzaçəkmə müəssisəsində peşə hazırlığı mərkəzi istifadəyə verildi
    Dünən, 17:50 | DYP sürücülərə xəbərdarlıq etdi: Bu qaydalara əməl edin
    Dünən, 17:46 | Bu iki qidanı birlikdə yemək olar?
    Dünən, 17:03 | Evə başqa bir qadını gətirən atasını döyərək qabırğalarını sındırıb
    Dünən, 17:00 | Nərimanovda mənzil almaq istəyənlər üçün hansı imkanlar var?
    Dünən, 16:56 | Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atıldı
    Dünən, 16:46 | Elton qızına toy edir - VİDEO
    Dünən, 16:45 | Elçin Babayev dosentin ölümünə görə işdən çıxarılıb?
    Dünən, 16:43 | Bakıda yeni avtobus marşrutu yaradılır: Gediş haqqı...
    Dünən, 16:42 | Bakıya intensiv yağış yağacaq – Xəbərdarlıq
    Dünən, 15:32 | Badamdar sürüşmə: əhaliyə çağırış edildi - Tərk edin!
    Dünən, 15:31 | Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü
    Dünən, 14:42 | Şəmkirdə 41 yaşlı kişi faciəvi şəkildə öldü
    Dünən, 14:38 | Xərçəng əleyhinə yeni preparat klinik sınaqlardan keçdi
    Dünən, 14:35 | AZAL iki nüfuzlu beynəlxalq mükafata layiq görüldü
    Dünən, 14:30 | Müavinət və təqaüd alanların nəzərinə!
    Dünən, 13:46 | “KİTAYSKİ YALTA” KONFRANSI... - Hərə öz sözünü dedi və “dağılışdılar”, bəs nəticə?
    Dünən, 13:39 | Uşağını peyvənd etdirməyən valideynlərin NƏZƏRİNƏ: Sağalmaz tetanus, göyöskürək, qızılca, difteriya qapıda...
    Dünən, 13:28 | Azərbaycan rekord göstəriciyə imza atdı: BMT-nin hesabatında 36 pillə yüksəldi
    Dünən, 13:04 | Məleykə Abbaszadənin yerinə Elnur Əliyev gəlir?
    Dünən, 12:46 | Putinin sərt bəyanatı Avropada təşviş yaratdı
    Dünən, 12:43 | Yeni direktor təmir adı altında PUL YIĞDIRIR? - İTTİHAM VAR...
    Dünən, 12:36 | 9 Milyonluq "Shaurma-№1" Sahibi Aqil Babayev İşinin Pərdəarxası - İLGİNC İDDİALAR
    Dünən, 12:34 | “Kubinka”da 300 milyonluq dəhşətli sxem: Əsabil Qasımovun adamları dövlətin 3 milyon vergisini necə uddu? - ŞOK iddialar
    Dünən, 12:30 | Orxanla birgə aptek müdiri də həbs edildi - DETALLAR
    Dünən, 12:27 | İcra başçısının birinci müavini ilə bağlı iki milyonluq qalmaqal - Prokurorluq araşdıracaq
    Dünən, 12:24 | Parataekvondoçumuz dünya çempionu oldu
    Dünən, 12:19 | Rövşanə Ağasəfqızı: "Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır” (Foto)
    Dünən, 12:17 | Hansı cinayətləri törədənlər əsgərliyə getmir?
    Dünən, 12:14 | Toyda oynamaq üstündə qan töküldü
    Dünən, 11:59 | Nar ixracına məhdudiyyət qoyula bilər – AQTA-dan xəbərdarlıq
    Dünən, 11:55 | ATA VƏ YA ANA ALİMENT ÖDƏMİRSƏ... - Uşağın hüquqları necə qorunur? + AÇIQLAMA
    Dünən, 11:51 | Sabiq təhsil nazirinə vəzifə verildi
    Dünən, 11:40 | Ordubadda ər-arvad eyni gündə vəfat etdi
    Dünən, 11:35 | Media subyektləri və fərdi jurnalist müsabiqələrində yeniliklər olacaq
    Dünən, 11:33 | BDU-nun yeni rektorundan ilk açıqlama - "Böyük vədlərlə başlamaq istəməzdim"
    Dünən, 10:58 | Rusiyadan Krım körpüsünün vurulmasına cavab – Paytaxt və iri şəhərlərə aramsız zərbələr endirilir
    Dünən, 10:14 | “Atlant”ın rəhbəri vəfat etdi
    Dünən, 09:09 | Dövlət İmtahan Mərkəzinin yeni sədri: NÖVBƏTİ TƏYİNAT...
    Dünən, 09:04 | Misli Premyer Liqası: Bu gün "Zirə" "İmişli"nin, "Sabah" isə "Sumqayıt"ın qonağı olacaq
    Dünən, 07:56 | Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.