Çox zəifik, güc Bakının xeyrinədir: bizi kim qoruyacaq?
Ermənistan indi təhlükəsizlik baxımından 5 il əvvəlkindən qat-qat zəifdir. Bu bir faktdır və hətta müzakirə olunacaq bir şey deyil. Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri erməni politoloq Satik Seyranyan erməni mediasına geniş müsahibəsində deyib. “Bu gün bizim təhlükəsizlik sistemimiz sarsılıb, Azərbaycan öz ambisiyalarını davam etdirir, hərbi balans Azərbaycanın xeyrinədir, ona görə də bu şərtlər altında indi içində olduğumuz KTMT təhlükəsizlik sistemindən çıxmaq səhvdir. Heç bir Qərb ölkəsi Ermənistanla müqavilə imzalamayacaq, təhlükə yaranacağı təqdirdə heç kim Ermənistanı silah gücü ilə müdafiə etməyəcək. Bu kontekstdə Rusiya ilə münasibətlərin korlanmasının bizim üçün faydalı olduğunu düşünmürəm. Hesab edirəm ki, hakimiyyətdə bəzi adamlar bunu başa düşür və bu səbəbdən KTMT-dən de-yure çıxmaqla bağlı açıqlama verilmir”, - o bildirib.