Mediaxeberleri.az
    
  • Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
    Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
  • 
  • Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
    Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
  • 
  • Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
    Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
  • 
  • TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
    TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
  • 
  • “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
    “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
  • 
  • Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
    Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
  • 
  • Şükufə Yusupovadan xəbər var
    Şükufə Yusupovadan xəbər var
  • 
  • Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
    Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
  • 
  • Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
    Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
  • 
  • Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
    Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
  • 
  • Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
    Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
  • 
  • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
    Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
  • 
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • 
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto
  • 
  • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
    Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
  • 
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib

Son xəbərlər :
  • Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
  • Azərbaycan boksçusu Avropa çempionu olub
  • Szinpindən süni intellektlə bağlı ABŞ-a çağırış...
  • Ödəniş kartları və elektron pulla bağlı AÇIQLAMA
  • Metrodan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO
  • Xəzərdə təlimlər zamanı 12 hərbçi öldü - Video
  • İş adamı Qoşqar Məmişova "stop" qoyuldu
  • Bakıda məktəbdə valideynlərdən pul yığıldı: Sinif rəhbəri TƏNBEH EDİLDİ - VİDEO
  • Milyonluq mülkləri ilə gündəmə gələn Qəzənfər Abdullayev istefa verdi
  • Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
  • Prezident qanunu imzalamadı, MM-ə qaytardı - Səbəb
  • Prezident icra başçısını vəzifəsindən azad etdi
  • Qazaxda açıq ərazidə yanğın olub
  • Əbilkənd: Adı dəyişdirilmiş, əhalisi deportasiya edilmiş Azərbaycan yurdu - FOTO/VİDEO
  • Onun “Əməkdar jurnalist” adı ilə təltif edilməsinə ehtiyac var
  • Sabah Bakıda yağış, bölgələrdə leysan və dolu gözlənilir
  • Qazaxda eşitdiklərim, oxuduqlarım və gördüklərim... - Ayyət Əhməd yazır
  • Əli Nağıyev: "Ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir"
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • İcra başçısının bağçaya gedən balaca fidanla səmimi görüşü
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

İSRAİL “ƏFSANƏSİ” ÇÖKDÜ, ABŞ-nin “OYUNLARININ” İFLASI BAŞLADI – İrana kiçik hücumun 3 böyük nəticəsi

  • Tarix: 29-10-2024, 08:16

Yaxin Şərqdəki müharibənin yaratdığı geopolitik qırılma ABŞ-nin qüdrətini sarsıdır

İsrailin Baş naziri Benyamin Netanyahu bir neçə ay öncə “Yaxın Şərq çox dəyişəcək” bəyanatını verərək bütün dəngələrin yəhudi dövlətinin lehinə dönəcəyini gur səslə bəyan etmişdi. Tel-Əvivin maksimum genişləndirməyə çalışdığı müharibənin pik nöqtəsi İsrail-İran toqquşması olmalı və bu hesablaşma Yaxın Şərqdə bütün kartları yenidən paylamalı idi. Lakin “pik nöqtəni” böyük səs-küy olmadan “yola verdik”.

Böyük Orta Şərqdə növbəti “danışılmış hücum” başa çatdı. Artıq neçəncı dəfədir ki, tərəflərdən biri “qisasımızı aldıq”, obirisi isə “heç nə edə bilmədilər” dedi və ən azı bu etapdakı “ölümünə savaş” tamamlandı. İrana qarşı “qisas hücumu” ən optimist gözləntilərdən də kiçik oldu.

Adətən belə kiçik ölçülü danışılmış hücumlar ciddi nəticələr doğurmur. Amma bu dəfə əsla belə deyil. Nəticə böyükdür və nəticənin böyüklüyünü İsrail hücumunun kiçikliyi aşkara çıxardı. “İrana hücum üçüncü dünya savaşını başladacaq” gurultusundan sonra belə dişsiz hücumun ortaya atdığı nəticələrə baxaq.



Birinci nəticə: Son bir ilə qədər “İsrail möhtəşəmdir, ordusu yenilməzdir, ona hücum edəni darmadağın edər, “Dəmir Qübbə”ni aşmaq mümkünsüzdür” və s. bu kimi alqılar var idi. İran İsrailə qarşı heç vaxt qaynar təmasa keçməyib və yəhudi dövlətinə qarşı yalnız vəkalət gücləri vasitəsilə vuruşub. İsrailin özü və başda ABŞ olmaqla bütün müttəfiqləri hər zaman bəyan ediblər ki, Tehran İsrailə ballistik raket zərbəsi endirsə, İranı yerlə-yeksan edəcəklər. İran bu tabunu pozdu və yəhudi dövlətini ballistik raketlərlə vurdu.

Üstəlik, bu hücum İsrailin ünlü “Dəmir Qübbə”sinin və digər müdafiə sistemlərinin ballistik raketlər qarşısında çarəsiz olduğunu bütün dünyaya nümayiş etdirdi.

Deməli, İsraili ballistik raketlərlə vurmaq olarmış və “Dəmir Qübbə” də daxil olmaqla, bütün müdafiə sistemləri belə hücumları dəf edə bilmir. Üstəlik, rəsmi Tel-Əviv və müttəfiqləri İsrailə raket yağdıran bir dövləti sərt şəkildə cəzalandırmağı gözə ala bilmədilər. Bu, İranın lehinə və İsrailin əleyhinə olan psixoloji qırılma nöqtəsidir.



İkinci nəticə: İranın İsrailə raket zərbələrindən sonra Netanyahunun sərt bəyanatlarını yada salaq: “İranın nüvə obyektlərini, neft sənayesini və bütün rəhbərliyini məhv edəcəyik, bu ölkədə rejim dəyişikliyi edəcəyik”.

Bayden nə demişdi? - “İranın nüvə obyektlərini və neft sənayesini vurmayın, hərbi obyektləri vurun”.

İrana hücumun hansı ssenari üzrə baş tutacağı ilə bağlı ABŞ-dəki yəhudi lobbisinin Ağ Evə hansı təzyiqlər etdiyini ən böyük media qurumları detallarına qədər araşdırıb və yayımlayıb. Lobbi İrana zəif hücumun İsrail düşmənlərini ruhlandıracağını və Birləşmiş Ştatların maraqlarına ciddi zərər vuracağını iddia edirdi. İranın həyati önəm daşıyan strateji obyektləri deyil, hansısa üçüncü-dördüncü dərəcəli hərbi qurumları vuruldusa, deməli, yəhudi lobbisinin maraqları deyil, ABŞ-nin milli maraqları üstün tutuldu və İsrail zəif hücumla kifayətlənməli oldu.



Bu yerdə ABŞ-nin milli maraqları məsələsini bir qədər açmağa ehtiyac yaranır. Ağ Evin Orta Şərqdəki ən vacib maraqları sırasına fars hakimiyyətli İranın bütöv dövlət kimi saxlanması və regiondakı münaqişələrin “kontrollu münaqişələr” olaraq qalmalarıdır. İsrail və müttəfiqlərinin İrana yönəlik sərt, dağıdıcı hücumları İrandakı rejimi devirə və vəziyyəti nəzarətdən çıxara bilərdi.



Üçüncü nəticə: İsrailə raket zərbələrindən sonra rəsmi Tehran regiondakı bütün dəngələri başdan başa dəyişə biləcək ciddi həmlələr etdi. Prezident Pezeşkian və İran XİN rəhbəri körfəzin sünnü ərəb liderləri ilə sözün əsl mənasında cox ciddi geosiyasi açılıma getdi. Oman, Qətər, BƏƏ, Səudiyyə Ərabistanı və Misir rəhbərləri ilə təmaslar quruldu, region problemləri açıq müzakirə masasına yatırıldı. Bu, Qərbin uzun müddətdir yürütdüyü Böyük Orta Şərq siyasətinin iflasının başlanğıcıdır. Bu iflasa start verən isə İsrailin genişlətdiyi müharibələrdir.

Yada salaq ki, Qərbin Orta Şərq oyununun ana xətti sünnü-şiə məzhəb düşmənçiliyidir. Bu gün İranla Səudiyyə Ərəbistanının hərbi dəniz qüvvələri Qırmızı dənizdə birgə hərbi təlimlər düzənləyir. Körfəzdə isə İran, Oman, BƏƏ, Rusiya və Çin birgə təlimlər keçirirlər. ABŞ və İsrailin İrana ağır zərbə endirməkdən çəkinmələri region dövlətləri arasında başlanan “problemlərimizi özümüz çözək” təşəbbüslərini stimullaşdıracaq.

Ağır kütləvi qətllər fonunda İsrail əfsanəsinin çökməsi, İsrailə ballistik raket atan İranın “cəzasız” buraxılması və sünnü Ərəb dövlətlərinin Ağ Evlə məsləhətləşmədən İranla təmasa keçmələri Orta Şərqdə başlanan geopolitik qırılmadır.

Dörd tərəfimizdəki bütün məkanlarda çox acımasızcasına yürüdülən geosiyasi oyunları görməyə alışmışıq. Artıq oyun içindən oyun çıxanda da, təəccüblənmirik. Əgər İranla ərəb monarxiyaları arasındakı buzların əriməsi də hansısa daha böyük oyunun bir parçası deyilsə, bu geopolitik qırılmada itirən tərəf Qərb və İsrail, qazanan tərəf isə region dövlətləri olacaq.

Namiq Bilal


Oxunub: 272
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 22:43 | Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
    Dünən, 22:03 | Azərbaycan boksçusu Avropa çempionu olub
    Dünən, 21:29 | Szinpindən süni intellektlə bağlı ABŞ-a çağırış...
    Dünən, 21:06 | Ödəniş kartları və elektron pulla bağlı AÇIQLAMA
    Dünən, 21:00 | Metrodan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO
    Dünən, 20:58 | Xəzərdə təlimlər zamanı 12 hərbçi öldü - Video
    Dünən, 20:56 | İş adamı Qoşqar Məmişova "stop" qoyuldu
    Dünən, 18:51 | Bakıda məktəbdə valideynlərdən pul yığıldı: Sinif rəhbəri TƏNBEH EDİLDİ - VİDEO
    Dünən, 18:37 | Milyonluq mülkləri ilə gündəmə gələn Qəzənfər Abdullayev istefa verdi
    Dünən, 18:35 | Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
    Dünən, 18:32 | Prezident qanunu imzalamadı, MM-ə qaytardı - Səbəb
    Dünən, 16:20 | Prezident icra başçısını vəzifəsindən azad etdi
    Dünən, 15:43 | Qazaxda açıq ərazidə yanğın olub
    Dünən, 13:50 | Əbilkənd: Adı dəyişdirilmiş, əhalisi deportasiya edilmiş Azərbaycan yurdu - FOTO/VİDEO
    Dünən, 13:47 | Onun “Əməkdar jurnalist” adı ilə təltif edilməsinə ehtiyac var
    Dünən, 13:33 | Sabah Bakıda yağış, bölgələrdə leysan və dolu gözlənilir
    Dünən, 12:46 | Qazaxda eşitdiklərim, oxuduqlarım və gördüklərim... - Ayyət Əhməd yazır
    Dünən, 10:07 | Əli Nağıyev: "Ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir"
    Dünən, 09:55 | MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    Dünən, 09:50 | İcra başçısının bağçaya gedən balaca fidanla səmimi görüşü
    Dünən, 09:40 | Dünyanı gözləyən təhlükə: El Ninyo yüzminlərlə insanın ölümünə səbəb ola bilər
    Dünən, 08:29 | Bir qrup işçi tikinti şirkətindən maaşlarını ala bilmirlər - VİDEO
    Dünən, 08:27 | 30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB - VİDEO
    Dünən, 08:25 | “Bitcoin”in qiyməti 84 min dollara düşüb
    Dünən, 08:23 | Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək
    Dünən, 08:20 | TRIPP Azərbaycanın qərb rayonlarını Naxçıvanla necə birləşdirəcək? - Nazir DETALLARI AÇIQLADI - FOTO
    Dünən, 07:56 | Bu işlərdə çalışanların ödündə daş yaranır
    Dünən, 07:55 | Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi
    23-09-2026, 22:10 | Azərbaycan millisi Tacikistana qalib gəldi
    23-09-2026, 21:29 | AMEA-da “I Türkoloji Qurultayı arxiv sənədlərində” kitabının təqdimatı keçirildi
    23-09-2026, 21:20 | Qazaxda icra başçısı şəhid Məmməd Mərdanovun ildönümündə əziz xatirəsini ehtiramla yad edib
    23-09-2026, 20:16 | Məmməd Musayevə qarşı cinayət işi açıldı - İLGİNC TƏFƏRRÜAT
    23-09-2026, 19:08 | Uşaqları şəhid etdilər, bizə terrorçu deyirlər - Pezeşkian
    23-09-2026, 19:07 | Parlamentdə şok: Deputat narkotik istifadə edib? - Video
    23-09-2026, 19:05 | Trampla Netanyahu sağ qurtula bilməyəcək - Rzayi
    23-09-2026, 19:03 | Azərbaycan domenlərinə qarşı hücumlar oldu
    23-09-2026, 19:02 | Azərbaycan bu ölkə ilə diplomatik əlaqə qurdu
    23-09-2026, 19:00 | Bakıda əməliyyat: saxlanılanlar var - Video
    23-09-2026, 18:59 | 1673-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
    23-09-2026, 17:41 | Yağış yağacaq, dolu düşəcək - Bu tarixdə
    23-09-2026, 14:20 | Şəhid Tahir Əliyev ziyarət olunub
    23-09-2026, 14:19 | Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    23-09-2026, 14:16 | 40 ilin həkimini işdən çıxarmışdı - Vəzifəsindən azad edildi
    23-09-2026, 14:14 | Orxan Yusibov bu mərkəzə rəhbər təyin olundu
    23-09-2026, 14:01 | Azərbaycanlılara görə divarları yazanlar həbs olundu
    23-09-2026, 13:56 | ADSEA sədrinin vətəndaşlarla görüş tarixi dəyişdirildi
    23-09-2026, 13:17 | Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi - Məhkəməni uddu
    23-09-2026, 13:14 | Skuterdən yıxılan 42 yaşlı kişi öldü
    23-09-2026, 13:12 | Masazırda yük və minik maşınları toqquşdu: ölən var
    23-09-2026, 13:11 | Sabah 35 dərəcə isti olacaq
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.