Azərbaycanda elçiliyin sonu ölümlə bitdi - VİDEO
Biləsuvarda məcburi köçkün ailələri üçün salınan şəhərcikdə qətl hadisəsi baş verib. Əslən Cəbrayılın Böyük Mərcanlı kəndindən olan həmyerlilərin mübahisəsi nəticəsində 44 yaşlı Şahin Şahverdiyev döyülərək qətlə yetirilib. Ş.Şahverdiyevi qətlə yetirməkdə şübhəli bilinən 29 yaşlı Seymur Məmmədquliyevin anası Baku TV-yə danışıb. Cəmilə Vəliyevanın sözlərinə görə, Şahin Şahverdiyev qızına elçi göndərib "yox" cavabı alandan sonra ailəyə qarşı nalayiq hərəkətlər edib və nəticədə oğlu onu qətlə yetirib: "Hər gün gəlib sataşırdı, daş atırdı, hətta evə soxulurdu. Oğluma nalayiq mesajlar yazıb, təhqir edirdi. Axşam polislər gələndə bildim ki, bu hadisə baş verib". Cəbrayıl Rayon Prokurorluğunun məlumatına görə, oktyabrın 27-də saat 20 radələrində Biləsuvar rayonu, 3 saylı qəsəbə ərazisində 1980-ci il təvəllüdlü Şahin Şahverdiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 1995-ci il təvəllüdlü Semur Məmmədquliyevin aralarında yaranmış mübahisə zamanı Şahin Şahverdiyevi döyməklə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Semur Məmmədquliyev iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir. Daha ətraflı süjetdə: