"Araz" marketdən alınan şirniyyatdan yenə qurd çıxdı - FOTO
"Araz Supermarket"dən alınan şirniyyatdan qurd çıxıb. Pravda.az-ın xəbərinə görə, bu barədə jurnalist Əzizə Zeynal paylaşım edib. Onun sözlərinə görə, "Araz"dan alınan "Darenka" "sürpriz" edib: "Məhsul alarkən, xüsusilə endirimlə olan məhsulların həmişə son istifadə tarixinə baxıram. Bir dəfə baxmayanda nəticə. Ümumiyətlə, "Araz"da belə hallar tez-tez olur, diqqət edin". Şərhlərdə də "Araz"da bu cür halların tez-tez baş verdiyi qeyd olunub. Supermarketdən bildirilib ki, məsələ araşdırılacaq və zəruri tədbirlər görüləcək. Qeyd: "Araz Supermarket" MMC-nin qanuni təmsilçisi və İdarə Heyətinin sədri Rəşad Arif oğlu İbrahimovdur. MMC tanınmış iş adamı Aydın Veysəl oğlu Talıbovun rəhbərlik etdiyi "Veysəloğlu Qrup"a daxildir.