İlkin Həsəni yeni layihəsini təqdim etdi - VİDEO
Tanınmış aparıcı, aktyor İlkin Həsəni uzun fasilədən sonra yeni layihəsini izləyicilərə təqdim edib. Mediaxeberleri.Az xəbər verir ki, biz televiziya ulduzunu hər zaman film və verilişlərdə görməyə alışsaq da, bu dəfə tamam fərqli işə imza atıb. Belə ki, o, musiqiçi Tərlan Məmmədhüseynin "Yelləncək" adlı klipinin prodüserliyini həyata keçirib. Ekran işində həmçinin Xalq artistləri Həmidə Ömərova, Qurban İsmayılov, həmçinin influenser Asya Aslanova, Kənan Əhmədov, Turxan Müseyibov, Nuray Məmmədzadə çəkilib.
Oxunub: 104
Xəbəri paylaş
Paylaş: