Rusiya şirin kartofdan araq hazırlayacaq
Rusiya Koreya arağı istehsal edəcək. Mediaxeberleri.Az xəbər verir ki, Kaluqadakı "Kristal" spirtli içki zavodu soju (Koreya arağı) istehsalına başlayıb. Bu barədə "Kommersant" nəşri məlumat yayıb. Qeyd edək ki, soju əsasən şirin kartof və ya taxıldan hazırlanır. O, Rusiyada "Stun" brendi adı altında istehsal olunacaq. Pərakəndə mağazalarda gözlənilən qiymət 0,375 litrlik şüşə üçün təxminən 200 rubl olacaq. İstehsalın işə salınmasından sonra şirkət bu il ayda 50 min desilitr satışa çıxartmağı, gələn il isə Çin və Koreyaya ixraca başlamağı planlaşdırır. Eyni zamanda, "Kristal" Rusiyada soju satışının həcmini ildə təxminən 60 min desilitr olaraq qiymətləndirir.
Oxunub: 241
Xəbəri paylaş
Paylaş: