Azərbaycanda DƏHŞƏT: yaşlı kişi vəhşicəsinə QƏTLƏ YETİRİLDİ - YENİLƏNDİ
Salyan sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN-nin mətbuat xidmətinin Şirvan regional qrupundan Mediaxeberleri.Az-a bildirilib ki, oktyabrın 19-da saat 21:00 radələrində salyan rayon sakini Əziz salayevin başnahiyyəsindən aldığı xəsarətlər nəticəsində ölməsi barədə polis şöbəsinə məlumat daxil olub.
Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törədən, əvvəllər məhkum olunmuş, 1977-ci il təvəllüdlü E.Səmədov saxlanılıb.
Araşdırmalar aparılır.
***
Salyan sakini döyülərək öldürülüb.
Mediaxeberleri.Az "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin T.Xəlilbəyli küçəsində qeydə alınıb.
Rayon sakini, 1973-cü il təvəllüdlü Salayev Əziz Sərvənəli oğlunun meyiti həmin küçədə aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.
İlkin məlumata görə, Ə.Salayevin döyülərək öldüyü bildirilir.
Hadisənin əsl səbəbi isə aparılan araşdırmalardan sonra məlum olacaq.