24 yaşlı gəncin müəmmalı sonu: Dəhşətli qətl qıza görə baş verib?
Oktyabrın 17-də Lənkəranda baş vermiş qətl hadisəsinin təfərrüatı məlum olub. Xatırladaq ki, qeyd edilən tarixdə 2000-ci il təvəllüdlü Elnur Cəfərova kəsici alətlə xəsarətlər yetirilməsi və onun yerləşdirildiyi tibb müəssisəsində vəfat etməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Ruslan Məmizadə müəyyən edilərək saxlanılıb. Məlumata görə, qətl hadisəsi namusa görə baş verib. Mərhumun qohumları isə bunun şər-böhtan olduğunu və son qərarın araşdırmaların nəticəsindən sonra məlum olacağını deyirlər. Mərhumun qohumu Mahir Qafarzadə yayılan şayiələrlə bağlı deyib ki, iddia edilənlər yalandır: "Bilən də danışır, bilməyən də. Uşağa şər atırlar". Mərhumun dayısı Zamin Sadıqovun sözlərinə görə, hadisənin qız üstündə olması böhtandır: "Onu vəhşicəsinə qətlə yetiriblər. 7-8 bıçaq zərbəsi vurulub. Uşağın heç bir problemi yox idi. Satıcı işləyirdi. İndiyə kimi kiməsə söz atmayıb". Daha ətraflı Bakı TV-nin süjetində: