Xocavənddə həlak olan polislərimiz - Foto
Xəbər verdiyimiz kimi, sentyabrın 19-u Daxili İşlər Nazirliyi əməkdaşlarının olduğu "Kamaz" markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən terror hadisəsi baş verib. Mediaxeberleri.Az xəbər verir ki, eyni gündə, qeyd edilən terrorun baş verdiyi əraziyə yola düşən Daxili İşlər Nazirliyinin 4 əməkdaşı - 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində - Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minaya düşərək həlak olublar. Qeyri-qanuni erməni silahlı birləşmələrinin törətdiyi mina terroru nəticəsində həlak olan polislərimizin fotosunu təqdim edirik: