Səfir: “Bu minalar yaxın zamanda yerləşdirilib, bəzi dövlətlər və beynəlxalq təşkilatlar niyə susurlar?”
“Təkcə bu gün Qarabağdakı erməni separatçıların yerləşdirdiyi minaların partlaması nəticəsində altı Azərbaycan vətəndaşı həlak olub. Bəzi dövlətlər və beynəlxalq təşkilatlar niyə susurlar?” Bu fikirlər Azərbaycanın İrandakı səfiri Əli Əlizadənin “X” hesabındakı paylaşımında yer alıb. Diplomat qeyd edib ki, bəzi dövlətlər və beynəlxalq təşkilatlar yalnız saxta ərzaq blokadasından danışırlar, halbuki, 2020-ci ilin noyabr ayından indiyədək 314 nəfər Ermənistan tərəfindən Azərbaycan ərazilərinin mina blokadasının qurbanı olub: “Üstəlik, bu minalar yaxın zamanda yerləşdirilib, çünki bu yollar istehkamçılar tərəfindən dəfələrlə yoxlanılıb və hər gün oradan çoxlu sayda maşın keçir”, - paylaşımda vurğulanıb.
Oxunub: 251
Xəbəri paylaş
Paylaş: