Astarada bir neçə kəndi birləşdirən yol çöküb
Astarada selin törətdiyi fəsadlar artmaqdadır. “Report”un cənub bürosunun məlumatına görə, ötən gecə Astara rayonunun Pensər-Şamətük dağlıq yolunun Şağlazüzə kəndindən keçən hissəsi çöküb. Yolda nəqliyyatın hərəkəti dayanıb. Şağlazüzə-Siyokəş kəndlərini birləşdirən yoldakı körpünü də sel suları dağıdıb. Ərazidə təmir-bərpa işlərini aparmaq üçün əvvəlcə dünən dağılan Vaqo körpüsü bərpa olunmalıdır.
Oxunub: 282
Xəbəri paylaş
Paylaş: