Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Həftənin ilk iş günü qar yağacaq
  • Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
  • Azərbaycanda həkim vəfat etdi
  • Bu dəfə general qızı onu məhkəməyə verdi
  • Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
  • Bu binalara istilik verilməyəcək
  • "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
  • Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
  • Sabahın hava proqnozu açıqlandı
  • Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
  • Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
  • "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
  • Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
  • Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...
  • "Facebook" istifadəçilərinin gizli fotolarına daxil olub? - "Meta"ya 805 milyon avroluq cərimə
  • Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
  • Rəşad Məcidə ağır itki
  • Rusiyanın nəhəng neft-kimya zavodu vuruldu - Video
  • Millətlər Liqası: Türkiyə üçün növbəti çətin sınaq
  • Azərbaycan XİN: Fələstin xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

“BOZ KARDİNAL”IN MÜLK DAVASI – Mehdiyev bir zamanlar sifarişlər verdiyi məhkəmələrin ümidinə qalıb

  • Tarix: 15-10-2024, 08:03

Ramiz Mehdiyevin qızı Kəmalə Əliyeva "Baku Steel Company" MMC Müşahidə Şurasının keçmiş sədri Rasim Məmmədovun işi üzrə məhkəmədə Bakı Oksford Məktəbi binasının müsadirəsinə dair qərardan şikayət verib.

İşi Bakı Ağır Cinayətlər Məhkəməsi araşdırıb. Hökm və əmlakların müsadirəsi haqda qərarı da bu məhkəmə çıxarıb. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişməyib. Bakı Oksford Məktəbində 100 faizlik payın tən yarısının sahibi olan Mehdiyevin qızı bir müddət öncə Bakı Ağır Cinayətlər Məhkəməsinə ərizə göndərərək məktəb binasının müsadirəsinə dair qərarın onun mülkiyyət hüququnu pozduğunu vurğulayıb.

K.Əliyeva məhkəmədə R.Məmmədovun həyat yoldaşına - məktəbin digər payçı və təsisçisi Mehriban Məmmədovaya və Ədliyyə Nazirliyinə qarşı iddia qaldırıb. Ancaq Səbail Rayon Məhkəməsi həmin iddiaya baxmaqdan imtina edib.

Faktiki olaraq, Ramiz Mehdiyev qızının adı ilə Azərbaycan Ədliyyə Nazirliyinə, yəni, dövlətə, hakimiyyətə qarşı məhkəmə iddiası qaldıraraq, mülkiyyət davası aparır, Azərbaycan məhkəməsindən haqq-ədalət istəyir. Bu o deməkdir ki, bir zamanların “boz kardinalı”, “Rusiya canişini”, az qala ölkənin “hakimi-mütləqi” Ramiz Mehdiyev bu gün Azərbaycan məhkəmələrinin ümidinə qalıb. O məhkəmələrin ki, Prezident Administrasiyası rəhbəri olanda onlara yüzlərlə, minlərlə sifarişlər verib, haqsız, ədalətsiz, insafsız qərarlar çıxartdırıb. İndi özü və ailə üzvləri həmin məhkəmələrdən ədalət istəyir...



Azərbaycan hüquq-mühafizə, məhkəmə sisteminin vəziyyətini nəzərə alsaq, sırf hüquqi, qanuni, texniki baxımdan ola bilsin ki, doğrudan da iddia qaldıran mehdiyevlərə qarşı haqsızlıq edilib. Mehdiyevin özü bu cür məsələlərin məhkəmələrdə həll olunmadığını hamıdan yaxşı bilir. Buna baxmayaraq, ümumilikdə ölkədəki ədalət tərəzisinin və onun tərkib hissəsi olan bugünkü məhkəmə sisteminin formalaşmasında “misilsiz xidmətləri” olan sabiq PA rəhbərinin həmin məhkəmələrdən ədalət istəməsi həm ibrətamiz, həm də acınacaqlı mənzərədir. Bu mənzərə hər nə qədər “ürəkdən tikan çıxaran”, “ilahi ədalət” təsiri bağılasa da, eyni zamanda o deməkdir ki, mehdiyevlər, qaralovlar, mahmudovlar və s. getsə də, dövlət institutları, məhkəmələr, həmçinin, ümumilikdə cəmiyyətdəki “ədalət tərəzisi” o qədər də dəyişməyib və yaxın zamanda dəyişənə də bənzəmir...

Beləliklə, mehdiyevlərin adına olan mülklərin cüzi də olsa bir hissəsi əllərindən alınır. Baxmayaraq ki, adətən məmur elitasında əmlak məsələsində bir-birilərinin “ayağını tapdamırlar”. Hətta bir zamanların ən qatı “müxalifət lideri” olan Rəsul Quliyevin belə mülklərinə demək olar, dəymədilər. Sonuncu dəfə onun adına olan böyük və bahalı torpaq sahəsini də özünə qaytardılar. Ona görə də ola bilsin, R.Mehdiyevin “şikayəti” də nəzərə alınacaq...

Əlbəttə ki, Mehdiyevin ailəsi bir bina, yaxud mülk itirməklə kasıb olmayacaq. Zatən bu mülklərin, əmlakların, aktivlərin sayı-hesabı yoxdur. Bu baxımdan anlamaq olmur, bu mülkiyyət davası prinsip məsələsidir, yoxsa adi acgözlük, tamahkarlıq, var-dövlət hərisliyi?...

Əslində, bu əhvalatın başqa bir vacib tərəfi var. Göründüyü kimi, bu gün akademik(!) və filosof(!) Ramiz Mehdiyevin davası cəmiyyəti düşündürən yüksək mədəni, elmi, fəlsəfi, hüquqi, siyasi dəyərlər, dövlətçilik, şəxsiyyət, mənəviyyat və s. davası yox, mülkiyyət davasıdır! Bu baxımdan hazırda onunla məsələn, sabiq deputat Hüseyn Abdullayevin (“Quska”), yaxud mülkləri əlindən alınan hansısa sabiq icra başçısının heç bir fərqi yoxdur. Və bundan böyük özünüifşa da ola bilməz! Bəs vəzifədə olduğu illərdəki millətin, dövlətin bugünü və gələcəyilə bağlı konseptual, elmi-siyasi, akademik çıxışlar, açıqlamalar, məqalələr və s. necə oldu? Nədənsə həmin dövrdəki “mütəfəkkir”, “filosof”, “akademik” statusları ilə bu gün dövlətlə mülkiyyət davası aparan “iş adamı” statusu qətiyyən üst-üstə düşmür. Məntiqlə “akademik və filosof” Mehdiyev bu gün dövlətlə, hakimiyyətlə, millətlə mülk davası yox, tamamilə başqa şeylərin - savadsızlığın, mövhumatın, geriliyin, elmsizliyin, hüquqsuzluğun və s. davasını etməli idi. Xüsusilə də bilə-bilə ki, Azərbaycanda hamı bu mülklərin hansı pullarla, hansı yollarla alındığını, mənimsənildiyini gözəl bilir.

Mehdiyev bu mülk davası və məhkəmələrə şikayətlərilə elə bir mənzərə yaradır ki, onun vaxtilə dərc etdirdiyi palaz-palaz məqalələr, çıxışlar, kitablar hazırda bəlkə də “San-Marino” universitetinin, yaxud Elşad Abdullayevin saxta universitetinin diplomunu almış, minlərlə sifarişli hökmlər çıxarmış hansısa bir hakimin qərarından dəyərsiz olur.

Digər tərəfdən, bütün bu baş verənlərdə təəccüblü bir şey yoxdur - Azərbaycanın köhnə və yeni tarixində “əsərləri”, məqalələri, kitabları sonradan makulaturaya çevrilən azmı saxta alimlər, akademiklər, siyasətçilər, mütəfəkkirlər olub?... 

C.Məmmədov

“AzPolitika.info”


Oxunub: 3 023
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 14:02 | Həftənin ilk iş günü qar yağacaq
    Bu gün, 14:00 | Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
    Bu gün, 13:59 | Azərbaycanda həkim vəfat etdi
    Bu gün, 13:42 | Bu dəfə general qızı onu məhkəməyə verdi
    Bu gün, 13:39 | Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
    Bu gün, 13:38 | Bu binalara istilik verilməyəcək
    Bu gün, 12:51 | "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
    Bu gün, 12:48 | Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
    Bu gün, 12:47 | Sabahın hava proqnozu açıqlandı
    Bu gün, 12:38 | Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
    Bu gün, 12:28 | Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
    Bu gün, 12:26 | "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
    Bu gün, 12:25 | Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
    Bu gün, 12:22 | Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...
    Bu gün, 12:18 | "Facebook" istifadəçilərinin gizli fotolarına daxil olub? - "Meta"ya 805 milyon avroluq cərimə
    Bu gün, 12:15 | Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
    Bu gün, 12:11 | Rəşad Məcidə ağır itki
    Bu gün, 11:16 | Rusiyanın nəhəng neft-kimya zavodu vuruldu - Video
    Bu gün, 11:13 | Millətlər Liqası: Türkiyə üçün növbəti çətin sınaq
    Bu gün, 11:10 | Azərbaycan XİN: Fələstin xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik
    Bu gün, 10:51 | Rəşad Məcidə AĞIR İTKİ
    Bu gün, 10:49 | Tikintiyə icazə prosedurları sadələşdirilir - VİDEO
    Bu gün, 10:48 | Hüseyn Abdullayevin anası: “Şikayət ərizəmizi geri götürmüşük, cənab Prezidentdən kömək istəyirik”
    Bu gün, 10:46 | Tanınmış aparıcı Xəzər TV-dən getdi
    Bu gün, 09:55 | Əgər Rusiya bunu işə salarsa, ciddi problem yaranacaq
    Bu gün, 09:53 | Millətlər Liqası: Portuqaliya ağır məğlubiyyət aldı
    Bu gün, 09:52 | Ət yeməyənlərdə xərçəng riski daha azdır - Diqqət!
    Dünən, 20:26 | İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
    Dünən, 19:45 | AzTV-nin sabiq idarə rəisi vəfat etdi
    Dünən, 19:43 | Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
    Dünən, 19:42 | Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
    Dünən, 19:41 | Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
    Dünən, 19:39 | Azərbaycan nefti ucuzlaşdı
    Dünən, 19:06 | Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
    Dünən, 19:04 | Həbsdəki jurnalist əməliyyat olunub
    Dünən, 18:51 | DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
    Dünən, 16:05 | Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
    Dünən, 15:57 | "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
    Dünən, 15:37 | Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
    Dünən, 15:36 | Sumqayıtda beş avtomobil toqquşdu
    Dünən, 15:34 | Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
    Dünən, 14:04 | Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
    Dünən, 14:00 | Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
    Dünən, 13:58 | Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
    Dünən, 12:23 | Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
    Dünən, 12:20 | Salah Misir millisində rekorda imza atdı
    Dünən, 12:13 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Dünən, 11:20 | Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
    Dünən, 11:12 | Xəyyam Salehov müdir təyin edildi - FOTO
    Dünən, 11:08 | Mahirin qolu, Azərbaycan millisinin qələbəsi - Video
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.