İcra başçısı bu gün minaya düşən Quşçu Ayrım kənd sakininin səhhəti ilə maraqlanıb
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir müddət əvvəl minaya düşərək xəsarət alan Sarıyev İlkin Amin oğlunu ziyarət edib. Bu gün rayonunun Quşçu Ayrım kənd sakini, 2001-ci il təvəllüdlü Sarıyev İlkin Amin oğlu heyvan otararkən minaya düşərək xəsarət alıb. Hadisə nəticəsində İlkin Sarıyev sağ ayağından xəsarət alıb. Xəsarət alan şəxs rayon xəstəxanasına çatdırılıb. Mediaxeberleri.Az-ın Qərb bürosunun məlumatına görə, icra başçısı yaralı kənd sakini ilə söhbət edərək onun səhhəti ilə maraqlanıb, şəfa diləyib.
Oxunub: 819
Xəbəri paylaş
Paylaş: