Antiterror əməliyyatı qaçılmaz oldu - Qarabağda nə baş verir?
Erməni terrorçular Qarabağda terror aktlarına başlayıb. Rəsmi məlumatlarda terror aktları nəticəsində mülki şəxslərin və polis əməkdaşlarının şəhid olduğu qeyd olunur. Yayılan informasiyalar “Qarabağda nə baş verir” sualını da aktuallaşırır.
Separatçı-terrorçu rejimin təxribat hücumlarına başlayacağı gözlənilən idi. Çünki Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ağdam arşrutu vasitəsilə yükləri Xankəndinə aparması separatçıların gələcək mövcudluğunu sual altına salır. Onlar mövcud problemlərini həll etmək üçün Bakının tələbi olan Ağdam-Xankəndi marşrutunun açılmasına razı olsalar da, erməni əhalisinin reinteqrasiyanın qarşısını almağa da çalışırlar. Çıxış yolu kimi isə eskalasiyanın yaranmasına səbəb olacaq terror aktlarının törədilməsini seçiblər. Eskalasiya ilə beynəlxalq diqqəti bölgəyə çəkmək, “Azərbaycan erməni əhalisinə hücum edir” iddiasını irəli sürmək və erməni əhalisi arasında düşmənçiliyi kökrükləmək istəyirlər. Mülki insanların və polis əməkdaşlarının şəhid olması ilə nəticələnən mina terroru da məhz bu təxribatın tərkib hissəsidir.
Bu problemin yeganə həll yolu antiterror əməliyyatının keçirilməsi və seoparatizmin ləğv edilməsidir. Beynəlxalq təcrübə də təsdiq edir ki, ölkə daxilində separatçı-terrorçu qruplaşmalarının məhv edilməsi yalnız güc tətbiqi ilə mümkündür.
Separatçıların terror aktı anti-terror əməliyyatını qaçılmaz edir. 44 günlük müharibədən sonra bütün şərtlər də ərazimizdə separatizmin ləğv edilməsi, silahlı dəstələrin neytrallaşdırılması üçün heç olmadığı qədər uyğundur.