Mediaxeberleri.az
    
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video

Son xəbərlər :
  • Son 3 ayda Ermənistana 400 mindən çox rus gedib
  • "Villaları, evləri var, gözləri doymur"
  • Zəlzələ təhlükəsi ilə bağlı gərgin müzakirə: "Heç nə etmirik, avara-avara gəzirik..." - VİDEO
  • Sabirabadda bir ildir uçan körpünün yerində yenisi tikilmir - Video
  • Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
  • İmişlidə qəzada ölən və xəsarət alan sərnişin ər-arvad imiş - YENİLƏNİB
  • Şəkiyə yağan qar fəsadlara səbəb olub - FOTO
  • “Dostluq” ordeni ilə təltif edilən Dragan Vladisavljeviç kimdir?
  • Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
  • Babək Quliyev UEFA-dan təyinat alıb
  • Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayrağımız - FOTO
  • Prezidentin nümayəndəsi: Azərbaycan üçün su təhlükəsizliyi milli strateji prioritetdir
  • Bu il Azərbaycan millilərinə hansı əcnəbi idmançılar cəlb olunub?
  • Elnarə belə arıqlayır
  • Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb - FOTO
  • Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
  • Füzuli Rzaquliyev vəfat edib
  • Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb- FOTO
  • Özgür Özəl Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Bu, müharibədir: Qarabağda bir gündə 11 nəfər öldü

  • Tarix: 19-09-2023, 11:54

19 sentyabrın ilk saatlarından səhərə qədər Qarabağda baş verən və bir-birini izləyən hadisələr olduqca dəhşətlidir.

İki qəza baş verib – biri 01 radələrində, Füzuli rayonu ərazisində. Nəticədə DİN-in 3 əməkdaşı həlak olub, 6 nəfər yaralanıb.

Saat 09-da daha bir qəza - Laçın rayonunun Mollalar kəndi ərazisində “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində ərazidə podrat işləri həyata keçirən Elektrikquraşdırma Müəssisəsinin əməkdaşları Məhəmməd Mübariz oğlu Məmmədov və Gülağa Gülməmməd oğlu Məmmədov həyatlarını itiriblər.

İki fakt isə düşmən təxribatının nəticəsidir: 04 radələrində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci kilometrliyindəAAYDA-ya məxsus və sözügedən yolda çalışan “Hovo” markalı yük maşını tank əleyhinə minaya düşüb. Nəticədə agentliyin 2 əməkdaşı - 21.11.1970-ci il təvəllüdlü Samir Sabiroviç Sadıxov və 02.05.1965-ci il təvəllüdlü Fərhad Hüseynağa oğlu Quliyev həlak olublar.

Hadisə yerinə yollanan DİN əməkdaşları Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində, saat 04:30 radələrində Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşüblər. Nəticədə DİN-in əməkdaşları - 1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.

Beləliklə, bu gün 6 nəfər erməni terrorunun qurbanı olub, daha 5 nəfər isə qəza nəticəsində dünyasını dəyişib.

Qəzaya düşərək həlak olanlarla bağlı araşdırmalar aparılır: hələ biz bilmirik ki, onların qəzaya düşməsi də planlı təxribatdır, ya yox: yol yatağına müdaxilədən tutmuş hərəkətdə olan maşına kənar müdaxiləyə qədər – hər şey mümkündür...

Bu isə artıq həyəcan siqnalı deməkdir!

Diqqət edək: AAYDA-nın “Hovo” markalı avtomobili həmin yolun çəkilişində iştirak edir, başqa sözlə, daim istifadə etdiyi yoldur. Onun birdən-birə minaya düşməsi o deməkdir ki, mina əraziyə son günlərdə, bəlkə də son saatlarda basdırılıb.

AAYDA əməkdaşlarının minaya düşdüyü xəbərini alıb, hadisə yerinə gedən DİN əməkdaşlarının da yeni basdırılan – həm də yeni çəkilən tunelə qoyulan minaya düşdüyü rəsmi məlumatda da vurğulanır.

Bu isə o deməkdir ki, erməni separatçıları – Qarabağdakı terrorçular artıq rus sülhməramlıların məsuliyyət zonasından kənara çıxaraq, təxribat-diversiya fəaliyyəti ilə məşğuldur və Azərbaycana qarşı müharibəyə başlayıblar.

Kimdir onlara bu cəsarəti verən? Necə ola bilər ki, “blokada”, “humanitar fəlakət” qışqıran icma 44 günlük savaşdan sonra Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə sızmaq planları qurur, açıq təxribatlara gedir, yol çəkənlərə - mülki insanlara qarşı diversiya həyata keçirir, Qarabağdakı quruculuq işlərinə terrorla cavab verir?

Erməni terrorçular sözün hər mənasında son günlər aldıqları beynəlxalq dəstəkdən azğınlaşıblar: Ağdamdan gedən humanitar yardımı saf-çürük edirlər, iddialarına bax ki, Azərbaycan istehsalı olan heç bir malı qəbul etməyəcəklərini bildirirlər, hətta Xankəndiyə çatdırılan və Türkiyə istehsalı uşaq bezlərinin yandırılmasını tələb edirlər.

Bu separatçılar “Azərbaycan istehsalı məhsulu” qəbul etməməyə dirəniş göstərirsə, Azərbaycan maşınlarını ora buraxmaq istəyərlərmi?

Azğınlaşmaqlarının səbəbi isə Qərbin inad və israrla Azərbaycana təzyiqi, Xankəndi və ətrafında məskunlaşan ermənilərə yardımın çatdırılmasını tələb etməsi, üstəlik, ABŞ Dövlət Departamentinin rəsmisi Yuri Kimin “Dağlıq Qarabağ ermənilərinə qarşı hər hansı təcavüzə dözməyəcəyik” şəklində açıq hədəsi, Ermənistanda ABŞ qüvvələrinin yerləşməsi və Ermənistanla birgə hərbi təlimlərə başlaması, Hindistandan silah tədarükü, İranın “Ermənistan sərhədləri qırmızı xəttimizdir” ritorikasından əl çəkməməsi və Ermənistanın “düşməni” ABŞ-la birgə hərbi fəaliyyətlərinə rəğmən, İrəvanı müdafiə etməsi, Avropa Birliyinin siyasi lideri Fransanın İrəvana sonsuz və birtərəfli qəti dəstəyi və sairdir.

Ermənistan və Qarabağdakı erməni separatçılar Rusiyaya qarşı plasdarma çevrilməklə ABŞ-ın birmənalı dəstəyini Senatda da əldə etdikdən sonra sözün bütün mənalarında “siyasi qələbə” qazandıqlarını düşünərək, artıq terrora başlayıblar.

Son günlərin statistikası göstərir ki, Ermənistan sərhədimizə texnika və canlı qüvvə yığır, artilleriya cəmləşdirir, paralel olaraq Qarabağdakı separatçılar Rusiya sülhməramlılarının gözü qarşısında “səngər” qazır, fortifikasiya qurğuları inşa etməyə çalışırlar. Ən son statistikaya görə, Qarabağdakı qanunsuz silahlı dəstələrin bu ilin martında 499 mövqeyi var idisə, bu rəqəm avqustda 671, sentyabr ayında isə 737-yə yüksəlib.

İnanılmaz artımdır: son aylarda “mövqelərini” 50 faiz – 238 ədəd artırıblar.

Bu, planlı şəkildə Azərbaycana qarşı müharibə hazırlığından xəbər verir: ciddi şəkildə hazırlaşırlar. Hətta başlayıblar - əgər təxribat-diversiya qrupları bu qədər açıq şəkildə yeni çəkilən yollara, tunellərə mina döşəyirsə, bu, artıq müharibəyə başlamaları deməkdir.

Artıq hərbi əməliyyat qaçılmaz olur!


Oxunub: 698
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 21:23 | Son 3 ayda Ermənistana 400 mindən çox rus gedib
    Dünən, 21:10 | "Villaları, evləri var, gözləri doymur"
    Dünən, 20:50 | Zəlzələ təhlükəsi ilə bağlı gərgin müzakirə: "Heç nə etmirik, avara-avara gəzirik..." - VİDEO
    Dünən, 19:03 | Sabirabadda bir ildir uçan körpünün yerində yenisi tikilmir - Video
    Dünən, 18:53 | Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
    Dünən, 18:46 | İmişlidə qəzada ölən və xəsarət alan sərnişin ər-arvad imiş - YENİLƏNİB
    Dünən, 18:43 | Şəkiyə yağan qar fəsadlara səbəb olub - FOTO
    Dünən, 17:51 | “Dostluq” ordeni ilə təltif edilən Dragan Vladisavljeviç kimdir?
    Dünən, 17:35 | Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
    Dünən, 17:31 | Babək Quliyev UEFA-dan təyinat alıb
    Dünən, 17:27 | Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayrağımız - FOTO
    Dünən, 17:20 | Prezidentin nümayəndəsi: Azərbaycan üçün su təhlükəsizliyi milli strateji prioritetdir
    Dünən, 16:29 | Bu il Azərbaycan millilərinə hansı əcnəbi idmançılar cəlb olunub?
    Dünən, 16:25 | Elnarə belə arıqlayır
    Dünən, 16:15 | Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb - FOTO
    Dünən, 16:11 | Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
    Dünən, 16:06 | Füzuli Rzaquliyev vəfat edib
    Dünən, 16:00 | Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb- FOTO
    Dünən, 15:52 | Özgür Özəl Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
    Dünən, 15:48 | Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb
    Dünən, 14:55 | Mətanət Əliverdiyevanın sevinc göz yaşları - VİDEO
    Dünən, 14:51 | Ağac qaz borusunun üzərinə aşdı, avtomobil yararsız hala düşdü.
    Dünən, 14:46 | "Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz"
    Dünən, 14:40 | Prezident sərəncam imzaladı
    Dünən, 14:15 | İki nəfərin öldüyü qəzada sağ qalan şəxsin vəziyyəti açıqlandı
    Dünən, 14:10 | Bakıda 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilib - FOTO - YENİLƏNİB
    Dünən, 13:59 | Azərbaycanda qarın hündürlüyü 29 sm-ə çatıb
    Dünən, 13:43 | Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev vəfat edib
    Dünən, 10:13 | Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
    Dünən, 09:04 | Alınmaz hesab edilən mövqelər necə ələ keçirildi? - Video
    Dünən, 01:32 | Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışları Rusiya mediasında - Foto
    Dünən, 01:00 | "Euronews" Azərbaycanda Zəfər Günü və Ərdoğanın səfəri barədə məqalə dərc edib
    Dünən, 00:00 | Azərbaycanda Dövlət Bayrağı Günüdür
    8-11-2026, 20:36 | Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirib
    8-11-2026, 20:22 | İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
    8-11-2026, 20:13 | Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
    8-11-2026, 19:59 | Zəfər Günü İzmirdə də qeyd edildi
    8-11-2026, 19:56 | Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video
    8-11-2026, 19:54 | Onlar Ermənistanın düşmənidir - Rubinyan
    8-11-2026, 19:50 | Əliyevlə Ərdoğanın görüşü ilə bağlı daha bir paylaşım...
    8-11-2026, 19:48 | Fransanın orada olacağı şübhəsizdir - Barro
    8-11-2026, 19:46 | Yük avtomobilinin sürücüsü sükan arxasında öldü
    8-11-2026, 16:34 | "Ağstafa Gəncləri" “Şəmkir” səfərindən üç xalla qayıdır
    8-11-2026, 11:35 | Mehriban Əliyeva 8 Noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib
    8-11-2026, 11:28 | Tovuzun icra başçıları niyə həmişə tovuzlu olur? – 35 illik maraqlı ənənənin sirri
    8-11-2026, 11:26 | Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - Foto
    8-11-2026, 10:40 | "Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək
    8-11-2026, 10:37 | "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
    8-11-2026, 10:36 | "Haber Global": 44 gündə yazılan dastan - Video
    8-11-2026, 10:34 | Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.