DÜNYANIN ƏN GÜCLÜ 20 ÖLKƏSİ – Türkiyə də siyahıdadır
ABŞ-ın məşhur jurnallarından olan “US News & World Report” “dünyanın ən güclü ölkələri” adlı maraqlı bir araşdırma aparıb. Mediaxeberleri.Az xəbər verir ki, siyahı qlobal media manşetlərinə yön verə bilən, siyasətdə ön planda olan, qlobal iqtisadi mühiti formalaşdıran, dünyanın gedişatına təsir etmək bacarığı olan kriteriyalar üzrə hazırlanıb. Eyni zamanda, burada ölkələrin liderləri, iqtisadi gücləri, ixrac qabiliyyəti, siyasi arenada rolu, ordusu, beynəlxalq ittifaqlarda gücü də nəzərə alınıb. Sözügedən araşdırmada ABŞ birinci, Çin ikinci, Rusiya isə üçüncü sırada qərarlaşıb. Siyahını təqdim edirik: 1. ABŞ 2. Çin 3. Rusiya 4. Almaniya 5. İngiltərə 6. Cənubi Koreya 7. Fransa 8. Yaponiya 9- Səudiyyə Ərəbistanı 10. Birləşmiş Ərəb Əmirlikləri 11. İsrail 12. Hindistan 13. Kanada 14. Ukrayna 15. Türkiyə 16. İtaliya 17. Avstraliya 18. İran 19. Braziliya 20. İspaniya.