Rusiyalı deputatlar yerli avtomobillərə keçir
Rusiya Dövlət Dumanın üzvləri yeni ildən yalnız Rusiya avtomobil sənayesinin məhsullarından istifadə edəcəklər. Mediaxeberleri.Az Gazeta.ru saytına istinadla xəbər verir ki, bu barədə Rusiya parlamentinin mətbuat xidmət məlumat yayıb. "Duma Şurası yekdilliklə qərar verib ki, deputatlar yalnız Rusiya istehsalı olan avtomobillərdən istifadə etməlidirlər", - qeyd edilib. Artıq 2024-cü ildən öz dairələrində deputatların yalnız yerli avtomobillərlə təmin olunması barədə qərar qəbul edilib. Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin sözlərinə görə, bu qərar Rusiya avtomobil sənayesinin inkişafına kömək edəcək. Bundan başqa, büdcə vəsaitləri ölkədə qalacaq.
Oxunub: 233
Xəbəri paylaş
Paylaş: