Rusiyada azərbaycanlı ailənin faciəsi: Ana və övladları öldü
- 19-09-2023, 09:42
- 516
Rusiyanın Noyabrsk şəhərində gecə saatlarında ikimərtəbəli taxta evdə yanğın çıxıb.
Mediaxeberleri.Az mətbuat.az-a istinadən xəbər verir ki, Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində ana və iki azyaşlı övladı yanaraq həlak olub.
Yanğın nəticəsində evin 1-ci və 2-ci mərtəbələrinin konstruksiyaları, dam örtüyü və evin içərisindəki əşyalar yanıb. Yanğının hansı səbəbdən baş verdiyi bilinmir. Araşdırma aparılır.
Metbuat.az-ın əldə etdiyi məlumata görə, ölən şəxslər əslən azərbaycanlıdır. Belə ki, vəfat edən ana və övladları əslən Astara rayonundandırlar. Onlar uzun müddətdir ki, Rusiyanın Noyabrsk şəhərində yaşayırmışlar.
Комментарии (0)