“Ukrayna ancaq bundan sonra Aİ-yə qəbul edilməlidr”- Varşava şərtini açıqlayıb
Avropa İttifaqı (Aİ) Kiyevin quruma qoşulması ilə bağlı qərarını yalnız regional bazarı Ukraynanın taxıl tədarükü ilə bağlı təhlükələrdən qorumaq üçün mexanizmlər yaratdıqdan sonra qəbul etməlidir. Mediaxeberleri.Az TASS-a istinadla xəbər verir ki, bu sözləri Polşanın kənd təsərrüfatı və kənd inkişafı naziri Robert Telus jurnalistlərlə keçirdiyi brifinq zamanı deyib. Nazir qeyd edib ki, Varşava Birliyin rəhbərliyində Avropa ölkələrinin aqrar-sənaye kompleksini Ukraynanın kənd təsərrüfatından qorumaq istəyinin olmamasından son dərəcə narahatdır. “Kiyev Aİ-yə daxil olmağa fəal çalışır. Bu yaxşıdır. Amma o (Ukrayna - Gazeta.Ru) müəyyən meyarlara cavab verməli və müəyyən şərtləri yerinə yetirməlidir”, - Telus bildirib. Sentyabrın 18-də Kiyev hakimiyyəti Polşa, Slovakiya və Macarıstana qarşı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət göndərib. Səbəb bu ölkələrin Ukrayna məhsullarına embarqonun müddətini uzatmasıdır. Rüfət AzPolitika.info