Ukraynanı tərk edən deputatlar cəzalandırıla bilər
Ukraynanın Ali Radasına ölkəni tərk etmiş deputatların parlament komitələrindən xaric edilməsi haqqında qətnamə daxil olub. “Report” xəbər verir ki, bunu Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak bəyan edib. “Radada fərari deputatların komitələrdən xaric edilməsi ilə bağlı yeni qərar qeydə alınıb ”,-deyə o qeyd edib. Onun sözlərinə görə, söhbət Ukraynadan Böyük Britaniyaya gedən və parlamentin komitə iclasında uzaqdan iştirak edən deputat Artem Dmitrukdan gedir. Jeleznyak əlavə edib ki, Andrey Odarçenkon da korrupsiya ilə mübarizə komitəsindən çıxarılması planlaşdırılır.
Oxunub: 222
Xəbəri paylaş
Paylaş: