Bərdədə 15 yaşlı qızı öldürən şəxsin meyiti tapıldı
Bərdədə itkin düşən qızı qətlə yetirməkdə şübhəli bilinən şəxsin meyiti aşkarlanıb. Mediaxeberleri.Az xəbər verir ki, sentyabr ayının 1-də 2009-cu il təvəllüdlü Sevinc Rəşad qızı Abbaslının itkin düşməsi barədə Bərdə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Sentyabr ayının 3-də S.Abbaslının üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin 1993-cü il təvəllüdlü Kənan İlyas oğlu Əhmədli tərəfindən törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Onun meyiti oktyabr ayının 7-də Qarabağ kanalından polis əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 258
Xəbəri paylaş
Paylaş: