Mediaxeberleri.az
    
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
  • 
  • Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
  • 
  • Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
    Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
  • 
  • Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
    Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı

Son xəbərlər :
  • İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar - Siyahı
  • Qazaxda yerli sakin bıçaqlandı
  • Bakı sakini Qazaxda dəm qazından boğularaq ölüb
  • İranla belə bir saziş imzalayacağıq - Tramp
  • Sevinc Maniyeva vəfat etdi
  • İşdən çıxarılan Elçin Babayevlə bağlı sensasion fakt
  • "Qalatasaray" qalib gəldi, baş məşqçisi qırmızı aldı
  • Ağdamın bunkerləri, erməni generalları və 5 müdafiə xətti - Video
  • “Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
  • Ağdamda itlər məktəbli qıza hücum edib - FOTO
  • Azərbaycanda ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatı keçiriləcək
  • Kartdan-karta köçürmələr risk mənbəyi kimi - Yeni təkliflər var...
  • TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı - FOTO
  • Badamdarda evin həyəti ikiyə ayrıldı - VİDEO
  • İnsan orqanizmini qocaldan və ölümə yaxınlaşdıran 3 ən vacib faktor açıqlandı
  • Maşın almaq üçün kredit götürən şəxsin pulu oğurlandı
  • Bu şəxslər 700 manatadək cərimələnəcək
  • Millimiz Bədaviyə görə ilk texniki məğlubiyyətini ala bilər
  • Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü - Foto
  • İsa Qəmbər ölkədən çıxa bilmədi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Yeddi uşağın ölüm işi: Əsas adamlar kənarda qalıb...

  • Tarix: 7-10-2024, 14:17

Respublika Perinatal Mərkəzi PHŞ-də baş vermiş yanğınla bağlı məsuliyyətə cəlb edilən direktor Mehriban Abasquliyeva, mərkəzin anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin məhkəməsi keçirilib.

Mediaxeberleri.Az Teleqraf.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Əvvəl zərərçəkmiş şəxslərin kimliyi müəyyən edilib, sonra təqsirləndirilən şəxslərin vəkillərinin prosesdə iştirakı araşdırılıb.

Müəyyən edilib ki, təqsirləndirilən Mehriban Abasquliyevanın hüquqi nümayəndəsi də iclasdadır. O, uzun illər məhkəmə sistemində hakim postunda çalışmış Çingiz Bəşirovdur. Çingiz Bəşirov Mehriban Abasquliyevanın qardaşıdır.

Prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi Lalə Ramazanovanın nümayəndəsi Adəm Məmmədovdur. Amma zərərçəkmişin özü iclasa qatılmayıb. Lalə Ramazanova hadisə zamanı körpəsini itirən şəxslərdən biridir.

Adəm Məmmədov bildirib ki, cinayət işi üzrə zərərçəkmiş şəxslə ötən həftənin 5-ci günü müqavilə bağlayıb, sonrakı günlər istirahət günlərinə təsadüf edib, buna görə işlə tanış ola bilməyib. İşlə tanış olandan sonra geniş vəsatəti olacaq: "Bu işdə bəzi məsələlər var, ümumən tam tanış olmalıyam. Əsas məsələ kənarda qalıb, istintaq başqa yöndə aparılıb. Bu iş ölkə başçısının nəzarətində olub. Buna görə araşdırma tam aparılmalıdır".

Adəm Məmmədov başqa şəxslərin də məsuliyyətə cəlb olunmasına işarə edib. Dövlət ittihamçısı Orxan Səmədov vəsatətin təmin olunmamasını istəyib. Təqsirləndirlilən şəxslərin vəkilləri isə vəsatətin təmin olunmasına tərəfdar olublar.

Məhkəmə vəsatəti təmin etməyib.

Adəm Məmmədov daha sonra işin obyektiv araşdırılması, başqa şəxslərin də məsuliyyətə cəlb olunması üçün işin ibtidai istintaqa qaytarılmasını istəyib. Onun fikrincə, ittiham aktı düzgün tərtib olunmayıb, əsas adamlar kənarda qalıb. Vəkil həmin şəxslərin məsuliyyətə cəlb olunmasını üçün vəsatətin təmin olunmasını vacib sayıb.

Daha sonra təqsirləndirilən Mehriban Abasquliyevanın vəkili Muxtar Mustafayev vəsatətlə çıxış edərək bildirib ki, iş tam həcmdə araşdırılaraq məhkəməyə göndərilməyib. Onun sözlərinə görə, cinayət işi üzrə sənədlərin əsli yox, surətlərini məhkəməyə göndəriblər. Bu da ciddi qanun pozuntudur. O, işin ibtidai istintaqa qaytarılmasını, Baş Prokurorluğun istintaq idarəsinin prokuroru Ağakişi Acalovun barəsində xüsusi qərardad çıxarılmasını istəyib.

Dövlət ittihamçısı bildirib ki, dövlət qurumunun adından yanlış məlumat verilir, məhkəmə bu məsələyə münasibət bildirməlidir. O hesab edir ki, hazırkı mərhələdə vəsatət təmin olunmamalı, iş məhkəmə baxışına verilməlidir.

Mehriban Abbasquliyevanın digər vəkili Əlövsət Abbasov deyib ki, iş üzrə 4 nəfər zərərçəkmiş qismində tanınıb, onlar mərkəzini işçiləri olublar. O, həmin şəxslərin zərərçəkmiş qismində tanınmasını qanunsuz hesab edib.

Vəkil Elçin Nəcəfovun, Vaqif Hacıyevin, Aynurə Əhmədovanın və Gülbahar Zülfüqarovun zərərçəkmiş qismində statuslarına xitam verilməsini istəyib.

Vəkil Adəm Məmmədov deyib ki, hadisə vaxtı evində olan şəxslər məsuliyyətə cəlb olunub, amma iş başında olan, hadisəyə məsuliyyət daşıyan şəxslər zərərçəkmiş qismində tanınıblar.

Məsələyə münasibət bildirən zərərçəkmiş Gülbahar Zülfüqarova deyib ki, o, işdə zərərçəkmiş qismində tanınmaq istəmir. Onun sözlərinə görə, hadisədən sonra mərkəzdən çıxıb gedib.

Daha sonra çıxış edən Elnur Əhmədlinin vəkili Fərid Həsənovun sözlərinə görə, müvəkkilinin adından sənədlərə imza atılıb, bu isə qanun pozuntusudur. Vəkil müvəkkilinin adından imza qoyulmuş sənədlərin işdən xaric olunmasını istəyib.

Daha sonra hakimlər heyəti müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan heyət hazırlıq iclasının qərarını açıqlayıb.

Qərara görə, vəkillərin vəsatətləri hazırkı mərhələdə baxılmamış saxlanılıb.

İşin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.

Məhkəmə baxışı oktyabrın 21-ə təyin olunub.

Qeyd edək ki, bu ilin yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.


Oxunub: 1 003
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 23:02 | İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar - Siyahı
    Bu gün, 22:30 | Qazaxda yerli sakin bıçaqlandı
    Bu gün, 21:50 | Bakı sakini Qazaxda dəm qazından boğularaq ölüb
    Bu gün, 21:43 | İranla belə bir saziş imzalayacağıq - Tramp
    Bu gün, 21:39 | Sevinc Maniyeva vəfat etdi
    Bu gün, 21:38 | İşdən çıxarılan Elçin Babayevlə bağlı sensasion fakt
    Bu gün, 21:36 | "Qalatasaray" qalib gəldi, baş məşqçisi qırmızı aldı
    Bu gün, 19:34 | Ağdamın bunkerləri, erməni generalları və 5 müdafiə xətti - Video
    Bu gün, 19:26 | “Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
    Bu gün, 18:35 | Ağdamda itlər məktəbli qıza hücum edib - FOTO
    Bu gün, 18:33 | Azərbaycanda ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatı keçiriləcək
    Bu gün, 18:32 | Kartdan-karta köçürmələr risk mənbəyi kimi - Yeni təkliflər var...
    Bu gün, 12:29 | TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı - FOTO
    Bu gün, 12:27 | Badamdarda evin həyəti ikiyə ayrıldı - VİDEO
    Bu gün, 12:24 | İnsan orqanizmini qocaldan və ölümə yaxınlaşdıran 3 ən vacib faktor açıqlandı
    Bu gün, 12:22 | Maşın almaq üçün kredit götürən şəxsin pulu oğurlandı
    Bu gün, 10:50 | Bu şəxslər 700 manatadək cərimələnəcək
    Bu gün, 10:49 | Millimiz Bədaviyə görə ilk texniki məğlubiyyətini ala bilər
    Bu gün, 10:48 | Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü - Foto
    Bu gün, 10:10 | İsa Qəmbər ölkədən çıxa bilmədi
    Bu gün, 10:09 | Sumqayıtda bu yol yenə çökdü - Foto
    Bu gün, 10:07 | Neft həftəni bu qiymətlə yekunlaşdırdı
    Bu gün, 09:33 | Bu ölkədə 6,7 bal gücündə zəlzələ oldu
    Bu gün, 09:32 | İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi
    Bu gün, 09:31 | İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər
    Bu gün, 00:01 | Ölkənin ana təhsil ocağı da belə rüsvay oldu...
    Dünən, 22:19 | "Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
    Dünən, 22:11 | “İdman Paytaxtı” Qazax şəhərində V İdman Festivalının açılış mərasimi keçirilib
    Dünən, 19:44 | "Qələbələr Partiyası – 34 illik Zəfər və İnkişaf Yolu” - FOTOLAR
    Dünən, 19:39 | "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirildi
    Dünən, 19:26 | Naftalanda 3 məktəblini maşın vurdu
    Dünən, 19:25 | Metroda texniki xəta: Qatarların hərəkəti yubandı
    Dünən, 18:30 | İşçilər üçün saathesabı maaş: Yeni sistem necə işləyəcək?
    Dünən, 18:27 | “Real” Kurtua ilə bağlı qərarını verdi
    Dünən, 18:25 | Vüqar Əhmədov Mingəçevirdə vətəndaşları qəbul etdi - Foto
    Dünən, 17:56 | Bu cəzaçəkmə müəssisəsində peşə hazırlığı mərkəzi istifadəyə verildi
    Dünən, 17:50 | DYP sürücülərə xəbərdarlıq etdi: Bu qaydalara əməl edin
    Dünən, 17:46 | Bu iki qidanı birlikdə yemək olar?
    Dünən, 17:03 | Evə başqa bir qadını gətirən atasını döyərək qabırğalarını sındırıb
    Dünən, 17:00 | Nərimanovda mənzil almaq istəyənlər üçün hansı imkanlar var?
    Dünən, 16:56 | Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atıldı
    Dünən, 16:46 | Elton qızına toy edir - VİDEO
    Dünən, 16:45 | Elçin Babayev dosentin ölümünə görə işdən çıxarılıb?
    Dünən, 16:43 | Bakıda yeni avtobus marşrutu yaradılır: Gediş haqqı...
    Dünən, 16:42 | Bakıya intensiv yağış yağacaq – Xəbərdarlıq
    Dünən, 15:32 | Badamdar sürüşmə: əhaliyə çağırış edildi - Tərk edin!
    Dünən, 15:31 | Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü
    Dünən, 14:42 | Şəmkirdə 41 yaşlı kişi faciəvi şəkildə öldü
    Dünən, 14:38 | Xərçəng əleyhinə yeni preparat klinik sınaqlardan keçdi
    Dünən, 14:35 | AZAL iki nüfuzlu beynəlxalq mükafata layiq görüldü
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.