Tovuz və Goranboyda piyadaları avtomobil vurub
Tovuz və Goranboy rayonlarında piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. "Report"un Qərb bürosunun məlumatına görə, Tovuz rayonunda 1940-cı il təvəllüdlü C.Mehdiyevi avtomobil vurub. Piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb. Goranboy rayonunda da piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Belə ki, 2005-ci il təvəllüdlü R. Pənəhovu minik avtomobili vurub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Hər iki faktla bağlı araşdırma aparılır.
Oxunub: 285
Xəbəri paylaş
Paylaş: