"Turizm ölkəmizin qeyri-neft sektorunun inkişafına töhfələr verir" - Mikayıl Cabbarov
Turizm sahəsi ölkəmizin qeyri-neft sektorunun inkişafına töhfələr verməklə yanaşı, tarixi-mədəni irsimizin və müxtəlif sahələrdə əldə etdiyimiz nailiyyətlərin beynəlxalq platformalarda təqdim edilməsi baxımından da əhəmiyyətli rola malikdir. “Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X”dəki hesabında yazıb. “Bu gün ölkəmizdə Turizm İşçiləri Günü qeyd olunur. Bu münasibətlə turizm sektorunun təmsilçilərinə təbriklərimizi çatdırır, uğurlar və yeni nailiyyətlər arzulayırıq”, - nazir əlavə edib.
 
 
 
Oxunub: 838
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 






















