Paris-2024-lə bağlı daha bir qalmaqal: Testlər necə yoxa çıxıb?+
Ümumdünya Antidopinq Agentliyi (WADA) Parisdə Olimpiya Oyunları başlamazdan əvvəl açıq hallar və test nəticələri ilə bağlı məlumatları itirib. Mediaxeberleri.Az xəbər verir ki, bu da dopinqdə ittiham olunan idmançıların yarışa buraxılması ilə nəticələnə bilər. Bu barədə “New York Times” məlumat yayıb. Parisdəki Olimpiadaya cəmi bir neçə həftə qalmış WADA-nın baş qərargahının əməkdaşları bu xəbəri alıblar. Təşkilatın hüquqşünasları mayın sonunda yüksək vəzifəli məmurların görüşündə bildiriblər ki, məlumat bazaları ilə bağlı bir sıra problemlər ən azı 2000 işdə təhrif edilmiş və ya qeyri-dəqiq məlumatlara səbəb olub. Agentlik antidopinq qaydalarının pozmaqla ittiham olunan idmançıların 900-dən çox test nəticəsini itirib. Bu, bir narahatedici faktla müşayiət olunub. Belə ki. qurum Paris-2024-də iştirak edən idmançıların işlərini düzgün izləyə və qərar verməyə bilər. Bu da dopinqdən istifadə edən idmançıların Yay Olimpiya Oyunlarında iştirakına səbəb ola bilər.