Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Həftənin ilk iş günü qar yağacaq
  • Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
  • Azərbaycanda həkim vəfat etdi
  • Bu dəfə general qızı onu məhkəməyə verdi
  • Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
  • Bu binalara istilik verilməyəcək
  • "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
  • Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
  • Sabahın hava proqnozu açıqlandı
  • Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
  • Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
  • "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
  • Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
  • Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...
  • "Facebook" istifadəçilərinin gizli fotolarına daxil olub? - "Meta"ya 805 milyon avroluq cərimə
  • Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
  • Rəşad Məcidə ağır itki
  • Rusiyanın nəhəng neft-kimya zavodu vuruldu - Video
  • Millətlər Liqası: Türkiyə üçün növbəti çətin sınaq
  • Azərbaycan XİN: Fələstin xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

COP29 Sədrliyimiz beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilir – MÜSAHİBƏ

  • Tarix: 27-09-2024, 19:37

COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva: “İlk növbədə G7 ölkələri, müəyyən dərəcədə isə G20 ölkələri məsuliyyəti dərk etməli, müvafiq qərarlar qəbul etməli, konsensusa gəlməlidirlər”



COP29 Təşkilat Komitəsinin üzvü, Milli Məclisin deputatı Pərvanə Vəliyeva COP29-dan gözləntilər, iqlim dəyişmələrinin qarşısının alınmasında Azərbaycanın liderliyi və digər məsələlərlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. Pərvanə Vəliyevanın müsahibəsini təqdim edirik.


-Pərvanə xanım, məlumdur ki, bu il noyabrın 11-dən 22-dək Bakıda dünyanın ən mötəbər tədbirlərindən biri - Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. COP29-dan əsas gözləntilər nədir?


-COP29-dan əsas gözlənti inkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrə ödəniləcək iqlim fəaliyyəti üzrə yeni maliyyə məbləğinin müəyyənləşdirilməsidir. Bundan öncəki iqlim maliyyəsinin məbləği kimi 2020-ci ilədək 100 milyard ABŞ dolları müəyyənləşdirilsə də, hesabatlara əsasən buna yalnız 2022-ci ildə nail olunub.

Bakı COP-unda dövlətlərin qarşısında duran əsas məqsəd yeni məbləği müəyyən etmək olacaq. Hazırda mövcud olan 100 milyard maliyyə hədəfi qlobal istiləşmənin 1,5 dərəcə selsi hədəfinə nail olunması, iqlim dəyişmələrinin ən çox təsir etdiyi ölkələrin problemlərinin həlli üçün kifayət deyil.


-O zaman başqa addımlara da ehtiyac var...


-Bəli, bu hədəfin ciddi şəkildə artırılmasına, ən azı 500 milyard, hətta 1 trilyon dollar həcmində müəyyən edilməsinə ehtiyac var. Dünya ictimaiyyəti inkişaf etmiş ölkələrdən bunu gözləyir. Bu sahədə ciddi işlər görülməlidir.

Bu məsələdə ilk növbədə G7 ölkələri, müəyyən dərəcədə isə G20 ölkələri məsuliyyəti dərk etməli, müvafiq qərarlar qəbul etməli, konsensusa gəlməlidirlər.


-COP29 Sədri kimi Azərbaycanın səyləri barədə nə deyə bilərsiniz?


-Azərbaycanın COP29 Sədrliyi inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında yeni iqlim maliyyəsi hədəfinin razılaşdırılması və konsensus əsasında nəticənin əldə edilməsi istiqamətində mühüm səylər göstərir. Bu xüsusda, COP29 Sədrliyimiz tərəfindən inkişaf etmiş ölkələrə və beynəlxalq maliyyə qurumlarına çağırışlar edilir, davamlı iş aparılır. Eyni zamanda dövlətlər, beynəlxalq təşkilatlar və digər maraqlı tərəflərlə mütəmadi əsasda və konstruktiv şəkildə görüşlər keçirilir.

Buna misal olaraq, 2024-cü il iyulun 25-28-də COP29-un gündəliyində dayanan əsas məsələlərin müzakirəsi məqsədilə Azərbaycanda təşkil olunmuş nümayəndə heyətlərinin rəhbərləri səviyyəsində qeyri-formal məsləhətləşmələri qeyd etmək olar.


-Azərbaycan COP29 Sədri olaraq beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunurmu və COP29 lazımi səviyyədə beynəlxalq dəstək alırmı?


-COP29 Sədrliyimiz iqlim dəyişmələrinin mənfi təsirlərindən ən çox əziyyət çəkən ölkələr, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin problemlərinə də xüsusi diqqət yetirir, onlara göstərilən dəstək beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilir.

Bu yaxınlarda – sentyabrın 22-23-də Nyu-York şəhərində keçirilmiş Gələcəyin Sammitinin əsas nəticəsi olaraq Gələcəyin Paktı qəbul olunub. Növbəti illər üçün ölkələrin əsas fəaliyyət istiqamətlərini müəyyən edən və konsensusla qəbul olunmuş bu sənəddə COP29-a dair ayrıca bənd qeyd olunub.

Eyni zamanda, həm Gələcəyin Sammiti, həm də BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində bir sıra dövlət və hökumət başçıları və nazirlər çıxışlarında COP29-a da istinad edib.

BMT-nin Baş katibi Antonio Quterreş COP29-un yaxınlaşdığını qeyd edərək bildirib ki, tədbirin nəticəsi yeni iqlim maliyyəsi hədəfi olmalıdır.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iqlim dəyişmələri kontekstində inkişaf etməkdə olan ölkələr üçün ən vacib amillərin maliyyə, texnologiyaların paylaşılması və imkanların gücləndirilməsi olduğunu bildirib. O, Bakıda keçiriləcək COP29-un bu məsələlərin həllinə töhfə verəcəyinə inandığını vurğulayıb.

Sessiya çərçivəsində inkişaf etməkdə olan ölkələr Bakı COP-u zamanı 100 milyard dollarlıq iqlim maliyyəsi məbləğinin artırılmasına dair çağırışlar edib.

Eyni zamanda, Maldiv adaları, Marşal adaları, Vanuatu, Birləşmiş Krallıq, Belçika, Monako, Keniya, Fici və digər dövlətlər çıxışlarında COP29-a istinad edib.

Bütün bunlar Bakıda keçiriləcək COP29-un tarixi bir tədbir kimi vacibliyini və hazırda dünyanı narahat edən ən böyük problemlərdən biri olan iqlim dəyişmələrinin qarşısının alınması məsələsində Azərbaycanın liderliyini nümayiş etdirir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin iqlim dəyişmələrində bir-birini ittiham etmək, günahlandırmaq əvəzinə öz imkanları daxilində iqlim problemlərinin həllinə töhfə verməli olduğunu vurğulayıb. Ölkəmiz Bakıda tarixi razılaşmanın – “Bakı Sazişi”nin əldə olunması istiqamətində iş aparsa da, real irəliləyişə nail olmaq üçün bütün tərəflərin birgə səyləri və konstruktiv iştirakı lazımdır. Bu məsələdə bütün tərəflər kollektiv məsuliyyət daşıyır.

-Ümid etmək olarmı ki, Bakıda dünya dövlətləri ən böyük problemlərdən biri olan iqlim dəyişmələri məsələsində Azərbaycanın liderliyi ilə konsensus əldə edəcəklər?

-Beynəlxalq ictimaiyyət yeni iqlim maliyyəsi məbləğinin müəyyənləşdirilməsi ilə bağlı iddialı hədəflər gözləyir. Əgər Bakıda konsensus əldə olunmasa, o zaman bu, iqlim danışıqlarının gələcəyinə mənfi təsir göstərəcək.

Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmiz COP29 zamanı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq, konsensusa nail olmaq və COP29-un uğur hekayəsinə çevrilməsi üçün səylərini əsirgəməyəcək.


Oxunub: 2 696
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 14:02 | Həftənin ilk iş günü qar yağacaq
    Bu gün, 14:00 | Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
    Bu gün, 13:59 | Azərbaycanda həkim vəfat etdi
    Bu gün, 13:42 | Bu dəfə general qızı onu məhkəməyə verdi
    Bu gün, 13:39 | Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
    Bu gün, 13:38 | Bu binalara istilik verilməyəcək
    Bu gün, 12:51 | "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
    Bu gün, 12:48 | Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
    Bu gün, 12:47 | Sabahın hava proqnozu açıqlandı
    Bu gün, 12:38 | Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
    Bu gün, 12:28 | Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
    Bu gün, 12:26 | "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
    Bu gün, 12:25 | Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
    Bu gün, 12:22 | Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...
    Bu gün, 12:18 | "Facebook" istifadəçilərinin gizli fotolarına daxil olub? - "Meta"ya 805 milyon avroluq cərimə
    Bu gün, 12:15 | Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
    Bu gün, 12:11 | Rəşad Məcidə ağır itki
    Bu gün, 11:16 | Rusiyanın nəhəng neft-kimya zavodu vuruldu - Video
    Bu gün, 11:13 | Millətlər Liqası: Türkiyə üçün növbəti çətin sınaq
    Bu gün, 11:10 | Azərbaycan XİN: Fələstin xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik
    Bu gün, 10:51 | Rəşad Məcidə AĞIR İTKİ
    Bu gün, 10:49 | Tikintiyə icazə prosedurları sadələşdirilir - VİDEO
    Bu gün, 10:48 | Hüseyn Abdullayevin anası: “Şikayət ərizəmizi geri götürmüşük, cənab Prezidentdən kömək istəyirik”
    Bu gün, 10:46 | Tanınmış aparıcı Xəzər TV-dən getdi
    Bu gün, 09:55 | Əgər Rusiya bunu işə salarsa, ciddi problem yaranacaq
    Bu gün, 09:53 | Millətlər Liqası: Portuqaliya ağır məğlubiyyət aldı
    Bu gün, 09:52 | Ət yeməyənlərdə xərçəng riski daha azdır - Diqqət!
    Dünən, 20:26 | İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
    Dünən, 19:45 | AzTV-nin sabiq idarə rəisi vəfat etdi
    Dünən, 19:43 | Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
    Dünən, 19:42 | Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
    Dünən, 19:41 | Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
    Dünən, 19:39 | Azərbaycan nefti ucuzlaşdı
    Dünən, 19:06 | Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
    Dünən, 19:04 | Həbsdəki jurnalist əməliyyat olunub
    Dünən, 18:51 | DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
    Dünən, 16:05 | Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
    Dünən, 15:57 | "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
    Dünən, 15:37 | Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
    Dünən, 15:36 | Sumqayıtda beş avtomobil toqquşdu
    Dünən, 15:34 | Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
    Dünən, 14:04 | Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
    Dünən, 14:00 | Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
    Dünən, 13:58 | Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
    Dünən, 12:23 | Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
    Dünən, 12:20 | Salah Misir millisində rekorda imza atdı
    Dünən, 12:13 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Dünən, 11:20 | Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
    Dünən, 11:12 | Xəyyam Salehov müdir təyin edildi - FOTO
    Dünən, 11:08 | Mahirin qolu, Azərbaycan millisinin qələbəsi - Video
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.