Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • DİQQƏT! Sabahdan bu avtobuslarda gedişhaqqı 70 qəpik olacaq - RƏSMİ
  • Qazaxda Prezident Administrasiyasının nümayəndəsi və İcra başçısı şəhərdə aparılan abadlıq işlərinə yerində baxış keçiriblər
  • Qazaxda 2026-2030-cu illər üçün Dövlət Proqramının icrası ilə əlaqədar rayonun kəndlərində aqroparka və iri fermer təsərrüfatlarına baxış keçirilib
  • “Böyük Qayıdış” davam edir: Ağdam, Füzuli və Xocavənd sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar
  • Vətən müharibəsi şəhidi gizir Anar Nağıyevin ildönümündə əziz xatirəsi ehtiramla yad edilib
  • Deputat: "Vətəndaşın əlilliyi ləğv olunmazdan əvvəl işlə təminatı məsələsinə də baxılmalıdır"
  • Zəngəzurda saxlanılan azərbaycanlı hərbçinin işi üzrə ittiham aktı açıqlandı
  • Dövlət İdarəçilik Akademiyası ilə bağlı iddialara rəsmi cavab
  • Azərbaycanda avtomobil qəzalarının dəhşətli statistikası: 500 ölü, 640 yaralı
  • Türkiyə-Azərbaycan savaşı? - Fazil Mustafa təhqir etdi
  • İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilməyib?
  • İnternet 3 ay olmayacaq, banklardakı pullar silinəcək?
  • Qaxda 125 ağac kəsərək nazirliyə 34 minlik zərər vuran şəxsə elektron qolbaq taxıldı - TƏFƏRRÜAT
  • Fidanla görüşdüm, əsas vasitəçi Türkiyədir - Sibiqa
  • Yeniliyin və inkişafın ünvanı : Qazax
  • 48 yaşlı Samirənin həyatına son qoyan divar: “Malasız üst-üstə yığıblar” - Video
  • UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulur: Bu gün hansı oyunlar keçiriləcək?
  • Azərbaycana sərt qış gəlir: bu bölgələrdə güclü qar gözlənilir - SİYAHI
  • Abbasov millinin qələbəsini şərh etdi: Bunlar məni sevindirir
  • "ChatGPT" boşanmalara səbəb olmağa başlayıb
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

3 vəkili öldürülən, güllələnmə qərarı verilən Əhmədov - Foto

  • Tarix: 23-09-2024, 07:49

Ermənistanda azərbaycanlılara qarşı sonuncu etnik təmizləmə mərhələsindən danışarkən, Sumqayıt hadisələrindən yan keçmək mümkün deyil. SSRİ xüsusi xidmət orqanları tərəfindən əvvəlcədən düşünülmüş şəkildə təşkil olunmuş bu hadisədən erməni lobbisi ciddi şəkildə istifadə etmişdir. Hadisənin məqsədi erməni xalqı ilə Azərbaycan xalqının bir yerdə yaşamasının qeyri-mümkünlüyü fikirini yaratmaq və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistan SSR-ə birləşdirmək məqsədi daşıyırdı.

Sumqayıt hadisələri əsasən 26-29 fevralda Sumqayıt şəhərində kütləvi iğtişaş, zorlama qətllər və qarətlərlə müşayiət olunmuşdur. Hadisənin “qəhrəmanı” isə erməni millətindən olan Eduard Qriqoryan idi. SSRİ xüsusi xidmət orqanının təşkil etdiyi bu təxribatı ustalıqla icra edən E.Qriqoryanın sonradan SSRİ hökuməti tərəfindən himayə edilməsi bu faktı bir daha təsdiq edir.

Erməni qaynaqlarında Sumqayıt hadisələri

SSRİ xüsusi xidmət orqanlarının Azərbaycan xalqına qarşı hazırladığı Sumqayıt təxribatı erməni mənbələrində “Sumqayıt qırğınları” kimi təqdim edilir. Onlar qeyd edirlər ki, 27-29 fevral 1988-ci ildə Sovet Azərbaycanının Sumqayıt şəhərində Azərbaycan hakimiyyətinin dövlət səviyyəsində təşkil etdiyi Sumqayıt qırğınları, şəhərin erməni əhalisinin soyqırımı və kütləvi deportasiyası məqsədi daşıyır. Erməni millətinə qarşı törədilən bu cinayətin məqsədi erməniləri yeni qanlı aksiyalar perspektivi ilə qorxutmaqla “Qarabağ hərəkatı”nın, “Qarabağ azadlıq mübarizəsi”nin yayılmasının qarşısını almaq idi. Qırğın təşkilatçılarından biri kimi Sovet Azərbaycanının partiya xadimi Məhəmməd Əsədovun (Azərbaycanın şəhid daxili işlər naziri) guya ermənilərdən qisas almaq məqsədi daşıdığını bildirirlər.

Ermənilərin Sumqayıt hadisələrinə görə günahlandırdıqları Məhəmməd Əsədov kimdir?

Məhəmməd Nəbi oğlu Əsədov 5 dekabr 1941-ci ildə Zəngilan rayonunun Baharlı kəndində anadan olub. Baharlı kəndində dördüncü sinfi, Mincivan qəsəbəsində tam orta məktəbi (1958), Bakı Statistika Texnikumunu (1960) bitirib. 1961-1964-cü illərdə ordu sıralarında xidmət edib. 1964-cü ildə Sumqayıt şəhərində 1 saylı trestdə betonçu işləyib. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin Maliyyə və kredit fakültəsinə daxil olub, sonra həmin fakultə Xalq Təsəsərüfatı İnstitutuna verildiyi üçün oranı bitirib. M.Əsədov 1968-1975-ci illərdə Sumqayıt Şəhər Partiya Komitəsində müxtəlif vəzifələrdə çalışıb. Sonra M.Əsədov Moskva Təhlükəsizlik Akademiyasında təhsil alaraq Azərbaycan Təhlükəsizlik Nazirliyində məsul vəzifədə çalışıb. 1983–1986-cı illərdə Beyləqan (Jdanov) Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyib. O, 1986–1988-ci illərdə Mərkəzi Komitədə yüksək vəzifədə işləyəndə dəfələrlə Xankəndiyə gedib. Oradan qayıdanda belə fikir söyləyib: ”Xankəndidə elə bil Azərbaycan hökuməti yoxdur, ermənilər necə istəyir, o cür də hərəkət edirlər”.

Sumqayıt hadisələri zamanı M.Əsədov Mərkəzi Komitənin (1986-1988) inzibati orqanlar şöbəsinin müdiri vəzifəsində çalışıb. O, 1990-cı ilin may ayında Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsinə təyin edilir. Azərbaycanın Ermənistanla sərhəd rayonlarını gəzərək erməni təcavüzünü gözləri ilə görən nazir Məhəmməd Əsədov həyəcan təbili çalır, təcili tədbirlərin görülməsi üçün SSRİ Daxili İşlər Nazirliyinə müraciət ünvanlayır, asayişi qorumaq üçün silah-sursat tələb edirdi. O, tez bir zamanda Xüsusi Təyinatlı Milis Dəstəsini yaradır. Məhəmməd Əsədov Xocalı hava limanında ermənilərin gediş-gəlişinə nəzarəti gücləndirmək üçün DİN-in qüvvələrini səfərbər edir. DİN Respublikanın çıxış yollarını ciddi nəzarətdə saxlayırdı. Sərhəd rayonlarına, Qarabağa, Ağdama, Göygölə, Gədəbəyə, Kəlbəcərə, Laçına, Goranboya, Tərtərə gedir. Çaykənd, Qarabulaq, Todan, Erkəç, Mənəşli və digər kəndlərin quldurlardan təmizlənməsi əməliyyatlarında şəxsən iştirak edir. Bölgələrdən Bakıya dönən Əsədov müdafiənin gücləndirilməsi üçün təxirəsalınmaz, təcili tədbirlərin görülməsi barədə 27.08.1991-ci il tarixli 2/149 saylı altı vərəqdən ibarət məktubla Baş nazirə və Prezidentə müraciətlər edir, təkliflərini bildirir. Məhəmməd Əsədov 1991-ci ilin noyabrında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasını tezləşdirmək, ordu quruculuğu işində mərkəzlə hüquq-mühafizə orqanları arasında birgə işin təşkilini həyata keçirmək üçün dövlət müşaviri təyin olunur. 20 noyabr 1991-ci il tarixində Qarakənd səmasında ermənilər tərəfindən vurulan vertolyotda şəhid olur.

Erməni mənbələri bildirir ki, hadisələrdən bir gün əvvəl - 26 fevral 1988-ci il tarixdə Mixail Qorbaçov erməni ziyalıları ilə görüşündə Bakıda yaşayan 200 mindən çox erməninin təhlükəsizliyindən “narahat olduğunu” ifadə edərək, bunu birbaşa Qarabağ ermənilərinin “Dağlıq Qarabağı birləşdirmək” tələbi ilə əlaqələndirib. Həmçinin 22 fevral 1988-ci il tarixində Əsgəran şəhərində baş vermiş toqquşma nəticəsində ermənilər tərəfindən qətlə yetirilən iki azərbaycanlı gənc - Qarbağın ilk şəhidləri Əli Hacıyev və Bəxtiyar Quliyevin öldürülməsi ilə bağlı SSRİ Baş prokurorunun birinci müavini Aleksandr Filipoviç Katusevin televiziyada çıxışını da təxribat hesab edirlər.

Erməni mənbələrinin verdiyi yalan məlumatda deyilir: “Fevralın 29-da sovet qoşunları Sumqayıta daxil oldu, lakin zorakılıq və qətllər həmin gün də davam etdi. Ordu silah tətbiq etmək əmri almadı və ermənilərə kömək etmədi. Yalnız axşam saatlarında qətiyyətli addımlar atdı və növbəti talanların qarşısını aldı. Cinayəti törədənlərdən cəmi 94 nəfər məsuliyyətə cəlb edilib və onlardan yalnız biri ölüm cəzasına məhkum edilib (söhbət günahsız yerə güləllənmiş Əhməd Əhmədovdan gedir). Qalanları isə qətl, zorlama, soyğunçuluq və digər maddələrlə ittiham olunub və bütün hallarda istisnasız olaraq cinayətin əsaslandırılması “xuliqanlıq motivləri” adlandırılıb.

Sovet hakimiyyəti bütün cinayətləri bir ümumi işə daxil etmək əvəzinə, onları qəsdən bir neçə hissəyə bölərək, müxtəlif sovet şəhərlərinin məhkəmələrində məhkəmə proseslərini aparırdı. Məhkəmə prosesləri zamanı zərərçəkmişlərin hüquqlarının kobud şəkildə pozulması halları olub. SSRİ dağılandan sonra cinayətkarların bir çox işlərinə xitam verildi və onların əksəriyyəti azadlığa buraxıldı. Cinayət rəsmi şəkildə pislənməyib və həlak olanların yaxınlarına başsağlığı verilməyib. Buna adekvat siyasi qiymət verilməməsi SSRİ-nin müxtəlif şəhərlərində kütləvi qırğınların başlanmasına səbəb oldu. Şəhər və hüquq-mühafizə orqanlarının əməkdaşları da cəzasız qalıb. Sumqayıt erməni soyqırımı qurbanlarının dəqiq sayı məlum deyil. Azərbaycan Prokurorluğunun təqdim etdiyi məlumatlara əsasən, SSRİ Prokurorluğu “Sumqayıtda 27 erməni millətindən olan vətəndaşın öldürüldüyünü” elan edib. Lakin qeyri-rəsmi məlumatlara görə, soyqırım qurbanlarının sayı min nəfərə çatır ki, onların qalıqları hələ də Sumqayıt ətrafında yeni tikililər zamanı tapılır”.

Eyni zamanda ermənilər yalançı şahid ifadələri ilə öz məlumatlarını “zənginləşdirməyi”də unutmurlar.

Smqayıt təxribatının nəticələri

Sovet xüsusi xidmət orqanları tərəfindən həyata keçirilən Sumqayıt cinayətində ermənilər müəyyən dərəcədə istəklərinə nail oldular. Onlar xaricdə fəaliyyət göstərən erməni lobbisinin vasitəsi ilə Avropa Parlamenti (1988), ABŞ Senatı (1989) və Argentina parlamentində Sumqayıt hadisələrini pisləyən qərarlar qəbul etməyə nail oldular. Eyni zamanda Ermənistanın daxili auditoruyasına, həmçinin beynəlxalq ictimaiyyətə aşıladılar ki, erməni xalqı ilə Azərbaycan xalqının birlikdə yaşaması mükün deyil. Eyni zamanda özlərinin mifoloji arzuları olan “miatsum” hərəkatını genişləndirməyə nail oldular.

Sumqayıt təxribatının qurbanı Əhməd Əhmədov

Sumqayıt hadisələri zamanı barəsində ölüm hökmü çıxarılmış Əhməd Əhmədov kimdir?

Əslən Lerik rayonunun Vistən kəndindəndir. Atası İmani Vahab oğlu Əhmədov 1956-cı ildə ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Bu səbəbdən Əhməd Əhmədov 23 sentyabr 1964-cü ildə Sumqayıt şəhərində doğulub.

O, 1979-cu ildə Sumqayıtdakı 25 nömrəli məktəbin 8-ci sinfini bitirib. Sonra 7 nömrəli şəhər texniki peşə məktəbində oxuyub. 1982-ci ildə ordu sıralarına çağırılıb. 1985–1988-ci illər arasında Sumqayıt Alüminium zavodu və Trikotaj fabriklərində işləyib. Oxuduğu məktəbdən və iş yerlərindən ona müsbət xasiyyətnamə verilib. Heç bir inzibati və ictimai cəzası olmayıb.

Orta texniki peşə təhsili olan Əhməd Əhmədov Sumqayıt hadisələri vaxtı Xovlu-iplik fabrikində fəhlə işləyib. O, həbs olunandan bir müddət öncə nişanlanıb, yaşı 70-i keçən valideynləri 1988-ci ilin yayında Əhməd Əhmədovu evləndirmək niyyətində imiş. Ə.Əhmədov ilk dəfə fevralın 29-da axşam saatlarında işdən evə dönərkən şəhərdə keçirilən kütləvi aksiyalara qoşulub, lakin heç bir qətlin törədilməsində iştirak etməyib. 12 mart 1988-ci ildə Sumqayıtda həbslər həyata keçirən prokurorluq nümayəndələri Əhməd Əhmədovun evinə gələrək onu həbs ediblər. O, Sumqayıtdakı 41a məhəlləsində 7 erməninin ölümündə təşkilatçı və iştirakçı qismində təqsirləndirilib. SSRİ Ali Məhkəməsində onun təqsiri sübut olunmasa da, məhkəmə 18 noyabr 1988-ci il tarixli hökmü ilə ona edam cəzası verib. Azərbaycan xalqının sərt təpkisi ilə qarşılaşan Sovetlər Birliyi hökuməti edam cəzasının icrasını uzadıb. Bakıda Azadlıq meydanında yüz minlərlə insan “Əhməd Əhmədova azadlıq!” tələb edirdi.

SSRİ hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaq Əhmədov Əhməd İmani oğlu, Cəfərov Yavər Qiyas oğlu, İsmayılov İlham Azad oğlunun cinayət işini ayıraraq Moskvaya göndərmişdir. Lakin məhkəmə istintaqı zamanı onların ermənilərə qarşı qətl hadisəsində iştirak etmədiyi üzə çıxıb. Məhkəmədə hər üç şəxs bir-birlərini tanısalar da, cinayət törətmədiklərini bildiriblər.

Əhməd Əhmədovun cinayəti sübuta yetirilməyib, istintaq orqanı tərəfindən hadisələr zamanı öldürülmüş Arakelyanın qan izlərinin Əhməd Əhmədovun pencəyində olmasını əsas gətirsələr də, pencək həddindən artıq böyük olduğu üçün (Ə.Əhmədova məxsus olmayıb – red.) bu dəlilin də saxta olması üzə çıxıb. Lakin Əhməd Əhmədovun gənc, emosional olması, məhkəmə istintaqı zamanı gerçəkləri çəkinmədən, məğrurcasına deməsi onun ölümünə səbəb olub. Cəfərov Yavər Qiyas oğlu və İsmayılov İlham Azad oğlunun barəsində cinayət işi yenidən Azərbaycana təkmil istintaqa qaytarılmışdır. Adıçəkilən iki şəxs sonradan haqlı olaraq cinayət məsuliyyətindən azad olmuşdur.

Bu da günahsız və məğrur bir Azərbaycan övladının məhkəmədə son sözü.

Əhməd Əhmədov: “Mən günahsızam, irəli sürülən ittihamları rədd edirəm. Ancaq azadlığa çıxsam, söz verəm ki, erməniləri öldürəcəm!”

Əhməd Əhmədovun qardaşı Məmmədağa Əhmədovun sözlərinə görə, qardaşının müdafiəsi ilə bağlı tutduqları 3 vəkilin müəmmalı şəkildə ölməsinin səbəbləri hələ də onlar üçün sirr olaraq qalır.

Saxta məktub

27 may 1989-cu il tarixində Azərbaycan SSR Prokurorluğu Ə.Əhmədovun valideynlərinə məktub göndərib. Göndərilən həmin məktubda SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Əhməd Əhmədova verilən güllələnmə cəzasının dəyişdirilərək həbslə əvəz olunduğu bildirilib. Lakin tezliklə bu məktubun həqiqətə söykənmədiyi aşkar olunub.

Əhməd Əhmədovun qardaşı Məmmədağanın sözlərinə görə, 1989-cu ilin sonlarında Azərbaycan SSR Prokurorluğunun Cinayət işlərinə məhkəmələrdə baxılması üzrə nəzarət şöbəsinin prokuroru Cavanşir İsmayılovdan Əhmədin cəzasının dəyişdirilməsi ilə bağlı məktub alıblar. Məktubda deyilirdi: “Oğlunuz Əhmədov Əhməd SSRİ Ali Məhkəmsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 1988-ci il 18 noyabr tarixli hökmü ilə müstəsna cəza növü olan güllələnməyə məhkum edilmiş, lakin SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə güllələnmə cəzası dəyişdirilərək, həbs cəzası ilə əvəz edilmişdir”.

Cavanşir İsmayılov sonradan mətbuata verdiyi açıqlamada deyir: “Həmin məktubu Əhməd Əhmədovun valideynlərinə mən yazmışam. Həmin günlərdə ”Azadlıq” meydanında mitinqlər gedirdi. Meydanda Əhməd Əhmədovun şəkilləri qaldırılandan sonra tələblər irəli sürülmüşdü. Respublika rəhbərliyi təşviş içində idi. Əhmədovun valideynləri Vəzirova, respublikanın digər rəhbərlərinə ərizələr yazmışdılar. Tarixi dəqiq yadımda deyil, onlar yenə prokurorluğa qəbula gəlmişdilər. Şöbə müdiri İlqar Dadaşov məni yanına çağırdı. Əhməd Əhmədov haqqında ölüm hökmünün dəyişdirildiyini dedi. Mən məhkəmə qətnaməsinin, yaxud SSRI Ali Məhkəməsi Kollegiyasının qərarının surətini istədim. O, bir-iki günə əllə göndərəcəklərini dedi. Qətnaməsiz cavab yazmağın mümkün olmadığını dedim. Etirazlarım isə qulaqardına vuruldu. Əsasnaməni oxumağı məsləhət gördü. Əsasnaməyə görə, ilk şikayətlərə şöbə prokurorlar cavab verməli idi. İkinci, üçüncü şikayətə şöbə müdiri, daha sonra baş prokurorun müavinləri və sonda baş prokurorun özü…”

Araşdırmalar göstərdi ki, bu variantı Mərkəzi Komitə üzvlərindən kimsə meydanda gərginliyi azaltmaq üçün ortaya atmışdır. Əhmədova ölüm hökmü veriləndən sonra Azərbaycandan SSRİ-nin ali hakimiyyət orqanlarına yüzlərlə şikayət məktubu göndərilsə də, onların heç birinə cavab verilməyib. SSRİ xalq deputatı A.Mnikovun Mixail Qorbaçovdan Əhmədovun işinin yüngülləşdirilməsi xahişinə belə baxılmayıb.

Əhməd Əhmədov barəsində edam hökmü 17 ay sonra - 6 aprel 1990-cı il tarixində icra olunub.



Oxunub: 7 793
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 21:30 | DİQQƏT! Sabahdan bu avtobuslarda gedişhaqqı 70 qəpik olacaq - RƏSMİ
    Dünən, 21:25 | Qazaxda Prezident Administrasiyasının nümayəndəsi və İcra başçısı şəhərdə aparılan abadlıq işlərinə yerində baxış keçiriblər
    Dünən, 20:29 | Qazaxda 2026-2030-cu illər üçün Dövlət Proqramının icrası ilə əlaqədar rayonun kəndlərində aqroparka və iri fermer təsərrüfatlarına baxış keçirilib
    Dünən, 20:20 | “Böyük Qayıdış” davam edir: Ağdam, Füzuli və Xocavənd sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar
    Dünən, 19:53 | Vətən müharibəsi şəhidi gizir Anar Nağıyevin ildönümündə əziz xatirəsi ehtiramla yad edilib
    Dünən, 19:39 | Deputat: "Vətəndaşın əlilliyi ləğv olunmazdan əvvəl işlə təminatı məsələsinə də baxılmalıdır"
    Dünən, 13:43 | Zəngəzurda saxlanılan azərbaycanlı hərbçinin işi üzrə ittiham aktı açıqlandı
    Dünən, 13:40 | Dövlət İdarəçilik Akademiyası ilə bağlı iddialara rəsmi cavab
    Dünən, 13:38 | Azərbaycanda avtomobil qəzalarının dəhşətli statistikası: 500 ölü, 640 yaralı
    Dünən, 12:34 | Türkiyə-Azərbaycan savaşı? - Fazil Mustafa təhqir etdi
    Dünən, 12:33 | İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilməyib?
    Dünən, 12:32 | İnternet 3 ay olmayacaq, banklardakı pullar silinəcək?
    Dünən, 09:27 | Qaxda 125 ağac kəsərək nazirliyə 34 minlik zərər vuran şəxsə elektron qolbaq taxıldı - TƏFƏRRÜAT
    Dünən, 09:25 | Fidanla görüşdüm, əsas vasitəçi Türkiyədir - Sibiqa
    Dünən, 09:20 | Yeniliyin və inkişafın ünvanı : Qazax
    Dünən, 09:13 | 48 yaşlı Samirənin həyatına son qoyan divar: “Malasız üst-üstə yığıblar” - Video
    Dünən, 09:09 | UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulur: Bu gün hansı oyunlar keçiriləcək?
    Dünən, 09:01 | Azərbaycana sərt qış gəlir: bu bölgələrdə güclü qar gözlənilir - SİYAHI
    Dünən, 08:19 | Abbasov millinin qələbəsini şərh etdi: Bunlar məni sevindirir
    Dünən, 08:12 | "ChatGPT" boşanmalara səbəb olmağa başlayıb
    Dünən, 08:10 | Ailəsindən ayrılan kişinin başqa qadınla meyiti tapıldı - İki nəfərin müəmmalı ölümündə yeni detallar
    Dünən, 08:05 | "Müqəddəsliyin arxasında çirkinliklər gizlənir" - Ziya Ağa teatrın problemlərini açdı - Video
    Dünən, 07:56 | Gənc yaşda böyrək xərçəngini necə müəyyən etmək olar?
    Dünən, 07:30 | Həkim qəfil tərləmənin qeyri-adi səbəblərini açıqladı
    Dünən, 07:28 | CNN: İran Vaşinqtonda Tramp administrasiyası rəsmilərinə hücumlar hazırlayır
    Dünən, 07:25 | Qaz xətti zədələndi, bir sıra kəndlər qazsız qaldı
    Dünən, 07:20 | Millətlər Liqası: Almaniya Niderlandı darmadağın etdi
    Dünən, 07:18 | Toxluq hissi yaratmadan orqanizmi məhv edən nələrdir?
    Dünən, 07:00 | Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü münasibətilə paylaşım edilib
    Dünən, 00:37 | Azərbaycanda Milli Dirçəliş Günüdür
    Dünən, 00:12 | Bakıda 50 ildən çox yaşı olan park belə məhv olur - Video
    Dünən, 00:09 | Rektor “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində AzTU-ya qəbul olunan əcnəbi tələbələrlə görüşüb
    16-11-2026, 23:50 | Azərbaycan millisi Andorraya qalib gəldi
    16-11-2026, 22:42 | MƏDƏNİ NARAZILIQ... - Yazıçı Anar kimdən kimə şikayət edir?
    16-11-2026, 20:31 | İran Zəngəzura hücuma hazırlaşır – Tehranda Ermənistan düşmən ölkə elan edildi
    16-11-2026, 20:26 | İcra başçısı ilə şəhid atası dalaşdı – VİDEO
    16-11-2026, 18:06 | Bakıda saxta "İvanovka" məhsulları istehsal edən sex bağlandı - FOTO
    16-11-2026, 18:04 | Bakıda bal yarmarkasının tarixi və yeri dəyişdirildi
    16-11-2026, 18:02 | Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir
    16-11-2026, 17:19 | 500 manat qazananın 300 manatı vergiyə gedəcək - Bu şəxslər üçün ŞOK QƏRAR
    16-11-2026, 17:17 | Yaxınları mərhumun bu vəsiyyətini yerinə yetirsə, günah qazanırlar – AÇIQLAMA
    16-11-2026, 16:54 | İcra başçısı vətəndaşın müraciəti ilə yerində tanış olub
    16-11-2026, 16:44 | Bakıda məşhur restorandakı yanğın söndürüldü - Foto/Video
    16-11-2026, 16:21 | Yeni tələb müəllimlərin narazılığına səbəb oldu - "Auditoriyada dərs keçmək özü işgəncədir"
    16-11-2026, 16:19 | Qara dənizdə yük gəmizi batdı: 12 Türkiyə vətəndaşı itkin düşdü
    16-11-2026, 16:07 | Bakıda obyekt yanır: bu yol bağlandı - Video
    16-11-2026, 14:57 | Azərbaycan–NATO tərəfdaşlığının hazırkı vəziyyəti müzakirə olunub
    16-11-2026, 14:42 | Ermənistanda saxlanılan Azərbaycan hərbçisinin cinayət işi məhkəməyə göndərilib
    16-11-2026, 14:30 | İşdən çıxarılan generala yeni vəzifə verildi
    16-11-2026, 14:28 | Dəniz kənarı ilə gedən avtobusun hərəkət sxemi dəyişdirildi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.