Bakının mərkəzində insident - “Bakubus”un şüşələri sındırıldı
Bakının mərkəzində insident baş verib. Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, naməlum şəxs Sabail rayonu Neftçilər prospekti 67-nin qarşısında Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Rəşad Quliyevin idarə etdiyi “Bakubus" MMC-yə məxsus avtobusa hücum edib. Həmin şəxsin tutulması istiqamətində iş aparılır.
Həmin şəxs "BMC” markalı 205 saylı xətt üzrə sərnişindaşıma xidməti göstərən avtobusun şüşələrini yumruqla sındıraraq qaçıb.
Oxunub: 310
Xəbəri paylaş
Paylaş: