Qızıl yenə bahalaşdı
Dünya bazarında qızılın 1 unsiyasının qiyməti 0,4 % artaraq 2 589 ABŞ dollarına çatıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. “Qızılın qiyməti, Federal Ehtiyatlar Sisteminin (FES) 17-18 sentyabr iclası ərəfəsində yeni rekord səviyyə yüksəlib. Gözlənilir ki, bu, faiz dərəcəsinin ən azı 25 baza bəndi azaldılması ilə nəticələnəcək", - məlumatda qeyd edilib. Qiymətli metala dəstək, həmçinin ABŞ dollarının zəifləməsi olub. Dolların ucuzlaşması keçmiş prezident Donald Trampa sui-qəsd cəhdindən sonra baş verib.
Oxunub: 303
Xəbəri paylaş
Paylaş: