Ermənistanda İran vətəndaşını kranla vurub öldürdülər
Sentyabrın 5-də Ermənistanda İran vətəndaşı ölüb. Mediaxeberleri.Az xəbər verir ki, hadisə Şimal-Cənub yolunun tikintisi zamanı baş verib. Bildirilir ki, ekskavatorun sürücüsü, İran vətəndaşı 42 yaşlı Şirvan Məhəmmədsəddin Nuruzin Taştun kəndi ərazisində tikilməkdə olan yolda qazıntı işləri apararkən 40 yaşlı iş icraçısı, İran vətəndaşı Əbdülvafan Bağı Veysi görməyib və ehtiyatsızlıqdan onu ekskavatorun kranı ilə vurub. “Shamshyan.com” xəbər verir ki, o, tibb məntəqəsinə aparılıb və əməliyyat zamanı dünyasını dəyişib.
Oxunub: 304
Xəbəri paylaş
Paylaş: