AMB vəzifəli şəxsi cərimələdi
Azərbaycan Mərkəzi Bankı (AMB) Bank of Baku ASC-nin bir vəzifəli şəxsini 1500 manat cərimə edib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Bildirilib ki, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində “Banklar haqqında” qanunun 35.4-cü maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulduğu məlum olub. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq bankın əməkdaşına qarşı tədbir görülüb.
Oxunub: 308
Xəbəri paylaş
Paylaş: