Ölkədə yaxın müddətdə güclü zəlzələ baş verə bilər? - Baş seysmoloqdan AÇIQLAMA
«Yaxın zamanlarda respublika üçün güclü və dağıdıcı zəlzələ proqnozlaşdırılmır». Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli «Xəzər Xəbər"-ə deyib. O bildirib ki, hər hansı bir bölgədə maqnitudası 7 və ya daha yüksək olan, böyük fəsadlar və insan itkisinə səbəb ola biləcək zəlzələ gözlənilmir. Qeyd edək ki, sentyabrın 8-də Göygöl şəhərində 3.2 maqnitudalı zəlzələ olub. Yeraltı təkanlar saat 10:25–də Tovuz stansiyasından 29 kilometr şimal-şərqdə qeydə alınıb. Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib. Zəlzələ episentrdə və ətraf yaxın rayonlarında 3 bala qədər hiss olunub.
Oxunub: 285
Xəbəri paylaş
Paylaş: